Oğlaq bürcü haqqında ♑

Zəhmətkeş, ciddi, lakin bütün təşəbbüslürində uğurlu — tipik Oğlaqlar belə olurlar. Bu bürcü idarə edən Saturn ağır iş, gərgin əmək hesabına olsa da onların lap yuxan başda, nəhayət öz məqsədlərinə çatmaqlarını təmin edir. Əksərən onlar soyuqqanlı, ifrat həyəcan keçirməyən, ora-bura vurnuxmayan, münasibətlərdə mülayim insanlardır. Oğiaqlarda sanki hissiyyat yoxdur, ancaq əslində, onların hiss və duyğuları üzdə deyil, dərinlikdə olub, açıq-aşkar ifadə edilməyir. Onlar bilirlər ki, nə istəyirlər; həm də bilirlər ki, tez həyəcanlanıb başını itirməyin xeyri yoxdur.
Saturn səmada çox ləng hərəkət edərək Oğlaqa elə bir əhval-ruhiyyə təlqin edir ki, bu, uzun müddət ərzində özünü göstərir. Oğlaqlar beş və ya on il sonra harada olacaqlarını, nə edəcəklərini planlaşdırırlar. Oğlaq belə hesab edir ki, işdə onun yeri yüksəkdir. Bu yeri tutanda hamı ona hörmət edəcək. Hakimiyyət, mövqe, reputasiya — Oğlaqın istədiyi bunlardır. O bununla bağlı məsuliyyəti öz üzərinə götürüb işləri görə bilər. Oğlaq təkcə 10 və ya 20 il əvvəli görmək qabiliyyətinə deyil, həm də əvəzedilməz zəhmətkeşliyə malikdir. Oğlaq başqa bürclərdəkilərə nisbətən daha dözümlüdür, uzun müddət işfəyə bilir. O, öz məqsədinə çatmaq üçün illərlə də çalışmağa hazırdır. Oğlaqlar hər şeyə çox ciddi baxırlar. Onlar gündəlik boş söhbətlərə çox da uymurlar, lakin çox güclü, məqsədyönlü, qətiyyətlidirlər. Dostlar arasında olanda yumor hissini göstərirlər. Oğlaqlar işlədikləri kimi də səylə əylənirlər. Onlar bahalı oyuncaqları, təm-təraqlı geyimləri, saat, üzük və alışqanı xoşlayırlar. Şöhrətpərəst, zəhmətkeş, məqsədyönlü Oğlaq axır-da qalib gəlır, çünki öz yolundan qırağa çıxıb ötəri, ikinci dərəcəli işlərlə məşğul olmur. Oğlaq yaşa dolduqca, daha da yaxşılaşır, xarakteri gözəlləşir.

Rəmzləri: keçi, nərdivan, qüllə saatları.Oğlaq bürcü-Capricorn
Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar.
Rəngləri: yaqut, oniks, qranit, aydaşı, lazurit.
Metalları: qurğuşun.
Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq.
Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə.
Tilsimləri: qara pişik, şeytan.
Xoşbəxt rəqəmləri: 3, 5, 7, 8 (8-ə bölünən bütün rəqəmlər), 14.
Uğurlu günləri: çərşənbə axşamı, şənbə.
Uğursuz günləri: bazar ertəsi, cümə axşamı.
Ölkələri: Hindistan, Yuqoslaviya(Makedoniya), Birma, Meksika, Pribaltika.
22 dekabr — 2 yanvar arasında Yupiterin təsiri altında doğulanlar sakit, haqq-hesablı, intizamlı xarakterə malikdirlər; sərvət və uğur qazansalar da, müflis olmaq təhlükələri var. Mühümilləri: 30, 57.
3-13 yanvar tarixdə Marsın təsiri altında doğulanlar darıxdırıcı ev adamları olur, ətrafdakılara mənfi təsiri ilə seçilirlər. Mühümilləri: 16, 24, 30, 33, 57.
14-20 yanvar tarixdə Günəşin təsiri altında doğulanlar işgüzar olub, həyati gücə, ehtirasa malik insanlardır. Onlarda ziddiyyətli xarakter var, bəzən bədbinliyə meyllidirlər. Mühüm illəri: 21, 30, 3], 41, 50, 57.

Oğlaq bürcü və sevgi

Kişi
Oğlaq — Keçinin bürcüdür və o, bu dördayaqlıya xas olan bütün şəhvəti sevgiyə daxil edir. Sevgi ona çörək və su kimi zəruridir. O belə hesab edir ki, hər bir nəcib qadının daxilində üzə çıxmağa can atan bir pozğun qadın da var. Ona qadının özü deyil, seksual münasibətlər lazımdır. Oğlaq Əqrəb kimi qəddar olmasa da, güclü seksuallığı onu ağına — bozuna baxmadan hərəkətə sövq edir. O məmnuniyyətlə təcrübəsizlik və sadəlövhlükdən istifadə edir və özündən çox cavan tərəfdaşları sevir. Ehtiyatlıdır, çox həssasdır. Qadının naz-qəmzəsinə vaxt itirmək istəmir. Lakin yatağa girməməyin həqiqi səbəbini arqumentli hesab etsə, səbir və dözüm göstərə bilir. Bununla belə, onu aldatmaq olmaz; olduğunu demək lazımdır. O, qadından çox şey istəyir; tamam təslim olmağı. Çox sədaqətlıdır və başqa düşə bilmir ki, niyə kişilər yaxşı bir qadına malikdirlərsə, kənarda əyləncə axtarırlar? Evdə qalmağı üstün tutur, məclis və qonaqlıqlarda əylənməyi çox da xoşlamır. Bu, əlbəttə ödəmək deyil ki, ev həyatı sizi darıxdıracaq. Seksual Oğlaqın buna vaxtı yoxdur. Yaşa dolduqca sevginin fiziki tərəfinə marağı heç azalmır, getdikcə texnikasını cilalayır. Kişi-Oğlaq üçün seks kifayət etmir; o, qadındatəkcə yaxşı məşuqəni deyil, həm də gözəl evdarı görmək istəyir. Qadın onun üçün həm də iş yoldaşı, sadiq dost, ümumi tale ilə birləşdiyi sadəcə bir insandır. Pulu sevir. O, ehtiyatlı, səliqəli, güzəştsiz adamdır. Öz fikrini gizlətməyi bacarır. Lakin sakitliyinin arxasında arzuları alışır. Məqsədinə doğru cəsarətlə gedir. İşi sevir. Anadangəlmə rəhbərdir, rəisdir. Praktik, məqsədyönlü və ambisiyalıdır. Ona qulluq göstərənlər mükafatlarını alacaqlar. Uğursuzluğu dəf edə bilir. Oğlaq kişilər başqalarına nisbətən daha çox pula görə evlənirlər. Onların praktik ağlı məhəbbəti şəxsi maraqlardan sonra arxa plana keçirir.
Qadın
Qadın-Oğlaq tez alışır. Bəzən onu elə təkcə bir hərəkət və nəvazişlə alovlandırmaq mümkündür. O, ehtirashdır, lakin əxlaqi qadağalara ciddi əməl edir.
O məmnuniyyətlə heyranlığı və məhəbbəti qəbul edir, lakin heç vaxt özünü tam təslim etməz. O sizin nə istədiyinizi bilir, lakin siz heç vaxt yəgin ki onun nə düşündüyünü bilməyəcəksiniz. Əhvalındakı daimi dəyişikliklər hər bir məşuqu dəli edə bilər. O, sevməkdən qorxur, çünki əvvəlcə əmin olmalıdır ki, bu hiss — ciddidir. Hər şeydən qabaq o, təhlükəsizlik və müdafiə hissinə malik olmalıdır. Çox sədaqətlidir. Bunun üçün də sevilməli və arzu edilməlidir. Özünü təslim etməmişdən əvvəl ehtiyatla bütün imkanları götür-qoy edir. Hissiyyatı həmişə keşikdədir.
Onun sevgisinə layiq olan kişi üçün hər şey etməyə hazırdır. Sevgili seçəndə səhv edibsə, bu səhvi öz xeyrinə tərəf döndərə bilir. Bunun üçün onda inadkarlıq, səbir və həyati qüvvə var. Xarakterlərin yarışında çox qorxulu düşməndir. İncikliyi gec unudur, qisasını həddi-hüdudu yoxdur. Oğlaq qadınlar müstəqil olub istədikləri kimi yaşamağa can atırlar. Məftunedici gözəlliyinin qədrini bilir. Təmizkar və səliqəlidir. Başqa qadınlar kosmetika və geyim barəsində onunla məsləhətləşirlər. Haqq-hesabını biləndir. Gənclikdə zəif və utancaq olur, yaşa dolduqca özünə inamı artır və kişiyə rəhbərlik edir. Ağıllı olduğuna və hər şeyə ciddi yanaşdığına görə seksi həyatında mühüm hesab etmir. Onun həmişə yeni məqsəd və vəzifələri olur. Çox vaxt layiq olduğundan az şey alır, ancaq bu -müvəqqətidir.

Oğlaq bürcünün uyğunluğu

  1. Oğlaq — Qoç: Hər ikisi güclü iradəyə, inadkarlığa malikdir, həyati xətalara yol vermirlər. Əgər sizə elə gəlib ki, bu — sevgidən daha çox vuruş situasiyasıdır, onda bəlkə də haqlısınız. Onlar yataqda uyğun gəlirlər, ancaq pul barədə, kimin qərar verməsi dostiar, karyera haqqında mübahisə etməyə başlayacaqlar. Qısqanclıq da bir qədər aranı qızışdıracaq. Əlaqə alına bilər, iakin nikah az ehtimal ediləndir.
  2. Oğlaq — Buğa: Hər ikisi evcanlıdırlar, pulu qiymətləndirir və təhlükəsizliyi vacib sayırlar. Buğanın səbri var, ancaq Oğlaq ümumi məqsəd naminə qarşılıqlı həzz üçün işləməyə hazırdır. Seksual planda bu cüt nə oldu fikirləşə bilər: hamısı həyata keçəcək. Oğlaqın ambisiyaları Buğanın məqsədyönlüyü ilə əla uyğunlaşır. Bütün münasibətlərdə gözəl perspektivlər.
  3. Oğlaq — Əkizlər: Bir-birinə əks xarakterli seksual mövqelər. Əkizlər impulsiv, tez vurulandır. Oğiaq — ləng, sədaqətli, ehtiyatlıdır. Əksliklərin ilkin cazibəsi uzun rnüddət davam edə bilməz.
  4. Oğlaq — Xərçəng: Seksual planda Xərçəng bir qədər utancaqdır, Oğlaq isə liderliyi öz üzərinə götürmək istəyir. Hər iki tərəfin səmimiyyəti işin xeyrinə olar. Yataq otağında yaranan qarşılıqlı anlaşma başqa maneələri aradan qaidırmaq üçiin lazım olacaq. Onlar Zodiakın əks tərəfləridir və nəticələr də bu halla bağtıdır. Yataq otağında əldə edilmiş qarşılıqlı anlaşma uzunmüddətli münasibətlər üçün münbit zəmin yarada bilər. Əgər bu, baş versə, nikah qısa əlaqədən daha üstündür.
  5. Oğlaq — Şir: Şir belə hesab edir ki, Oğlaq sevgiylə doludur, lakin onu qənaətlə xərcləyir. Oğiaq da təxəyyüldən məhrum olduğuna görə Şiri əhəmiyyətsiz tərəfdaş sayır. Oğlaq mələfə altında daha çox atəşə üstünlük verir. Onların hər ikisi yataq otağında hökmranlığa can atdıqlarına görə bir-birinə uyğun gəlmirlər. Müstəqil olan hər iki bürc əlaqədə bu fərqləri aradan qaldıra bitərlər, lakin nikah üçün onların səyi lazımdır. Şanslar — əllinin əlliyədir.
  6. Oğlaq — Qız: Oğlaqın praktikliyi və Qızın səliqəliyi çox gözəl uyğunlaşır. Seksual zəmində anlaşılmazlıqlar ola bilər, lakin başqa şeylərdə bir birlərini o qədər yaxşı başa düşürlər ki, bu onları çox da narahat etmir. Hər ikisi mühafizəkar, başa düşən, tabe olan insanlardır -uzunmüddətli ittifaq üçün yaxşı əsasdır.
  7. Oğlaq — Tərəzi: Tərəzinin füsunkarlığı və seksual cazibəsi əvvəlcə Oğlaqı cəlb edir. Lakin daha yaxından tanış olandan sonra Tərəzi eqoist görünür və Oğlaqın fiziki tələbatiarına cavab vermir. Öz hisslərini ifadə edə bilməyən Oğlaq başqa tərəfdaşlar axtarır. Əlaqə heç də sadə deyil. Əgər Oğlaqı qane edən maliyyə imkanları olmasa nikah baş tutmayacaq.
  8. Oğlaq — Əqrəb: Uğurlu qarşılıqlı seksual münasibətlər. Əqrəb daha yaradıcı, Oğlaq isə ardıcıldır. Lakin hər ikisi bu sahədə bir yerə sıxışırlar və yataq otağındakı uğur böyük imkanlar açır. Hər ikisinin güclü iradəsi var, ancaq Əqrəb hökmranlığa can atır. Oğlaq onun mülkiyyətçi məhəbbətini qəbul edir. Ehtiraslı əlaqə, uğurlu nikah.
  9. Oğlaq — Oxatan: Oğlaq rahat şəraitdə sekslə məşğul olmağı sevir; Oxatan isə harda gəldi. Oğiaq ehtiyatlıdır, mühafizəkardır, Oxatan isə oyunçudur. Ekstravaqant və məsuliyyətsiz Oxatan simic və könülsüz Oğlaqın əlindən hirslənəcək. Yaxşı əlaqə deyil. Uğursuz nigah.
  10. Oğlaq — Oğlaq: Onların romantik həyatı, çox tez ətalətə çevriləcək. İlk vaxtlar ümid etdiklərindən daha az şey almağa səy göstərsələr uğur mümkündür. Heç bir eksperiment onların üfüqlərini genişləndirə bilməz. Digər tərəfdən, hər ikisi çox işləyir, ciddi və qənaətcildirlər. Əlaqə və nikah o qədər də şən alınmaya bilər, ancaq hər ikisini qane edər.
  11. Oğlaq — Dolça: İşin gedişatında bilinəcək ki, sevgi macərası nə dərəcədə dostluğa çevrilə bilər. İntim məsələlərdə Oğlaq üçün Dolçanın öhdəsindən gəlmək asan deyil. Dolça seksdə yeniliklərə, Oğlaq isə ənənəvi formalara üstünlük verir. Azadlıqsevər, yaradıcı Dolça praktik Oğlaqı uzun müddət sevə bilmir. Qənaətbəxş əlaqə, lakin nikah səylər tələb edəcək.
  12. Oğlaq — Balıqlar: Balıqlar Oğlaqı aldatmağa çalışacaqlar, çünki bu, onların xarakterindədir. Ancaq Oğlaq bunu yola verib yataqda aparıcı rolu öz üzərinə götürəcək. Balıqlar tezliklə onun dalınca güdəcəklər. Bundan əlavə, Balıqlar sevən və səmimi insanlardır, onlar Oğlaqla xoşbəxt ola bilərlər. Bu çox fərqli xarakterlər emosional planda bir birini tamamlayırlar. Əlaqə və nikah üçün yaxşı proqnozdur.

 

Oğlaqların Sağlamlığı

Əgər keyləşib inkişafdan qalmasalar Oğiaqlar istənilən adamdan çox yaşaya bilərlər. Onlar xəstəliyin ilk əlamətlərini hiss etmirlər və belə düşünürlər ki, bu -qəzavü-qədərdir. Əslində isə Oğlaqlar xəstəliyə yaxşı müqavimət göstərirlər. Zəif yerləri: dizlər, budlar, sümüklər, əzələlər, qan dövranı, qalxanbənzər vəzi, dəri. Dərirıi həmişə təmiz saxlamalı: kalsiy müxtəlif bədən üzvlərində toplanması həddini aşaraq onlara əziyyət verir.
Oğlaqlar həddən artıq yeknəsaq yeməklər yeyirlər: qidaya vitaminlər daxil etmək lazımdır. Həzm sistemi zəifləyə bilər, 60 yasdan sonra qəfil kökəlmə başlayır. Oğlaqların hamısına tez soyuq dəyir. Damar divarlarının zəifləməsi, ekzema, böyrək və urək tutmaları onlarda geniş yayılıb. Preventiv Ölçülər: pəhriz, duzu azaltma, günəşli iqlim, dağ havası, yelçəkmədən qorunma, isti alt və üst paltar, müntəzəm massaj, yataqda çox uzanmamaq. Qəddar düşmənidir: nəmişlik və soyuq.

Karyera və Oğlaq bürcü

Gənclikdə Oğlaqlar iki tipə bölünürlər: bir qismi həyatda nə istədiklərini tez başa düşüb artıq 3-5 yaşında uşaq olmaqdan çıxırlar; digərləri isə mühüm addımı nə vaxt atacaqlarmı bilmir və mümkün olduqca bunu təxirə salır, təhsil alır və gec yetkinləşib böyüyür, 30 — 40 yaşına qədər valideyinlərdən asılı olurlar. Oğlaqların əksəriyyəti birinci tipə mənsubdurlar. Onlar ağır işdən qorxmurlar, dözümlü və dəqiqdirlər, səhər tezdən gecəyə qədər işləyə bilərlər, aclıq, susuzluq və yeknəsəqlikdan bezib çəkinmirlər. Oğlaq təklikdə daha yaxşı işləyir. Səs-kuysüz, sakit iş kabineti onun üçün daha münasibdir. Kollektivçilik hissi Oğlaqda çox zəifdir. Hər bir işi müstəqil görməyə üstünlük verir. Rəislə və tabeçiliyində olanlarla məsafə saxlayır. Nadir hallarda öz işlərini dəyişirlər. Oğlaqlar — çoban, fermer, şaxtaçı, kənkan, quyuqazan, yolsalan və ev tikən işçi, konstruktor, saatsaz, hüquqşünas, arxitektor, dağ mühəndisi, filosof, siyasətçi, aqronom və s. olurlar.

 

0 şərh