Рейтинг
+33.49

Bürclər və onların xüsusiyyətləri

23 üzv, 79 topik

Stress və bürclər

Qoc bürcü (21 mart — 20 aprel)
Qoç bürcünə stress və ekstrim demək olar ki, vacibdir. Bu onlar üçün adrenalin mənbəyidir, həmçinin onların gücünü sərgiləmək üçün əla bir haldır.
Qoçlar çətin vəziyyətlərdən tez çıxmaq, imkansızlara və zəiflərə kömək etməkdən zövq alırlar. Bu bürcün nümayəndələri sonadək mübarizə aparırlar – həm fiziki, həm də psixoloji.

Buğa bürcü (21 aprel — 21 may)

Buğa bürcünün nümayəndələri stress halları zamanı özlərinə uzun müddət gələ bilmirlər.
Dərt – kədər onları bürüyür. Bu halla buğalar mübarizə belə aparmağı xoşlamırlar, bir kənarda oturub təhlükənin keçməsini gözləyirlər. Buğaların ən böyük silahı – səbrdir.


Ardı →

Bürclərin zəhlətökən xüsusiyyətləri

Qoç bürcü - qoçlar, özlərini həmişə ön planda görmək istəyir. Tez hirslənirlər. Bəzən kobud davranır və dalaşqan olurlar. İnadçıdılar və hər şeyin ən yaxşısını istəyirlər. İstəkləri yüksəkdir, buna görə də özlərini çox yorurlar. 

Buğa bürcü – buğalar tənbəl olur. Hər şeydən tez bezir və buna görə də deyinirlər. Bəzən çox anlayışsız olurlar. 

Əkizlər bürcü - əkizlər dəyişkən ruhlu olur. Xarakterləri sabit olmur. Hər şeylə maraqlandıqları üçün ətrafındakılarını bezdirə bilərlər. Əsəblərinə nəzarət edə bilmirlər.
Ardı →

Bürclərin sevgidə qısqanclıq halları

Qoç bürcü - həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyi artıqlaması isə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır. 

Buğa bürcü
  — üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressiv və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur. 
Davamı →

Ən varlı bürclər

Pul barəsində hansı bürc daha şanslıdır. Bürcünüzə görə pul barəsində nə qədər şanslı olduğunuzu aşağıdakı yazıdan öyrənin. 

Qoç bürcü – qoçlar öz həyatı üzərində qumar oynamağı sevir. Riskli olmağı sevdiyi üçün pul yatırımı edir. Bu onun ruhi cəhətdən razı olmasına və özünəinamının inkişaf etməsinə yardım edir. Kiçik də olsa, öz işinin rəhbəri olmaq istəyir. Rəhbər olmaq azadlığını və rahatlığını təmin edir. Pulu yığmaq onlar üçün çox çətin bir işdir. Həmişə yeni fikir və ideyalar axtarışında olması, xərclərinin azalmasına icazə vermir.

Buğa bürcü – buğalar maddi vəziyyətlərdə olduqca tədbirli, səbrli və planlı hərəkət edir. Təcrübəsi olmayan buğalar, özünün güvənsiz hiss etdiyi üçün əvvəlcə ruhi, sonra isə fiziki problemlər yaşaya bilər. Borc almağı qətiyyən sevmir və borc verməkdən də xoşlanmır. Heç kimə möhtac olmamaq və ayaq üstə dura bilmək üçün  müxtəlif yollara əl atır.
Davamı →

Bürclərin mənfi xüsusiyyətləri

Qoç

Qoçlar burnu havada, özünü bəyənmiş tiplərdir. Dünya onların ətrafında dönər zənn edərlər. halbuki heç də elə bir şey yoxdur. Bir ağcaqanad belə onların ətrafında dönməyə tənəzzül etməz. Qoç bürcündən birinə aşiq olmayın. Çünki əgər elə bi qəflətə düşsəniz sizi iztirab, əziyyət və gözyaşı dolu günlər gözləyir deməkdir. Türk filmində pərişan olan artistlərdən daha çətin vəziyyətə düşərsiniz. Çünki bu qoç qıçınıza təpiyi bir gün yapışdıracak və o günün hazırlığını çox əvvəldən etməyə başlayar. Oyananda iş-işdən keçmiş olar.
Davamı →

Bürclər və karyera

Hər bir insan yaxşı iş sahibi olmaq və yaxşı qazanc əldə etmək istəyir. Sevmədən görülən işin isə insana nə maddi, nə də mənəvi faydası ola bilər. Astroloqların fikrincə, insanlar bacarığına uyğun iş axtararkən hansı bürcdən olmalarını da nəzərə ala bilərlər. Bürclərlə bağlı aparılan araşdırmalar insanların hansı iş sahələrində daha bacarıqlı olduğunu söyləməyə imkan yaradır.
Astroloqlar deyirlər ki, lider olmaq arzusunda olan qoç bürcünün nümayəndələri idarəcilik sahəsində daha uğurludurlar. Bu bürc altında dünyaya gələn insanlar cəsarət tələb edən bütün işlərdə uğur qazanırlar. Bu baxımdan onlar hərbi sahələrdəki işlərdə, ticarət həyatında riskə getməyi tələb edən işlərdə də uğurludurlar.
Davamı →

Toy qoroskopu

Deyirlər ki, nigah – iki nikbinin bilinməzliyə doğru uçuşudur. Yəqin ki, bu dogrudan da belədir. Kim qabaqcadan deyə bilər ki, həyat necə alınacaq, qarşıda nə gözləyir? Ailə həyatında qarşıya çıxacaq çoxlu sayda maneələrdən necə uzaq olmaq olar? Nə etməli ki, ailə həyatı uzunömürlü və xoşbəxt olsun? Necə edəsən ki, xəyallarında yanılmayasan? Təəssüf ki, suallar cavablardan çoxdur. Bütün kişilər və qadınlar öz talelərini bir-biri ilə bağlayarkən yalnız xoşbəxtliyə ümid edirlər. Astroloji nöqteyi-nəzərdən nigahın möhkəm və uzunömürlü olmasının ən dəqiq analizini almaq üçün şəxsi qoroskop tərtib olunmalıdır.


Davamı →

Bürclərə görə xəstəliklər hansılardır?

Astrologiya sadəcə olaraq insanların əsas xarakterik özəlliklərini əks etdirmir, bürclər, planetlər və evlərin bəlli orqanları da təmsil etdiyini iddia edən astroloqlar astrologiya ilə sağlamlıq arasında əlaqə olduğunu hesab edirlər.
Bu sahənin mütəxəssisləri bildirir ki, planetlərin düşdüyü evlər, bürclər və aralarında yaranan əlaqələr, insanın hansı cür xəstəliklərə meyilli olmasına ipucu verir. Xəstəliklərin səbəbləri sırasında insanın hələ ana bətnində olarkən günəş və ayın təsirləri də yer alır.
Ardı →

Bürclərə görə qadınlar

QOÇ
Qoç qadını bir kişidən qorunmağı, güdülməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istər. Ona təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmə təsisində tətil təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basket matçı və ya Bungy-jumping nümayişinə isə qaçaraq gəlir. Şəfqət və sevgi yerinə ehtiras və cinsiliyi seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər. Bir idman qarşılaşmasında komandanın as oyunçususanız və, o da tamaşaçılar arasında isə mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi təklif: «Paraşütlə atlama kurslarına gedirəm, sən də gəlirsənmi?»
Davamı →

Bürclər necə sevir?

QOÇ

Qoç bürcü romantizmi dərinliklərdə yaşayır.Heç gözləmədiyiniz bir anda, sizə nə qədər cazibədar olduğunuzu söyləsə əsla çaşmayın! Qoç Bürcü kəsləri olduqca cazibədar və təsir edicidirlər.
Üstəlik ona aşiq olmaq da bir o qədər asandır. Quruluşu etibarilə kiçik yaşlardan etibarən qarşı cinsə maraq duymağa başlarlar. Avtoritardırlar, istəklərini reallaşdırmaq üçün maneə tanımazlar. Sürprizlərlə dolu Qoç Bürcü, eyni zamanda olduqca cürətkardırlar. Qarşı tərəfi, ovlanması lazım olan bir ov olaraq görər. Aşiq olduğu zaman işlər dəyişər. Mükəmməl bir aşiq olar, əlaqələrinə dəyər verər, romantizmi dolu dolu yaşadarlar. Hər nə qədər Qoç Bürcü insanı öz istəklərini və ehtiyaclarını ilk sıralara qoysa da bu tutumlarından və həyata müsbət baxışlarından təsirlənməmək qeyri-mümkündür. Bu bürcün qadınları, qürur və güc axtararlar amma bir az da itaətlilik gözləyərlər; çünki üstlərində hakimiyyət qurulmağa işindən xoşlanmazlar. 
Davamı →