Xanımlara məsləhət!

Yaşadıqımız zəmanədə mənim üçün xüsusən təəssüf hissi yaradan bir səbəb var.Bu xanimlarımızın nigaha girdikdən sonra özlərinə az diqqət etmələri,artıq çəki yığmaqla yanaşı xarici görkəmdə yaşla bağlı yaranan dəyişikliklərə biganə yanaşmalarıdır.Bu,bildiyim çərçivədə insanların əksər qisminin qiciq aldığı və nəzərə çarpacaq dərəcədə sinirləndiyi mövzudur.Axı nə üçün Azərbaycan qadınları gözəl əxlaqa,görünüşə sahibləndiyi bir vaxtda ailə qurub övlada sahib olduqdan sonra xarici görkəminə önəm vermədən ancaq ev işləri ilə məşqul olur,evdarlıq edir lakin kobud vurğulasam "özünə baxmır".Bu acinacaqli haldır.Çünki bəylərimizin xanimlarına xəyanəti,zamanla evliliyin 3-4 il vaxt intervalından sonra başqa səmtə yönəlmələrinin qlobal səbəbi əksərən budur.
Xanimlarımızı daha gözəl,daha incə,daha nəzakətli,həyat yoldaşı ilə daha nəzakətli,diqqətli,və özünə baxımlı olmaqa çağırıram.Qoy onlar övlad sahibi olduqdan sonra sevgilərini həyat yoldaşından qısıb övladlarına verməsinlər.necə deyərlər hər kəsin öz yeri var.

Xanımlarımıza sorğu keçirdim,əksəriyyət "mənim üçün əsas övladdir,onu ya balamı seçim qarşısında balamı seçərəm"dedilər.Lakin anlamırlar ki,bucür fikrə malik olmaq onları səhv yönləndirər.Çünki,axı ata ya ana olmadıqdan sonra övlad qanadı qırıq quşa bənzər.məsləhətim,bu düşüncələrdən uzaq olub AİLƏ HƏYATINI sağlam sürdürsünlər.Özlərinə güzgü qarşısında daha çox vaxt ayırsınlar!!!Övladlarını saqlam düşüncəli,cəmiyyətimizə xeyirli övlad yetişdirməklə yanaşı,ailəsinin sonadək sağlam,bütöv qalmasına nail olsunlar ki,boşanmanin,xəyanətin sayı azalsın!!Yekun-Xanımlar ailə qurur ev geyimlərinə,saçlarının(demək olar ki saçlarını daramadan yığır),dərisinin,görünüşünün fərqinə varmır.Buna xüsusən diqqət etsinlər!

Müəllif--Cahandar Həsənli.

Mənbə-İnternet aləmində ilk dəfə yayımlanır.

0 şərh