Olmuş hadisə.DƏHŞƏT.

Qaynata gəlnini zorlayıb.Bu olmuş hadisədir.Ağcabədidən gəlin qəzetlərin birinə bu məktubu yollayıb.

Dəhşət dolu məktub


"Mən 2005-ci ildə Ağcabədi Pedoqoji Texnikumunun ibtidai təhsil şöbəsinə daxil olmuşam. Ötən il yaşıdım olan həmkəndlimə el adəti ilə ərə getdim. O, atası ilə birgə evlərinin yanındakı avtomobil təmiri sexində işləyir. Dolanışacağımız pis deyildi. Yeganə arzumuz övladımızın olması idi. Təhsilimi bu il başa vurdum. Yaxın günlərdə diplom alacaqdım. Evdəkilərdən xahiş edirdim ki, rayon mərkəzinə gedəndə diplomumun hazır olub-olmaması ilə maraqlansınlar. Avqustun 13-də səhər qayınatam - mən ona "papa" deyə müraciət edirdim - dedi ki, diplomun məktəbinizə gəlib çıxıb, hazırlaş, gedib alaq. Sevincimin həddi-hüdudu yox idi,- demək növbəti il müəllim işləyəcəyəm! Geyinib-keçinib oturdum maşına. Elə qayınatamın da kefi kök idi. Nə biləydim ki, o, günlərlə baş sındıraraq barəmdə heç vaxt ağlıma gətirə bilməyəcəyim murdar plan cızıb...
Ağcabədi şəhərinin Rəsulzadə küçəsindəki ikimərtəbəli yaşayış evində bu ailənin ayrıca dördotaqlı mənzili var. Düzdür, orada heç kəs daimi olaraq yaşamır. Amma rayon mərkəzinə yolu düşənlər tez-tez ora baş çəkir, bəzən bir-iki gün qalırlar. Dərs açılan gün ora ailəvi getmişdik. Bir dəfə də mənə pal-paltar alınanda hamımız orada olmuşuq, yemək-içmək hazırlayıb saatlarla oturmuşuq. Qayınatamın Ağcabədidə işi çox olan vaxtlar evdən çıxmazdan əvvəl özüylə yemək götürərdi. Nə isə, həmin gün də qayınatam məni ilk əvvəl ora apardı. Yolboyu deyinirdi ki, ərin məndən gizlin siqaret çəkir, sən isə bilib gizlədirsən. Dedi ikinizi də evdən qovacağam,- onu Rusiyaya yollayacam, səni isə atan evinə qaytaracam. Demə, məni özündən tam asılı vəziyyətə salmaq üçün zəmin hazırlayırmış. Ağcabədiyə çatanda dedi gedək buradakı evə, gəlmişkən oranı təmizlə, neçə vaxtdır əl dəymədiyindən tozun içində itib-batır. Maşından düşəndə yoldakı bulaqdan içmək üçün su doldurduğu qabı və içərisində yemək olan qara rəngli sellafon paketi mənə verib dedi ki, sən qalx yuxarı, mən maşının qapılarını bağlayıb gəlirəm. Pilləkənlə yuxarı qalxanda qonşu qadınla rastlaşdım. Onunla salamlaşdıq. Qadın məndən soruşdu ki, bu kişinin nəyisən. Dedim ki, gəliniyəm. Başını bulayıb öz işi ilə məşğul oldu. Qonşunun bu hərəkəti məni təəcübləndirdi. Demə səbəbsiz deyilmiş. Sonradan orada yaşayanlar dedi ki, bu kişi tez-tez bura müxtəlif yaşda olan qadınlar gətirir.
Mən evi süpürüb təmizləməyə başladım, o isə istirahət otağına keçib qoşa yataq taxtına uzandı. Döşəməni yumağa qoymadı, dedi daha bəsdir, əlini yu. Durub mənzilin əsas qapısını açarla bağladı, məni orta otağa salıb onu da arxadan bağladı. Dedi neçə vaxtdır deyə bilmirdim, indi əsl imkan yaranıb, bu gün səndən istədiyimi alacağam. Əlim əsdi, bədənim keyidi. Götürüb məni zorla çarpayıya salanda, ögüməm tutdu. Belə görəndə qapını açdı, keçib o biri otaqdakı qırmızı ləyənə qusmağa başladım. Gördüm əlinə mətbəx bıçağı alaraq kəsdirib başımın üstünü. Dedi nahaq yerə artistlik edirsən, onsuz da mən fikrimdən daşınan deyiləm. Düşüb ayağına yalvardım, xeyri olmadı. Məni sürüyüb yatağa saldı. Səhər çörək yemədiyimdən heyim də yox idi. Əlindəki bıçağı gözlərim qarşısına tutaraq dedi: - Mane olsan, yaxud çığırıb eləsən, bax buradaca səni doğrayacağam. Məni ardıcıl olaraq üç dəfə zorladı. Evdən çıxıb maşına oturduq. Yolda dedi ki, heç narahat olma, bu, bizim aramızda sirr olaraq qalacaq. Özümdə güc tapıb ona son sözümü dedim: "Səni öz atası kimi qəbul edən, qabağına çay-çörək qoyan, ayaqlarını yuyan qadının namusuna toxundun. Mən heç, oğlunu düşünürsənmi?" Azacıq vicdanı olan adam gec də olsa etdiyi bu hərəkətdən peşman olduğunu söyləyərdi. Amma kimə deyirsən?! "Neçə vaxtdır səndən ötrü kəsirdim. Bu, nə vaxtsa olmalıydı. Oğlumu neynirsən, sən deməsən o hardan biləcək,- üstünə möhür basmayıb ki?.." Daha dediklərinin mənə fərqi yox idi, yalnız bircə şeyi - onun əlindən salamat çıxıb evə getməyi düşünürdüm.
Texnikumun yanından keçəndə maşını saxladı, yolun o biri hissəsində - bankın yanında dayanmış Y. müəllimin yanına qaçdı. Nəsə soruşub tez geri qayıdıb maşına oturdu. Dedi müəllimindən öyrəndim, hələ diplomun hazır deyil. Bunu öyrənib deməsəydi də, artıq bilirdim ki, məni diplom almaq üçün rayon mərkəzinə gətirməmişdi. Evə yaxınlaşdıqca bu hadisəni ərimə necə deyəcəyimi düşünürdüm. Biz bir-birimizi sevib ailə qurmuşduq və birgə yaşayışımız dövründə də hər şey ürəyimizcə idi. Bunu ərimdən gizli saxlaya bilməzdim. Namusuma toxunan, şirin həyatımı bircə günün içində pozan bu murdar insanı cəzasız da buraxmaq olmazdı! Daha hər şey gözümdən düşmüşdü, bəlkə də ölüm bundan yaxşıydı. Bu vəziyyətdə gəlib evə çıxdım. Heç kəsə heç nə demədən qalxıb öz otağıma keçdim, üzüqoyulu vəziyyətdə yatağımda süst qaldım. Axşamüstü anam gəldi. O, tez-tez bu evə süd-qatıq gətirirdi. Ümumiyyətlə, valideynlərim bizdən 350 metr aralıda yaşayır. Anam gəlib çıxmasaydı da, onsuz da imkan tapan kimi qaçıb gedəcəkdim. Üstəlik başıma gələnləri bu evdəkilərə deməyə də qorxurdum. Qan düşə bilərdi, ola bilsin kişi sirri ört-basdır etmək üçün məni öldürərdi. Anamı görən kimi ağlaya-ağlaya dedim məni apar, daha burada qala bilmərəm. Başıma yığılışdılar, məsələdən qayınanam da, baldızım da, qaynım da hali oldu, elə yoldaşım da. Heç kəsə inana bilmirdim. Qaynım dedi ki, getmə, özümüz araşdırıb, tədbir görərik. Amma razılaşmadım, anama qoşulub evdən çıxdım. Qayınatam düşdü ayağımıza ki, bir qələtdir olub, bu sirri açmayın. Evdəkilər nə edəcəyini bilmədən bizə baxırdı. Hamı şokda idi, yoldaşımın ürəyi getmişdi.
Başıma gələnləri atama, qardaşıma danışıb onlara and verdim ki, qisas almaq üçün başqa şey fikirləşməsinlər, mənim həyatım puç oldu, bu dərdin üstünə bir dərd də gətirməsinlər. Qərara gəldik ki, bu şərəfsiz adamı qanuni yolla cəzalandıraq. Zəng vurdular, sahə müvəkkili və polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşı gəldi. Məndən izahat alıb məsləhət gördülər ki, polis idarəsinə gedək. Orada isə dedilər ki, bu, bizim səlahiyyətimizə aid deyil, prokurorluğa şikayət edin.
Rayon prokuroru məzuniyyətdə olduğundan, bizi Əsgər müəllim qəbul etdi. Burada da ətraflı izahat verdim. Zəng vurub o adamı çağırdılar prokurorluğa. Amma orada nə desə yaxşıdır,- guya dediklərim yalan və uydurmadır, ona şər atıram. Üstəlik mənə məsləhət gördü ki, sənə nə olub bilmirəm, amma ərizəni geri götürsən heç nə olmayıbmış kimi səni apararam evə. Elə prokurorluq işçilərinin yanında sözümü dedim: səni bağışlamayacağam. Həmin gün məni Ağcabədi şəhər poliklinikasında müayinə etdilər, ertəsi gün isə Beyləqanda yerləşən məhkəmə-tibbi ekspertizasına apardılar. Eyni zamanda cinsi zorakılığa məruz qaldığım mənzilə də baxış keçirildi. Hamı gördü ki, yataq bulaşıb, yastıq üzərində fərqli saç tükləri var. Bıçaq da tapıldı. Hələ mən bilməyən şeylər də varmış - videomaqnitofon üstündə pozğun filmlər olan videokassetlər də aşkar olundu. Istintaq üçün əhəmiyyət kəsb edən əşyalar şahidlərin iştirakı ilə götürüldü. Binanın qarşısına toplanan adamlardan öyrəndik ki, o necə adam imiş.
Çox istərdim ki, istintaq obyektiv aparılsın. Artıq buna görə məndə narahatlıq yaranıb - bu deyilənlərə baxmayaraq, adamı tutub saxlamayıblar. Hadisə yerinə baxış keçiriləndə müstəntiq mənə və orada olan şahidlərə hələ yazılmamış protokola - eləcə ağ kağıza qol çəkdirdi. Bilmirəm idarədə verdiyim izahatlar da öz sözlərimlə yazılıb, yoxsa yox,- nədən ki, müstəntiq verdiyi sualları və mənim cavablarımı kompüterdə özü yığdı. Deyirlər hər şey ekspertizanın nəticəsindən asılıdır, amma ekspert rəylərinin nə vaxt hazır olacağı da bizə məlum deyil.

Artıq bu hadisədən kənd camaatı və bizi tanıyanlar xəbərdardır. Elin ağzını bağlamaq da olmaz, hərə bir söz danışa bilər. Başıma gətirilən bu iyrənc işdən sonra camaat arasına çıxa bilmirəm. Səbr edib araşdırmaların nəticəsini gözləyirəm. Əgər günahkar qanuni cəzasını almasa, rayon prokurorluğunun binası qarşısında üstümə benzin töküb yandırmaqla özümü öldürəcəyəm və bunun məsuliyyəti hüquq-mühafizə orqanlarının üstünə düşəcək. İnanmıram ki, bu qeyri-insani, azərbaycanlıya, müsəlmana yaraşmayan hərəkətin üstünü ört-basdır etsinlər."

P.S  Halal olsun bu gəlinə ki hadisəni gizlətməyib.Yoxsa vicdansız ruhi xəstə qaynatası onu özünə məşuqə edərdi.Ruhi xəstə ancaq hesab etmək olar belə adamı.İnsnaın inanmağı gəlmir amma bu tükürpədici hadisə Ağcabədidə baş verib.

55 şərh

bahar
Buna bənzər hadisə bir dəfə də baş verib.  xəbərlərdə bu barədə məlumat verilmişdi.Lakin o hadisədə gəlin qaynatasını öldürmüşdü.  gəlinin qayınları və yoldaşı gəlinin tərəfini saxlamışdılar.
Xrizoberil
belə hadisələr artıq elədə diqqət cəlb etmir, çünki adiləşib...qaynata, qayın və s… buna nə ad verəsən heç adam bilmir?!
bahar
Bugün də daha biri, ata və iki qızı.............dəhşət, dəhşət
MaksiMuS
Allah cəzasını versin o kişinin.! Nə deyimə, həyatda elə hadisə və insanlarla rastlaşırıq, görürük ki bəzən insanların heyvanlardan daha azğın,vəhşi olması ilə bağlı qənaətə gəlirəm. Həqiqətən də pozulduqda insandan təhlükəli varlıq yoxdur həyatda. Hadisənin «Qəhrəmanı» da məhz belələrindəndir. Belələrinə baxıb etrafımızdakılarla şükr etməliyik. Məlumatı paylaşdığı üçün Cahandar qardaşıma təşəkkür edirəm.
Ferbara

Məqalə tapmadınız yerləşdirməyə?? Bu nə mövzudu?
Bir də ki, belə şeylərə dəhşətlə baxırıq.
Amma səhv etmirəmsə, Afrikada bir qəbilədə adətə görə toydan sonra gəlin birinci qayınatanın, bir neçə gün sonra halal həyat yoldaşının arvadı olur.

cahandar
Ferbara,bilməmişdim ki məqalə yerləşdirəndə sizinlə məsləhətləşməli imişəm.Gələn dəfə icazəniz olmadan yazmaram.Xahiş edirəm irad bildirəndə cümlələrinizə fikir verin.Belə dəhşətlər var və bu realdı.Heç bir qadın bilmir ki ailə quranda hansı ailəyə gedib düşəcək.Belə mövzulara çox toxunmaq lazımdır ki,qızlarımız ailəyə qarşı gedib sevdikləri küçədə tanış olduğu birinə ərə gedəndə sağlam ailəsi olan birini tapıb getsinlər.İndi bildiniz niyə toxunulub mövzuya.Xahiş edirəm kiminsə məqaləsinə kobud tərzdə şərh bildirmək əvəzinə nəşrlərinizin sayını artırıb maariflənib maarifləndirəsiniz.3 bloq 489 şərhiniz var.Mənim yazıma «bu nə məqalədir » şərhini yazmaqdansa məqalə yazın oxuyub təşəkkür edək.Mənim kifayət qədər şəxsi məqaləm,kifayət qədər maarifləndirici və paylaşdığım yazılar var ferbara xanım bir az nəzakətli olun unutmayın ki qarşınızdakı əks cinsin nümayəndəsidir.bəlkə də kiminsə acığını çıxırsız,bilmirəm elədirsə girin nəşrlərimə minuslayın hamısını onsuzda alışmışıq.Nə isə…
Ferbara
Hər şeyi ürəyinizə çox yaxın qəbul etməyin. Ərk edib sizə söz dedim. Niyə belə reaksiya verdiniz, anlamadım? Düşündüyünüz üçün təşəkkür edirəm.
cahandar
Şərh tapmadınız yazmağa?bu nə şərhdir yerləşdirdiniz?
Ferbara
:))) Əla zarafatınız var. 
Bu saytda oxucuyam. Əslində heç bloq yerləşdirmək fikrim olmayıb. :) Oxuduğum məqalələrə yaxşı, ya pis fikir bildirmək üçün qeydiyyatdan keçdim. Sonra həvəslənib 3 bloq yerləşdirdim. Vəssalam.
Lütfən, oxucularınızın fikirlərinə sakit yanaşın. :)
cahandar
Oxucuların fikrinə sakit yanaşırıq ferbara xanım.Sadəcə saytın öz qayda qanunu var tanış olmamısınız yəgin.Mənfi və ya müsbət verməklə bəyənib bəyənmədiyinizi seçirsiniz bəyənmirsinizsə buyurun minus verin şərhlər isə məqaləyə uyğun fikir bildirmək üçündür.Ümidvaram ki Anladınız.Nə olubsa bu kayzendə yeni gələn istifadəçilər əsas da xanım istifadəçilər anlaşılır şəkildə anladılanı anlamaq istəmirlər.Ya eyni adam birneçə niklə gəlir ya da qızlar inadkarlığa başlayıblar.Amma onu da qeyd edim ki inad da yerində olunmalıdır.Nə isə.Eybi yox.Yaxşı etdiniz daha bu haqda danışmayaq mövzudan kənar şərhlərin olmasını istəmirəm.Həm mən sizlə zarafat etməmişdim mən ümümiyyətlə xanımlarla zarafat etmirəm.Sadəcə reaksiyanızın necə olacağını bilmək istədim.Nə isə.Sözünüz olsa bura yox mesaj qutuma yazın.Şərh toplusuna çevrilməsin burası.Lili adlı «oxucumuz» kifayət qədər yorub bizi.
lili95
elə bir şərhin yoxdu ki. orada adım hallanmasın. bəlkə kifayətdir?
cahandar

Mən hörmət etmədiyim şəxslərin şərhinə cavab yazmıram.Hörmət etmədiyim kəsin də adını kefim istədiyi qədər hallandıra bilərəm!!!

lili95
yaxşıdır da adımla gündəmdəsən.uğurlar sənə.
Zeyneb_Ehmedova
lili burda heç kəs gündəmdə olmaq uçun kayzenə girmir nədə bura boş vaxt keçirmək üçün giriləcək saytda deyil bunu unutma
cahandar
Zeynəb anım özünüzü yormayın.Onun kimisinə mən ümumiyyətlə cavab vermirəm.Hər kəs oxucularım,Kayzen hörmətimi yetərincə saxlayır.Onun kimisinin adını çəkməklə gündəmdə olmaqdansa Kayzendən xahiş edərəm nikimi ümumiyyətlə ıəğv etsin.O buranı hansısa çatla səhv salıb.Nə önəmli nəşri yox,nə ağıllı şərhi,kayzenə istirahətə gələnləri qıcıqlandırmaqdan başqa bildiyi yoxdur.Mən kimisə təhqir etmir nədə fikrində deyiləm sadəcə hər kəsdən xahiş edirəm mənə hörmətiniz varsa bu… fikir verməyin.Heçnə yazmayın sadəcə şərhini oxumadan keçin olsun bitsin.Yorulub yazışdığı çatlara gedəcək.Mən onu həyatdan tanıyıram.Ona görə də məsləhətim budur ki saymayın.Vəssalam.Nə yazmasından asılı olmadan cavablandırmayın.Qadında qurur olmalıdır ilk növbədə o da yoxdursa demək.........Nə isə.Şərhimin sonunda bütün bu anlaşılmazlıqlara görə öz növbəmdə  Kayzen rəhbərliyi və bütün dostlarımdan üzr istəyirəm.kimlərsə çalışmırsa gəlin biz özümüz çalışaq bu cür xoşagəlməz hallar baş verməsin.Kayzenin gözəlliyi onun səviyyəli olmasıdır.Çat və digər forumlardan fərqlənməsidir.Kimlərsə məqsədyönlü gəlib buranı çata döndərməsin.Bu sözlər bütün yenilərə aid deyil sahibi payını götürdü.Mənə hörmət edən hər kəsdən xahiş edirəm dönə dönə heç bir şərh bildirməyin «o»na.
cahandar
Necə də qürursuzsan!!!!!!Bir balaca ləyaqətin olsun!!!
bahar
Bura Azərbaycandı,
Xrizoberil
oy oy oy… hər halda bura afrika deyil axı, elə deyil Ferbara? ((
MaksiMuS
Ferbara bu hadisə Afrikanın hansısa qəbiləsində adət halını ala bilər.Ama Azərbaycanda- milli mentaliteti, əxlaq dəyərləri, islam qayda qanunları, ailə dəyərlərinin hökm sürdüyü ölkədə belə hallar dəhşətvericidi.Ata ( doğrusu ona Ata demək ataların adına ləkə sürməkdi.) nə qədər azğın, heyvani hislərə boyun əyməlidiki öz doğma oğlunun namusuna göz dikə.Elələri islah oluna bilməz.1cə yolu var: GÜLLƏLƏMƏK
Ferbara
Razıyam.
Sadəcə dünyadakı dəhşətdən misal çəkdim.  Bir məqalədə gəlin bu adəti pozmaq üçün üsyan etdiyi haqda yazmışdılar.
MaksiMuS
İnanırsan rusiyada bu hal dəhşət deyil, adi haldı.Orda oğul ana ilə, ata qızı ilə, bacı qardaş ilə cinsi əlaqədə olur ki, buda nəinki onlar tərəfindən, ümumən cəmiyyət tərəfindən qəbul olunur
bahar
Azərbaycanı Afrika ilə müqayisə etmək çox gülüncdü.
Ferbara
Ay Bahar, ən azından dünyadan da xəbər tutdun. Əlbəttə ki. onlar müqayisəyə gəlməz. :)
MaksiMuS
Sebrli olun. Her wey yaxwi olucey:)
Unknown

5-6 il(bəlkə də daha da az) yatıb çıxandan sonra guya nəsə düzələcək?
psixiatra müraciət olunmalıdır,kökünə getmək lazımdır.bir insan necə bu qədər vəhşi ola bilər vəs.
əks halda bu tipli insanları cəmiyyətdən  1yollu təcrid etmək lazımdır.

Xrizoberil
elədir… amma çətin ki, düzəlsin (((
Rene
Doğrudan da tükürpədici idi… Belə hadisələri dəfələrlə eşitsəm də, hər dəfə dəhşətə gəlirəm… ((( Allah qorusun… (((
məryam
Ah necədə iyrencdi. Dəhşətdi. Belə şey yazıldığını bilsəydim heç girməzdim.
bahar
Bağışla da Məryəm (18+) yazmağı unudublar:))))
Xrizoberil
)))) Allah sizi güldürsün, televizorda heç rast gəlməyibki sizə belə xəbərlər???
bahar
Xrizoberil  onun hələ 13 yaşı var.Yəni uşaqlar belə verlişlərə baxmırlar.Hörmətli aparıcılarımız da  tez-tez vurğuluyurlar,«Azyaşlılar və ürəyi zəif şəxslər ekran qarşısından çəkilsinlər:)))
Zeyneb_Ehmedova

məryəm xoşuva gəlmirsə şərh yazmayada bilərsən

bahar
Uşaqdırlarda ,qanmırlar,başa salın:))
Xrizoberil
hmm… yaşı az imiş…
Zeyneb_Ehmedova

bahar elə uşaqlar sevgi smslərini oxumaqdansa belə mövzülar oxumalıdırlar ki ağıllansınlar hər kəsə inanmasınlar


 

Xrizoberil
mən sizinlə tam razıyam… düzgün məsləhətdir
bahar
havayı işdi. 150 şərhnən başa sala bilmədilər. Hələ yenə də davam eliyirlər,xeyri yoxdu bunlara.
Zeyneb_Ehmedova
vaxt gəlib peşman olanda hələ böyüklərinidə borclu cixardırlar ki «mən uşaq idim bilmirdim sən niyə icazə verirdin»
Gülnar
Elələrinə ölüm hökmü düşəsidi nəinki işin istintaqını zəif aparmaq..Amma çox təəccübləndim, çünki adətən belə şylər gizli qalır, əgər olubsa gəlinə cəsarətinə görə halaldı…
məryam
Yəni çox sağolun. Yaşımı bildiniz sıra məni bəbə yerinə qoydunuz. Təşəkkür edirəm.
Zeyneb_Ehmedova
məryəm heç kəs uşaq yerinə səni qoymur sadəcə yazanda baxda
məryam
Mən öz fikrimi yazdım. Şərhlərə baxsanız uşaqdı sözlərinə rast gələrsiniz.
bahar
Əziz Məryəm ,bəli uşaqsan sən,Heç olmazsa 14 yaşın olsaydı səni yeniyetmə adlandırmaq olardı.Amma sən hələ ki uşaqsan
məryam

Xeyr. Elə deyil:


12 yaşadək uşaq.


12-18 yeniyetmə


18-35 cavan


35-65 yetkin


65 və sonra yaşlı.


Yaş bölünməsi belədir.

bahar

1-ci növbədə uşaq psixoloqu kimi səhvləini düzəldim.


11 yaşdan 14-15 yaşadək olan inkişaf mərhələsi yeniyetməlik dövrü adlanır.bunun 11-12 yaşı kiçik yeniyetməliyi ,13-15 yaşı isə böyük yeniyetməlikdi.


Bu o deməkdir ki,sən hələ bu mərhələni başa vurmamısan.

Ferbara
Bahar, gözəl ixtisasın var. :)
bahar

Çox sağol.Mən ixtisasımla qürur duyuram.O sahədə çalışmasamda


 

kentavr
Özünüzə, müəllifə və kayzenə hörmətlə yanaşın!
bahar
Soruşmaq ayıb olmasın bu kimə ünvanlanıb?
məryam
Mənim vaxtımda Həyat bilgisi 3-cü sinif kitabında beləm şeylər yazılmayıb. Mən necə yazmışam elə yazılıb. Siz özünüzdə yeniyetmə sayıldığımı deyirsiniz.
Zahid_GDMLI
Dünya, niyə dağılmırsan?!
Shabnam_Ilham
Razıyam Zahid GDMLI dünyanın axırı çatıb deyəsən :( Doğurdan da çox DƏHŞƏT və tükürpədici hadisədir. Allah heç kimin başına gətirməsin bu cür fəlakəti… Bu arada cahandar sizə də təşəkkür edirəm bu məqalənizə görə ki, bu cür faktla insanların gözünü açırsınız…
cahandar

Təşəkkür shabnam_ilham.

Sufi
bu da musəlman olkesi.gerek hemin ogul o atani tike-tike dograyardi.bele hadiseleri men çox eşitmişem.2-il bundan qabaq shamaxiinin bir kendinde bele hadise olmushdu.''kishinin'' oglu ''tike-tike'' edib torbaya yigib aparib zibilliye atdmishdi.ozu de «kişi sayilib seçilen iki ayaqli heyvan idi(üzr isteyirem ifademe göre,belelerine bütün nalayiq sözler yaraşir)