Qayıt amandı

Yoxa çıxdın... duman kimi, çən kimi
Üfüqümdə şəfəq saçan gün kimi,
Hardan tapım, bir gözəli sən kimi
Nə olar ?..sevgilim... qayıt ,amandı.


Səni incitdisə.. tutulsun dilim
Qıyma ki ,dünyadan bu dərdlə gedim,
İzn ver qapına ehsanə gəlim
Nə olar?... sevgilim... qayıt! Amandı!

Könlüm pərişandı, ürəyim dərdli,
Ayrılıq, qəddimi gör necə əydi,
Sən getdin... qəlbimin nisgili gəldi
Nə olar... sevgilim qayıt. amandı!

Qəlbim xərabədə... heç olur sənsiz,
Çünki yaşamadı kədərsiz, qəmsiz,
Axı nə edər? yelkən gəmisiz
Əsirdi küləyə... gör nə zamandır!
Çagırır gəmisin... qayıt! amandı!

Dogrudan dərd çəkib görən sevənlər?
Arif tapmadım ki... dərman bilələr .
Bilir həm sevənlər, həm də küsənlər,
Eşqin yolları çəndi, dümandı,
Azarsan bu yolda, qayıt! amandı.

Möcüzə istədim.., tanrı vermədi
Günah taledəmi, yoxsa məndədi.
Bəxtimdə qıfıl var ,açar, səndədi
Nə olar? açarı atma! amandı,

Nə olar? sevgilim, qayıt! amandı!

Müəllif:Səfər.

7 şərh

məryam
Maraqlıdı. Teşekkürler.
ARİF
yaxşı şerdi məncə daha böyük portallarda paylaşmalısan
seyran
Böyük zövq aldım.Çox sağ olun.
MaksiMuS
Niye getdi, Niye qayitsin? Neyse weir qewengdi. +4 menden
cahandar
Təşəkkür edirəm hər birinizə.