Kişi

Məni qınamayın, düzün deyirəm,
Əsl kişilərə, mən baş əyirəm.
Siz geyən şalvardan mən də, geyirəm,
Şalvar kişiliksə, mən də, kişiyəm.

Kişi ocağına, evinə baxar,
Kişini el dərdi yandırıb yaxar.
Kişi xına qoyar, ya sırğa taxar?
Kişilik bəzəksə, mən də, kişiyəm.

Kişi bir söz verər, min söz gəzdirməz.
Kişi qeybət qırmaz, yalan söz deməz.
Nazlı gözəl kimi özün əsdirməz,
İşvə kişiliksə, mən də, kişiyəm.

Kişi qatlaşar hər ağır əzaba,
Kişilər tüpürməz yediyi qaba.
Görəsən, kişilik nədir əcəba?
Təkcə dolu cibsə, mən də, kişiyəm.

Rəhimli, çoxunun adı kişidir.
Paxıllıq, yaltaqlıq bir vərdişidir.
Məncə kişilik qeyrətin işidir,
Qoy hamı deməsin, mən də, kişiyəm.



Müəllif:Aygün Rəhimli.

14 şərh

Ferbara
Aygün Rəhimlinin yaradıcılıq həftəsi. Çox gözəl. )
SABINA ZZ

Meni qinamayin duzun deyirem,esl kisilere men bas eyirem...


ela

məryam
Ele danışırsız ki, ele bil esil kişi yoxdu.
cahandar
Təsadüfidir zəmanəmizdə Məryam!!!
məryam
Atalar ki var. Onlar indiki oğlanlar kimi deyiller.
cahandar
Ay məryam məryam bilmirəm bura niyə gəlirsən,gedib dərslərini oxumursan.Axı ağzında deyirsən atalar.Ata indiki oğlandı məgər? :)))  Həmdəki lap atalar olsun elə onlar da həyat yoldaşlarına xəyanət edənlər var aralarında nəinki xəyanət 4 uşaq ataları var ki indiki oğlan deyillər ailəsini atıb gedirlər "çörək qazanmağa" gəlmirlər.Əlbət ki lətifəsi bizimkilərdən uzaq.Ancaq bu da doğrudur ki hər kəsə öz valideyni müqəddəs gəlir.Təki belə də olsun.
məryam
DersLerimi oxumuşam ki, girirem. Her atanı nezerde tutmuram. Hem mövzu oğlandan yox, kişidendi.
cahandar
Məryam qız-qadın oğlan-kişi cinsinə mənsubdur.21-22 yaşlı cavan oğlan evlənir,16-17  yaşlı qız ailə qurur kişi və qadın deyillərmi?Dərslərini oxumusan yatmalısan ki sağlam zehnə və yaddaşa sahib olasan.Bunu acıqlı yazmıram.Əlbət ki şəxsi işindir.Valideynlərindən qeyri kimsənin haqqı yoxdur qarışmağa.Sadəcə bəsit düşünürsən.Acığına gəlməsin doğru başa düş.Ümumiyyətlə insanın dünya görüşündən onun fikirləri formalaşır.Deyə bilməzsən dünyagörüşüm var.Çox bilə bilərsən ancaq bu dünyagörüşünü əvəzləmir.Heç zaman sizin şərhlərə yazmamışam.Oxuyub gülümsəyib keçmişəm.Artıq buna da yazacağınız cavabı bilirəm.«Az yaşım olsa da dərin düşünürəm» deyəcəksən.Ancaq məryam belə deyil.Yəni həyat səni hələ çox imtahan edəcək.Nə vaxtsa gəlib şərhlərini oxuyanda gülümsəyib keçəcəksən.Ümidvaram inciməyəcəksən və düzgün anlayacaqsan.Müdrik insan o insandır ki səhvini deyəndə anlasln və doğru danışana inad etməsin başını əyib düzdür desin.Əslində sənin fikirlərin pis deyil sadəcə bəsitdir.Yəni anlaşılır ki az yaşamısan və həyatın sınaqlarından keçməmisən.Sənə uğurlar.
cahandar
Çox gözəl yazardı deyilmi? Mənim şəxsi şerlərim də çox vardı.9-cu sinifdən etibarən yazmağı sevər və iki 100 vərəqli dəftəri şəxsi şerlərimlə doldurmuşdum.Ədəbiyyat müəllimlərinə yoxladırdım çox bəyənir hətta şerlərimi qəzetlərə verib pul qazanmağı tövsiyyə edirdilər.Sonra necə oldusa dəftərlərim məktəbdə itdi.Bilmədim qəsdən kimsə götürdü ya yox.Nə isə beləcə 11-ci sinfə kimi davam etdimyazmağa.Lakin məktəbi bitirdikdən sonra tamamilə başqa sahəyə başqa peşəyə yiyələndiyim üçün poeziyanı buraxdım.Artıq uzun müddətdir şer yazmıram məqalə ancaq o da Kayzenə yerləşdirmək üçün.Çünki sahəm fərqli,vaxtım isə məhduddur.
cahandar
Bunları yazmaqda məqsədim.İnşallah vaxt imkan edib Cahandar Həsənli həftəsi ayıracam.İlham lazımdır bunun üçün vaxt lazımdır o da hələlik yoxdur odur ki digərlərin poeziyasından istirahət edib və burda paylaşıram.
kentavr

Cox gozel nitq medeniyyetiniz var,sebrli,temkinli,yerinde.O ki, qaldi kisilik haqqinda şerə vallah nə şalvar geyinmirəm,nə naz eləmirəm,nə də bəzək əşyalarından istifadə etmirəm,ancaq bütün nəslimin basını yuxarı edən bir qadinam.

cahandar
Odur ki el deyək,halal olsun sizə və timsalınızda sizin kimi qadın deyi XANIMLARA.Danışığınız,davranış qaydalarını,özünə qiymət verməyi bacaran,qürurlu,mərd,kişi xasiyyətli hər bir bacı və Analarımızın qarşısında baş əyirəm!!!
ElcinHesenov
sağolki varsan
Aysel218
Heqiqetende burda gozel ve mentiqli fikirler seslenir,,,,buna gore tesekkur edirem.heyat tecrubesi qazanmagima komek olur