Cahandar Həsənli: "Böyüyəndə polis olacam"

Cahandar Həsənli: "Böyüyəndə polis olacam"
İmişli rayonunun Şahverdili kəndinin 49 yaşlı sakini Südabə Həsənova mərhum yazıçımız İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanının əsas qəhrəmanı Cahandar ağanın mərdlik, inadkarlıq, kişi dözümlülüyü kimi xarakterik cəhətlərini çox bəyəndiyindən hər zaman "oğul nəvəm olsa, adını Cahandar qoyacam" deyərmiş. İsmayıl Şıxlının "Dəli Kür" romanını oxuyan, habelə eyniadlı filmi seyr edən Südabə Həsənova yazıçı təxəyyülünün məhsulu olan bu əsərin vurğunu olduğundan vədini heç bir vaxt yadından çıxarmayıb.Cahandar Həsənli
Südabə xanım bu arzusuna təxminən, 2 il 4 ay bundan əvvəl qovuşur. Tanrı ona oğul nəvəsi bəxş edir, adını isə Cahandar qoyurlar. Beləliklə, Cahandar Həsənli - mərhum yazıçımız İsmayıl Şıxlının "Dəli Kür" romanının əsas qəhrəmanı Cahandar ağanın müasiri. Şübhəsiz ki, üç yaşını hələ tamam etməmiş Cahandar bir sıra cəhətlərinə görə "Dəli Kür" romanının əsas qəhrəmanından kəskin surətdə fərqlənir. Ən azı ona görə ki, o, hələ uşaqdır. Sözün əsl mənasında od parçasıdır. Valideynləri deyir ki, küçəyə çıxan kimi həmyaşıdları ilə dalaşır, amma tez də barışır. Elə müsahibəmizin hazırlandığı zaman da bunun şahidi olduq. Cahandar ağanın adını daşıyan azyaşlı bu uşaq evdə bir dəqiqə belə, dayanmadı:

- Salam

- Salam...

- Sənin adın nədir?

- Mənim adım Cekoş...

- Neçə yaşın var?

- İçi...

- Sən kimin balasısan?

- Dədəmin, anamın, nənəmin, babamın...

- Atanın adı nədir?

- Elçin...

- Ananın adı nədir?

- Südabə (nənəsinə ana deyir)

- Bəs mamanın adı nədir?

- Xəyalə...Şokolad istəyirəm eee.

- Oyuncaqların var?

- Var, maşınlar və heyvanlar.

- Kim alıb?

- Daydayım.

- Bəs atan almır?

- Alır...(Bu yerdə diktofonuma əlini uzadır) Onu ver də...Ver də...Onu istəyirəm eee...

- Danış qurtar, diktofonu verim . Böyüyəndə nə olmaq istəyirsən?

- Polis...

- Niyə?

- ...

Bu yerdə ayaga durub evin ortasında dövrə vurmağa başlayır. Atılıb düşür, sonra da stola yaxınlaşıb əllərini süfrəyə uzadır. Atası deyir ki, Cahandar nadinc olsa da, çox qəribə uşaqdır. Bəzən kiminləsə söhbət etdikdə gözlənilmədən ayağa qalxaraq stola yaxınlaşır, oradan götürdüyü hər hansı şirniyyatı bölərək gətirib söhbət etdiyi adama verir. Cahandarın bir maraqlı xüsusiyyəti də var. O, uşaqların çox olduğu yerlərdə heç kimə qaynayıb-qarışmır. Bəzən isə böyüklərin gözlərindən oğurlanaraq küçədəki qum təpəciklərinin üstündə oynayır. Orada qumun üstünə su tökərək, kiçik daxmalar düzəldir. Cahandar Həsənlini fərqləndirən əsas xüsusiyyətlərindən biri də onun oğlan uşaqlarının olduğu yerdə qızları oradan qovması, onlarla yola getməməsidir. Layihəmizin ilk qonağı evin ortasında bir neçə dəfə dövrə vurduqdan sonra stolun üstündən şokolad götürür:

- Mənim sebedim (velosipedim) var eee.

- Kim alıb?

- Dədəm...

- Onu uşaqlara verirsən?

- Yooox...Mən Elnarəgilə gedirəm

- O kimdir?

- Şakka (Şəhla), Elnalə xala...Elnalə mənimdir, Şakkanı çırpıram.

- Sənin dostun var?

- (Yenə əlini diktofona tərəf uzadır) Ver dəəə...

- Danış qurtar verim, sənin dostun var?

Layihəmizin ilk qonağı küsür. Bunu özü də dilə gətirir:

- Küsdüm (əllərini bir-birinə sürtüb başını aşagı salır, bir azdan sonra danışmağa başlayır).

Anasının sözlərinə görə, Cahandarın arabir küsməyi də var. Bu, əsasən uşağın tələb etdiyini yerinə yetirmədikdə, habelə onu məzəmmət edən vaxtlar baş verir. Cahandar küsdükdə əllərini bir-birinə vurub başını aşağı salır. Bir neçə dəqiqə sonra isə başını qaldırıb ətrafındakıları gözaltı süzür.

- Cahandar, sən mənim sualıma cavab vermədin axı. Sənin dostların kimlərdir?

- Dostum Elnur, Rüşanə, bir də Ağaverdi...

- Dədə hardadır?

- Moolarda (Babasına dədə deyir. İmişlinin Şahverdili kəndini nəzərdə tutur)

- Bəs ana?

- Moolarda (o, nənəsinə ana deyir), zibili atım.

Bu vaxt birdən-birə ayağa qalxır. Bayaq yediyi şokoladın kağızlarını ovuclarında toplayaraq aparıb stolun üstünə atır. Boyu balaca olduğundan dabanlarını qaldırır.

- Baban hardadır ?

- Sakkız gətirdi (Yəni saqqız almağa getdi)

- Cahandar, cizgi filmlərinə baxırsan?

- Hə, pepe, pepe, pepeyə, Kəloğlana...(Türk telekanallarında yayımlanan cizgi filmlərini nəzərdə tutur).

- Sən bagçaya gedirsən?

- Yox...

- Bəs nə vaxt gedəcəksən?

- Böyüyəndə...Mənim şampesim var (o hələ də yatanda pampers geyinir).

Beləcə layihəmsizin ilk qonağı ilə bir neçə dəqiqə də birlikdə oluruq. O, otağın ortasında bir neçə dəfə dövrə vuraraq oyuncaqları ilə oynayır. Arabir şəkillərini çəkmək istəyirik. Dərhal əllərini uzadıb fotoaparatı istəyir: "Onu ver də..."

"Dəli Kür"ün Cahandar ağasının müasirini bir neçə dəqiqə müşahidə edib onun uşaqlıq dünyasına baş vurmağa çalışırıq. Valideynlərinin sözlərinə görə, iki yaş yarımlıq Cahandarın ailənin tək uşağı olması onda həmyaşıdlarına qarşı istiqanlılıq, mehriban münasibət formalaşdırıb. Amma bu, şübhəsiz ki, yaşdan-yaşa dəyişən, formalaşan xarakterdir.

Müəllif:  Elnur Şirvanlı

Mənbə: "Gündəlik Bakı" qəzeti.

8 şərh

MaksiMuS
Allah saxlasin.Oxumaga deyerdi.paylawim ucun twk Cahandar qaqa
ayxansevda
şirin uşaqdı Allah qorusun əzizlərinin əhatəsində sevgi dolu böyüsün valideynlərinin fəxri olsun inşallah
Aysel218
Amin...Allah saxlasin....Cahandar qohumlugun var bu uwaqla?:)  senin adinin tarixcesi nedir bes? maraqli geldi :)
ayxansevda
özünə oxşayan oğludur, oğlu hələ bu hekayədə çox az fikir səsləndirilib deyirsən ceko sənə nə alım?- saqqız kukuruz maanndarin şirindir şirin
Aysel218
Allah saxlasin bir daha :)
cahandar
Təşəkür edirmhər binizəAllah olmayanraqismət etsin inşallah.Adım yəni nikim elə bu balanın şərəfinə açılıb.