Qoyun olmaq çətin şeymiş......


 Bu dünyanın əzabı çox,
Haqqından haqq-hesabı çox,
Qoyunundan qəssabı çox,
Qoyun olmaq çətin şeymiş.

Boynundan çatı sallanıb,
Bir çəngə ota aldanıb,
Yeyib, kökəlib, dadlanıb
Qoyun olmaq çətin şeymiş.

Kötüklər garalan yerdə,
Bıçaqlar can alan yerdə
Çobanlar qurd olan yerdə
Qoyun olmaq çətin şeymiş.

İt olub hürmədik Aya,
Yıxdı bizi abır-həya,
Qoyun olmaya-olmaya

Qoyun olmaq çətin şeymiş.

Müəllif:Ramiz Rövşən

6 şərh

Aysel77
Halaldır Ramiz müəllimə))
Dr_Həkim
tibbi cəhətdən də bu mümkün deyil)) qoyun olmaq
azadmamedov90
çoc gözəl və mənalı şer...hem siyasi həm də cəmiyyətə aid…
azadmamedov90
yeri gelmisken men bunu  goturdum))
_BUMERANQ_
Ramiz Rövşən şeirləri hər zaman fərqlənir, öz orjinallığı ilə.