Allah şəfa versin!

  O anasının körpə balası,oğul payıdır.O körpə hər körpədən fərqli hər balacadan ağıllı,hər həmyaşıdından düşüncəli körpədir.O atasının anasının güvənc yeri,gələcəkdə sığınacağı arxasıdır.Doğulduğu ilk gündən əziyyət çəkən baladır.Hətta ana bətnindən başladı çətinliklikləri...Doğulma tarixi nə az nə çox 1 həftə ləngidi.......Ana bətnində 1 həftə artıq yaşadı.Artıq həyatın çətinliklərinə taaam ana bətnindən qatlaşmalı olduğunu anlamalı oldu..Vaxtından gec doğulan körpələrin əl-ayaq dəriləri büzüşmüş vəziyyətdə doğulması hər kəsə məlumdur..Hələ doğulduğu ilk gündən bu körpəni itirmək qorxusu valideyinlərini bürümüşdü.

  Anası hamiləykən yuxu görmüşdü.Yuxusunda ”Ultrasəs müayinəsinə gedir,körpəsinin bir barmağının olmadığını görür.Lakin yuxusunda bir mələk ona bu uşağın tam fiziki sağlam,əl-ayağı yerində olduğunu deyir sadəcə bu uşaq həmyaşıdlarından tam fərqli çox ağıllı olacaqini deyir və barmağının yoxluğu doğulduğunda bədənində Allahdan nişanə bir iz olcağını xəbərdarlıq edir”.

 Bəli,zaman keçir və 1həftə gecikmiş bu körpə doğulur.Doğulduğu gündən də əziyyət çəkir.1 həftə gecikmiş doğuş Maşa ilə(tibbi kiçik cərrahi müdaxilə) mümkün olur.Bu çətinliyin mükafatı,körpənin başında möcüzə olaraq heçbir izin travmanın qalmaması ilə olur.Sadəcə olaraq çapıq qalır.Bədənində Allahdan nişanə(anasının yuxusu ) belində göy ləkənin olması ilə yuxu çin çıxır.Fiziki qüsursuz doğulan körpə anasını,atasını sevindirir.Həqiqətən də həmyaşlarından fərqli bu balaca qeyri adiliyi ilə seçilir.Lakin,həyat valideyinlərini sınamaqda davam edir.2 yaş yarımında sağalması sadəcə 20 faiz mümkün olan Qlomerulonefrit xəstəliyinə tutulur.....Pəhriz yeməkləri,dərman qəbulları ilə körpəciyəz həyatını davam etməlidir.16 yaşında keçəcək olan bu xəstəlik balacanın böyrəyini büzüşdürə,onun ömrünə son qoya bilər təhlükəsi ilə 16 il soyuqdəymə qrip xəstəliyindən qorunmalı olduğunu vurğulayırlar.Ən təsirli hissəsi budur ki,bu balaca qəhrəman 3 yaşındadır.Həkimin təyin etdiyi pəhrizi sanki əzbərdən bilir.Taylarından fərqli olaraq sok,şokolada həsrət qalsa belə “həkim mənə qoymur” deyib həsrətli baxışlarını sok butulkasına dirəyir.İndi təsəvvür edin,bir anaya bu səhnəni görmək nə dərəcədə ağır olar....Bu ağıllı körpə tərləyib xəstələnməməsi üçün oynamaqdan,uşaqların sevdiyi tullanmaq oyunlarından məhrumdur.Uşaqların sevdiyi sitrus meyvələri mondarin,apelsin,kivi və.s ət yeməkləri balaca üçün əlçatmaz zirvələrdir.

 Məqaləni oxuyur,kövrəlirik bəlkə də bəzilirimzin daha həssas kövrək ürəkli oxucularımızın ürəyi yanır,ağrayır.İndi bir anlıq təsəvvür edək ki,bu balacanın doğmaları,valideyinləri......axı bu körpədir....3 il ömür sürən körpə doğulduğu ilk gündən,hətta ana bətnindən taleyin oyununa düşüb.......

 Bundan daha ağır dərdlər,xəstəliklər var.Bundan daha sağalmaz,ağır xəstəliklər,ana göz yaşları vardır.Lakin Ana ürəyi dözmür.tab gətirmir.Heç bir xəstəlik ana üçün təsəlli ola bilməz.Allah bütün xəstələrə şəfa,doğmalarına səbr versin AMİN!!!

 

PS:Hər ağızda bir səbəb vardır.Allah hər bəndəsini özünəməxsus qəbul edib duasını hasil edə bilir.Odur ki,bu balaca qəhrəmanımız da daxil olmaqla bütün körpələrə,xəstələrə şəfa diləyirəm.Bütün Valideyinlərə,başlıca Analara səbr arzulayıram.Uca Rəbbimiz Rəhmlidir.

Məqaləni oxuyub dəyərləndirələnlər,bəyənməyənlər də sağ olsun.Bəyənilməsi üçün yazmamışam sadəcə bu hansısa fantaziyanın bəhrəsi deyil.Real həyatdan təsirlənib yazdığım bir nəşrdir.Təşəkkür

 

11 şərh

Kenan_Elxanoglu
Allah heç bir valideynə övlad acısı yaşatmasın, Allahdan bütün körpələrə rəhm etməsini diləyirəm.Allah bütün xəstə övladlarımıza şəfa versin, valideynlərini sevindirsin.UCA ALLAH Xalqımızı,millətimizi təbii fəlakətlərdən, müharibələrdən, qırğınlardan hifz eləsin.Amin!
Medikamentoz
Bütün dualara qatılıram,bircə bu Amin məsələsinə yox,bidətdir məncə.
ayxansevda
xristianlarda da amin deyilir maraqlıdır
Medikamentoz
Amma mən yazmışdım bir dəfə deyəsən oxunulmayıb.Amin sözü etimoloji baxımından Amon Ra ilə bağlıdır.
Medikamentoz
Kənan inboxa yazmadım,amma Sənə Söz,bir daha narahat etməyəcəyəm,əmin ola bilərsən. 
pascal

Valideyinçün, gözləri önündə xəstə övladlarının olmasından əzablı heç nə ola bilməz. Belə valideynlərə yalnız Allahdan səbir, övladlarına isə tezliklə sağalmaq diləməkdən başqa əlimizdən nə gəlir ki..?

JHGb
Allah heç kimə övlad acısı verməsin.
ayxansevda
belə bir deyim var «hər anaya elə gəlir onun övladı fərqlidir qeyri adidir» :) çünki bu ana ürəyi, ana sevgisidir. Allah səbir və şəfa versin belə anlarda düşünürəm bizlər valideynlərimizə hansı əziyyətlər vermişik. o körpəni Allahın izni ilə şəfalı ana əlləri ana qəlbindən süzülən sonsuz sevgi və qayğı mütləq sağaldacaq çünki sevginin ələlxüsus ana sevgisinin qarşısında bu dünyada hər şey acizdir hətta ən qorxulu xəstəliklər belə 
asel
Allah heç bir valideyni övlad dərdi ilə sınağa çəkməsin
Old_Baku_
Medikamentoz «Amin» sözünün etimalogiyası ilə bağlı TOPİK yazmışam.Bilmirəm səni necə qanə edəcək amma belə düşünürəm ki,razılaşacaqsan.Topikə daxil olaraq öz fikrini yaza bilərsən.
Medikamentoz
Fikrimə reaksiya etdiyin üçün təşəkkürlər.Mən də çıxılmaz vəziyyətdə qalmışdım,tanışlardan soruşdum hədislərdə bu haqda nə deyilir dəqiq bir şey deyən olmamışdı.İndi mütləq oxuyacam.