Afrika materikinin tədqiqi

Afrika materikinin yeni dövr tədqiqi 1788-ci ildə Britaniya tərəfindən yaradılmış «Afrika assosiasiyası» cəmiyyətinin yaradılması dövründən başlayır. Əsas məqsəd materikin mərkəz hissələrini tədqiq etməklə yeni xammal bazaları və xammal mənbələrinə malik olmaq, həmçinin tədqiq olunmuş ərazilərdə ingilis hökmranlığını təsdiq etməkdən ibarət idi. Bu baxımdan Britaniyanın bütün kapitalist dairələri maraqlı olduğundan ekspedisiyaların təşkili maddi cəhətdən böyük çətinliklərlə üzləşmirdi
1788-ci ilə qədər avropalılar Afrikanın şimal-şərq zolağı, Seneqal və Qambiya çayları arasında ərazilər, Konqo çayı mənsəbinə yaxın sahələr, Narıncı çayınıın cənubu, Zambezi çay ınını aşağı axını, Mavi Nil çay ından şimala Efiopiya və Misir haqqında məlumatlara malik idilər.
1788-ci ildən sonra Afrika materikinin tədqiqi üç böyük dövrə bölünür.
Birinci dövr 1788-1849-cu illəri özündə əks etdirir. Bu dövrdə Niger çayı və onun ətrafındakı ərazilərin tədqiq olunması problemi qarşıya qoyulur. Ingilislər bu çayın Şərqi Afrikadan başlamaqla qərb istiqamətdə axaraq (300 mil) Atlantik okeanına yaxınlaşmaqla Seneqal, Qambiya (Qambra) və cənubda Rio-Qrande qollarına ayrıldığını güman edirlər. Əl Həsən Ibn-Məhəmməd Alvazanın (1494-1552)yazılarına əsaslanan bu fikir tamamilə yanlış idi. Qeyd olunan əraziləri dəqiqliklə öyrənmək üçün 1788-ci ildə Misirə və buradan Saxara səhrasını keçməklə Niger çayına göndərilən ledyazdın, 1789-cu ildə isə Xornemanın Niger yaxınlığında ölmələri məsələnin həll olunmasının yarımçıq qalmasına səbəb oldu. Yarımçıq qalmış məsələnin həlli Sumatradan qayıtmış Parka tapşırıldı. Park Niger çayına çatan ilk avropalı səyyah oldu. Müəyyən tədqiqatlar apardıqdan sonra 1796-cı ildə geri qayıdan Park çayın şərq istiqamətdə axdığını müəyyən etsə də, səhv olaraq Niger və Konqonun eyni çay olması fikrinə gəlir. Bundan sonra Nigerin mənsəbəinin müəyyən edilməsi bir problem olaraq qarşıya çıxır. Dövrünün məşhur coğrafişünası sayılan Rennel Niger çayının Afrikanın mərkəz hissəsində böyük bir bataqlıqda başa çatması fikrinə gəlir.1830-cu ildə Riçard Lender və qardaşı tərəfindən Niger çayınınAtlantik okeanının Qvineya körfəzinə tökülməsi müəyyən edilməklə mübahisələrə son qoyuldu. Beləliklə, bu tədqiqatına görə Riçard Lender London coğrafiya cəmiyyəti tərəfindən təsis olunmuş mükafata layiq görüldü.
1830-1848-ci illərdə Əlcəzairin Fransa tərəfindən tamamilə zəbt olunması avropalılara Afrikanı tədqiq etmək üçün geniş imkanlar açdı. 1844-1845-ci illərdə Bartın Tunisdən Misirə qədər, 1845-ci ildə isə Riçardsonun Trpolidən Murzuka qədər səyahətlərini deyilənlərə misal göstərmək olar.
1788-1848-ci illər ərəfəsində şimal-şərqi Afrika hələ də avropalılar üçün zəif öyrənilmiş ərazi kimi qalmaqda idi. 1792ci ildə V.D.Braunun Cuba ərazisini öyrənməklə şimal-şərqi Afrikanını tədqiq olnmasına başlanmışdır. Bu Afrika tədqiqatının birinci dövrü idi. 1807-ci ildə Fransada «Misirin Atlası» çap olundu. 1812-ci ildə Burkxardt Nubiya səhrasını keçməklə Qahirəyə, 1820-ci ildə isə Erenberq Liviyada tədqiqat işləri aparmaqla Mavi Nilə çatır. Bu ekspedisiyalar 1824cü ildə Ryupelin Darfurda (Mudanda) olmasının əsasını qoydu.
1830-c ildə Efiopiyanın tədqiq başlanır. Afrikanın bu hissəsinə aid daha əhəmiyyətli tədqiqatlar Ç.T.Bik və dAffadi qardaşlarına məxsusdur.
Ağ Nilin tədqiq olunması sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, 1827-ci ildə Linan-de-Belfon 13 067 şimal enliyinə enməklə, Nilin mənbəyinin 70 şm. Enliyində göl olması fikrinə gəlir. Lain DArno və Bern 40127 şm. enliyinə enməklə Lian-de-Belfonun gəldiyi fikrin həqiqətə uyğun olmadığını müəyyən edir.

Afrikanın təd qiq olunmasının ikinci dövrü (1849-4899) David Livinqstonun tədqiqi ilə başlayır. Livinqston cənubi və Mərkəzi Afrikanın dövrü üçün ən görkəmli tədqiqatçısı olmuşdur.
David Livinqston (1813-1873) iflasa uğramış fermer ailəsində anadan olmuşdur. 19 mart 1813-cu ildə Qlazqo şəhəri yaxınlığında anadan olmuş Livinqstonu ağır həyat tərzi 10 yaşından işləməyə məcbur edir. Işdən sonra tibbi biliyə malik olmaq üçün kurslara getməklə həkimlik ixtisası qazanır. 1840cı ildə xristian dinini yayanlar içərisində missioner kimi Afrikaya Ümid burnuna yola düşür. Alqoa buxtasından becuarlar ölkəsindəki missionerlər stansiyası yerləşən Kurman qəsəbəsinə daxil olmaqla Afrika materikində çoxillik səyahətinə başlayır və ömrünün sonuna qədər Afrika xalqlarının həyat tərzini fauna və florasının tədqiqi ilə məşğul olur. 1849-cu ildə Kalaxari səhrasını keçməklə həmin dövrə qədər avropalılardan heç kimə məlum olmayan Nqami gölünü aşkar edir. Növbəti il şimala doğru hərəkət etməklə Zambezi çayının yuxarı axarına çatır. 1852-ci ildə Livinqston Cənubi Afrikanın mərkəzi rayonlarından Atlantik okeanının sahillərinə doğru ekspedisiyasını davam etdirir. Yol müxtəlif zənci qəbilələrinin ərazisindən keçdiyinə görə Livinqston əmlakını keçid haqqı kimi ödəməklə Konqo və Zambezi çaylarının suayrıcısını arxada qoyur, materikin cənub hissələrinin çaylarının xəritə üzərinə keçirir. O, Mərkəzi Afrikaya dönərək şərqə hərəkət etməklə Hind okeanına çıxmağı qərara alır. 1855-ci ildə Zambezi çayının axını istiqamətində hərəkət etməklə eni 1 km, hündürlüyü 100 m olan şəlalə aşkar edir. Zəncilərin «Səsli tüstü» adlandırdığı bu şəlaləni Livinqston Ingiltərənin şəhzadəsinin şərəfinə Viktoriya adlandırır. Ekspedisiyanı şərqə doğru davam etdirməklə nəhayət səyyah Hind okeanı sahillərinə çıxmağa müvəffəq olur.
16 illik tədqiqatdan sonra Ingiltərəyə qayıdan Livinqston Şərqi və Mərkəzi Afrikanı tədqiq etmək üçün 1858-ci ildə təşkil olunmuş ekspedisiyanın rəhbəri kimi geri qayıdır və Zambeziyə konsul təyin olunur. Bu ekspedisiya dövründə Nyasa və Şirva göllərini aşkar edir. Afrikada o, ingilislərin törətdikləri vəhşilikləri, yerdi xalqa qarşı amansız olmalarını görərək onların bu hərəkətini pisləyir. Ingilislər tərəfindən aparılan qul alverini ancaq müşahidə etməyə gücü çatan səyyah xatirələrində yazır: «Hara getdiksə bütün istiqamətlərdə insan skeletlərinə rast gəlirdik.»
1864-cü ildə vətəninə qayıdan Livinqston yenidən Afrikaya ekspedisiyaya hazırlaşaraq qısa müddətdən sonra geri qayıdır. Əsas məqsəd Nil çayının mənbəini müəyyən etmək idi. Bu məqsədlə o, yenidən Nyasa gölünə gəlir, Tanqanika gölünü tədqiq edir və Banqveulu gölünü aşkar edir. Daha sonra «NyuYork Herald» qəzeti tərəfindən təşkil olunmuş ekspedisiyanın rəhbəri kimi Henri Stenli ilə birlikdə Tanqanika gölündə və onun ətrafında tədqiqatı davam etdirir.
Livinqston son ekspedisiyasını 1872-ci ildə Banqveulu gölünün tədqiqinə həsr edir.
1873-cü ildə Livinqston tədqiq etdiyi Banqveulu gölünün sahilində vəfat edir. Livinqstona qədər heç bir səyyah bu qədər kəşf etməmiş və hərtərəfli tədqiqat aparmamışdır. O, xeyirxah bir səyyah və tədqiqatçı kimi coğrafiya tarixində, həmçinin Afrika xalqlarının qəlbində geniş yer tapıb. Livinqston Afrikada «insan ovu»nun əlehinə çıxmaqla, ona qarşı təkbaşına mübarizə aparmış, qara dərili Afrikalıların qara günlərini ağartmaqda aciz olan məşhur ingilis səyyahı olmuşdur. Afrikada qazandığı hörmətə cavab olaraq yerli xalq tərəfindən meyidi balzamlaşdırılaraq doqquz ay ərzində 1600 km keçməklə Zanzibar limanına gətirilərək elmi-tədqiqat işləri ilə birlikdə Ingiltərəyə göndərilmişdir.

David Livinqstonunu ölümündən sonra Afrikanın şimal-şərq hissəsinin öyrənilməsinə xüsusi fikir verildi. 1891-ci ildə Italiya tərəfindən Somali yarımadasına bir neçə ekspedisiya təşkil edildi. Dandos tərəfindən Drujba çayı 650 km məsafədə öyrənildi. Vikenburq 1901-ci ildə Stefan gölünün keçməklə Tana çayının sahillərini, Baktera isə 1902-1903-cü illərdə Cibuti, Ədis-Əbəbə, Stefan gölünün qərb sahillərini,Rudolf gölünü tədqiq etməklə Böyük Afrika Qrabenində yerləşən Barinqo gölünə çatır.
Ueld Blandel 1905-ci ildə Ədis-Əbəbədən başlamaqla 350 şərq uzunluğuna qədər Mavi Nili tədqiq etməklə xəritələşdirdi. Cənubi Efiopiyanın öyrənilməsində Montandon xüsusi əhəmiyyətə malik işlər apardı. Bundan iki il sonra Drakopoli Lorion bataqlığını öyrənməklə sulu dövründə onun Hind okeanına axmasını müəyyən etdi. Dünyanın ən böyük səhrası olan Saxaranın və Madaqaskar adasının öyrənilməsində fransızlar xüsusi rol oynadılar.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

 

0 şərh