Tur Heyerdal

Avropalıların Sakit okeana daxil olması burada olan adaların bir-birinin ardınca kəşf olunmasına səbəb oldu. Yeni torpaqların kəşf olunması üçün təşkil olunan ekspedisiyaların məqsədi bir idi-yeni müstəmləkələr yaratmaq, istismar etmək, mümkün qədər daha çox sərvət mənimsəmək. Buna baxmayaraq ekspedisiyaların tərkibindəkəşf olunmuş ölkələrdə elmi- tədqiqat işləri aparmaq məqsədilə gedənlər də kifayət qədər olmuşdur. Çünki, avropalıların aşağı irqə mənsub saydıqları bu xalqların bir çox qədim tarixə malik olan xalqlar idi.
Avropalılar mərcan riflərində və Polineziyanın vulkanik adalarında ilk dəə löbər salarkən burada qədim mədəniyyət izlərini aşkar etdilər. Nəzərə çarpan bu mədəniyyət izlərinə möhkəm yollar, pilləli piramidaları, nəhəng sütunları misal göstərmək olar.
Sakit okeanda Samoa ilə Havay adaları arasında məsafə min kilometrlərlə olsa da burada yaşayan xalqlar eyni dilin müxtəlif ləhcələrində danışırlar. Bəs okeanda məskunlaşmış minlərlə adalardakı bu insanlar haradan gəlmişdilər. Materikdən uzaq, Sakit okeanın ənginliklərində yerləşən adalara insanlar nə ilə gəlmişdir? Suallara düzgün cavab vermək çox çətindir. Polineziyanın məskunlaşması haqqında olan fikirlər müxtəlif fərziyyələrin yaranması ilə nəticələnmişdir. Belə güman edilir ki, Polineziyanın əhalisi Hindistan, Misir, Qafqaz, Skandinaviya, hətta Atlantida (sonradan yox olmuş Atlantik okeanında nəhəng materik) mənşəlidir. Bir sıra tədqiqatçılar isə Polineziyaların amerikan mənşəli olmaları fikrini dəstəkləyirlər. Bu fikrin tərəfdarları Markiz adaları ilə Perunun dağlıq ərazilərindəki pilləli piramidaların və bir sıra digər abidələrin oxşarlığına əsaslanırlar. Müqayisə Norveç tədqiqatçısı və səyyahı Tur Heyerdalı çox maraqlandırdığından Polineziya əfsanələrini öyrənməyə başlamışdır. Məlum olur ki, bütün əfsanələr Günəşin oğlu Tikiyə həsr olunub. Ada sakinlərinə görə nə vaxtsa şərqdən, dağlıq ölkələrdən üzərək bura gəlmişdir.
Tur Heyerdal daha sonra Cənubi Amerikanın qədim mədəniyyətini öyrənməyə başlayır. Peru əfsanədəri tədqiqatçının fikrini daha özünə cəlb edir. Bu əfsanələrin birində ağ allahın xalqlarından söhbət gedir. Əfsanəyə görə ağ allahın adamları şimaldan gəlmiş və dağlarda daşlardan abidələr yaratmışlar. Onlar Titikaka gölü ətrafında inklərlə döyüşdə məğ- lub olduqdan sonra başda sərkərdələri Kon-Tiki («Günəş-Tiki») olmaqla qərbə doğru getmişdilər.
Tur Heyerdal fərziyyələri elmi cəhətdən əsaslandırmaq üçün Britaniya Kolumbiyasında tədqiqatlarını davam etdirmək qərarına gəlir. Ikinci dünya müharibəsində almanların Norveçə soxulması tədqiqat işlərinin yarımçıq qalmasına səbəb olur. Könüllü əsgərə çevrilən Heyerdal müharibədən sonra tədqiqat işlərini davam etdirməyə başlamışdır.
Tədqiqatlarına əsaslanmaqla Polineziyalıların amerikan mənşəli olmaları haqqında Heyerdal böyük bir elmi əsər yaratmasına baxmayaraq, elm dünyasında bu iş əhəmiyyətsiz sayıldığından maraq kəsb etmədi. Heç kim ağlına belə gətirə bilməzdi ki, hindular primitiv üzmə vasitələrindən istifadə edərək Polineziyanın daimi sakinlərinə çevrilə bilərlər. Heyerdal bunun mümkün olmasını isbat etmək üçün sadə formada sal düzəltməklə Sakit okeanı keçmək fikrinə düşür. Qarşıya qoyduğu planı həyata keçirmək üçün o, əvvəlcə Cənubi Amerikadan əsən küləklərin və cərəyanların istiqamətini öyrənir. Heyerdal belə qərara gəlir ki, Peru (Humbolt) cərəyanı onu markiz, yaxud Tuamotu adalarına aparacaq. O, Cənubi Amerikada olmuş avropalıların hindular haqqında ən qədim yazılar və şəkillərlə tanış olmaqla onların üzmək üçün düzəltdikləri qayığı əvəz edən sal düzəldir. Sal 9 tirdən, istiqamət almaq üçün 1 kürəkdən, tirləri bağlamaq üçün bitkilərdən hazırlanmış kəndirdən, 4 künc yelkəndən və bambukdan düzəldilmiş kiçik daxmadan ibarət idi. Ekspedisiyanın tərkibinə mühəndis Qerman Vatçinqer, dostu Erik Xesselberq, Knut Xauqland və Tursteyn raabyu daxil idilər.
1947-ci il aprel ayının 28-də Kalyao limanından ekspedisiya yola düşür. Passat salı şimal-qərb istiqamətdə üzməyə məcbur edir. Dalğaların hücum etməsinə baxmayaraq suyun tirlər arasından axması salın su səthində asanlıqla qalmasına şərait yaratmışdır.
Səyyahların «Kon-Tiki» adlandırdığı salın gündəlik jurnalına əsasən ekspedisiya üzvləri hər dəqiqə təhlükə ilə qarşıqarşıya durmuşlar. Onları əhatə edən köpək balıqları xüsusilə təhlükəli idi. Səyahətin 45-ci günü yol yarıya çatdırılır. Səyyahlar 1080 qərb uzunluğuna çatmışdılar. Bu ərəfədə baş vermiş qasırğa Qerman Vatçinqeri okeana salır. Knutun cəsarətlə özünü suya ataraq onu xilas etməsi Qermanı həyata qaytarır.
Iyul ayının 30-da torpaq görsənir. Bu torpaq Tuamota arxipelaqının son nöqtəsi Pukapuka adası idi. Dəniz axının adaya yaxınlaşmağa imkan verməsə də tezliklə Anqatau adası görsənir. Nə qədər cəhd göstərilsə də bu adaya da yan almaq mümkün olmur.
Səyahətin 97-ci günü ekspedisiya üzvləri Polineziya adalarına çatırlar. Sonuncu sınaq mərcan riflərini keçmək idi. Dalğa «Kon-Tiki»ni riə vurmaqla heəti Raroia adasına düşməsinə səbəb olur. Bir neçə gündən sonra Fransız gəmisi «Tamara» heyətin arxasınca köməyə gəlir.
Tur Heyerdalın dünya elmini özünə cəlb edən ekspedisiyası uğurlu sonluqla beləcə başa çatır. Ekspedisiyanın nəticələrinə əsaslanmaqla səyyah Polineziya ilə Cənubi Amerika arasında tarixi əlaqələrin olmasına bir sıra inandırıcı misallar gətirməyə çalışır. Lakin bu gün də Polineziyada məskunlaşmış əhalinin Asiya mənşəli olmalarının tərəfdarları öz fikrində qalmaqdadırlar.
Ekspedisiyanın dəqiqlikdə təsviri öz əksini səyyahın «Kon-Tikidə səyahət» əsərində tapmışdır. Əsərin rus nəşrində, ön sözdə S.V.Obruçev ekspedisiyaya münasibətini belə bildirir: «Heyerdalın müəvəffəqiyyətlə üzməsi onun dəniz axınlarını və küləklərin istiqamətini düzgün müəyyənləşdirməsi ilə bağlı olmuşdur. Ekspedisiya Nansenin Şimal Buzlu okean dreyfindən istifadə edərək cəsarətlə üzməsi ilə müqayisə edilə bilər.»
Tur Heyerdal 9 tir üzərində yoldaşları ilə birlikdə 8 min km okean sularında üzmüşdür. Bu yol Xristofor Kolumbun
Vest-Hind atalaraına ilk səyahətində qət etdiyi məsafədən iki dəfə çoxdur.
Gələcəkdə Polineziyalıların mənşəcə kimlərdən ibarət olmasının həlli istiqamətinə və çıxarılacaq nəticəyə baxmayaraq «Kon-Tiki» ekspedisiyası XX əsrin inamlı və cəsarətli elmi addımı kimi coğrafiya tarixində qalacaqdır.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
 

2 şərh

məryam
Bir az uzundu. Amma maraqlıdı. Teşekkürler.
Aysel218
hamisini oxudum tesekkurler..maraqli və lazimli melumatlardir