Arktikanın tədqiqi

Arktikanı təyyarə ilə tədqiq etmək fikrini ilk dəfə olaraq cənub qütbünü fəth edən Noveçli Rual Amundsen irəli sürmüşdür. 1925-ci ildə o, amerikanlı Linkol Elsuortla birlikdə ilk dəfə olaraq Arktika hövzəsinə hava yolu ilə ekspedisiya təşkil etmişdilər. Elsuortun vəsaiti ilə iki hidrotəyyarə alınaraq Şpispergenə gətirilir. May ayının sonunda təyyarələrKonqsfordan uçaraq 870437 şimal en dairəsində məcburi enməli olur. Bu uçuşun elmi cəhətdən əhəmiyyəti 800 şimal en dairəsinə qədər qurunun olmamasının müəyyən edilməsi oldu.
Şimal qütbünə təyyarə ilə ilk dəfə çatmaq 9 may 1926cı il tarixində Riçard Berdə qismət olmuşdur. O, Konqsfordan qütbə uçaraq 15 saat müşahidə apararaq geri qayıtmışdır. Berd əvvəlki ekspedisiyanın davamı olaraq 880 şimal en dairəsindən qütbə qədər qurunun olmamasını müəyyən etmişdir.
Riçard Berddən iki gün sonra Şpisbergendən şim al qütbü ilə Şimali Amerika istiqamətində heyətə Amundsen də daxil olmaqla hava balonunda uçuş təşkil olundu. Lakin Alyaska üzərində qüvvətli külək yerə enmələrinə səbəb olur. Ekspedisiya nəticəsində qütblə Alyaska arasında «Xarris torpağı» adlanan ərazinin olmadığı müəyyən edildi.
1928-ci ilin may ayında Nobilye «Italiya» hava balonunda şim al qütbünə uçur. Iki saat qütbdə qaldıqdan sonra hava şəraitinin pisləşdiyini hiss etməklə qayıtmağa çalışır. Lakin balonun boşalması onun buza toxunmasına səbəb olur. Nəticədə 9 nəfər buz üzərinə düşür, qalanları isə balonda naməlum istiqamətdə aparılır. Iyun ayının 24-də Isveç təyyarəçisi Nobilyeni xilas etməyə müvəffəq olur. Heyətin qalan üzvlərini Rual Amundsen xilas etmək üçün uçsa da 6 nəfər heyətlə birlikdə özü də itgin düşür.
1935- ci ildə Arktika hövzəsini tədqiq etmək məqsədilə N.M.Nikolayevin başçılığı altında «Sadko» gəmisi Şpirbegenə yola düşür. Ekspedisiyanın elmi rəhbəri Nikolay Nikolayeviç Zubov Şpispergenin qərbindən keçərək Qrenlandiya sahillərinə yaxınlaşır və isti Atlantik okeanının sularını müşahidə edir. O, həmçinin Nansen astanasını müşahidə edir. Lakin astananın olması fikri XX əsrin əvvəllərində Nansenə məxsus olduğundan onun adına verilmişdir. 1935-ci il sentyabrın 1-də kəşf etdiyi kiçik bir adaya Uşakovun adını verir. Zubov dənizlərdə müəyyən ölçü işləri aparmaqla 1935-ci ilin sentyabrında Arxanqelskə qayıdır.
Arktikanın öyrənilməsində mü əyyən işlər görülsə də bu hələ onun haqqında tam məlmat əldə etmək üçün kifayət deyildi. Şimal Buzlu okean buzlaqlarının xarakter xüsusiyyətləri, hövzənin su və hava rejiminin öyrənilməsi üçün tədqiqatlarının aparılması günün vacib məsələlərindən biri sayılırdı.
1936- cı ildə «Rusanov» buzqıran gəmisi iki dəfə Rudolf adasına reys etdi. 1937-ci il 21 may tarixində təyyarə Rudolf adasından qalxaraq şimal qütbündə yerə endi. Gərgin elmitədqiqat işləri nəticəsində maqnit əqrəbinin əvvəlki hesablamalara görə 10-200 fərqləndiyi, okeanın 250-750 m dərinliyində Atlantik mənşəli isti su qatının olması müəyyən edildi. Dünyada ilk dəfə olaraq şimal qütbündə okeanın dərinliyi müəyyən edildi (4290 m).
1937-ci ildə ruslar qütbdə hidrometeoroligiya stansiyanın yaradılmasını qərara alırlar. Rudolf adasından təyyarə bazası kimi istifadə olunması nəzərdə tutulurdu.
1937-ci ilin may ayının 21-də Ivan Dmitroviç Papanin və 4 nəfər ekspedisiya üzvü 4 km2 sahəsi olan buz üzərinə düşdülər. Həmin gün dünyada ilk dəfə olaraq şimal qütbündə elmi-tədqiqat laboratoriyasının yaradılması kimi qəbul edilmişdir. Stansiyanın yaradılması tezliklə öz töhvəsini verdi. Belə ki, «SP-1» (Severnıy polyus) buzların Qrenlandiya üzərinə hərəkət etməsini qısa müddətdə müəyyən etdi. Stansiya 274 gün ərzində qütbdən Qrenlandiya sahillərinə qədər 2500 km hərəkət etmişdir. Bu vaxt ərzində 4 kv.km sahəyə malik olan buz əriyərək ondan cəmi 500 m2 qalmışdır. 1938-ci il fevralın 19-da «Taymur» gəmisi heyəti buz üzərindən götürür.
Ekpedisiya ərəfəsində stansiyanın dreyf etdiyi istiqamətdə heç bir quru sahənin olmadığı müəyyən edildi və dreyf istiqamətində dənizin dərinlikləri öyrənildi.
Atlantik okeanından isti suyun aşağı qatlarda Qrenlandiya dənizindən qərbə doğru hərəkət etməsi aşkar olundu. Qütbətrafı sahələrin tamamilə canlı aləmdən məhrum olması fikrinin səhv olduğu müəyyən edildi.
Qütbətrafı sahələrdə atmosferin quruluşu və sirkulyasiyası haqqında əvvəlki fikirlərin düzgün olmadığı sübuta yetirildi. Mərkəzi Arktika buzlaqlarının xarakteri, hərəkət istiqaməti müəyyən edildi, qütbdə və dreyf istiqamətində maqnit meylinin böyüklüyü ölçüldü, sualtı astana aşkar edildi.
Ekspedisiya üzvlərinin hamısına apardıqları işlərin nəticələrinə görə qəhrəman adı verildi.
1950-ci ildə M.M.Somovun rəhbərliyi altında «SP-2» stansiyası təşkil edildi. Stansiya Vrangel adasından 600 km şimal-şərqdə 30 min km2 sahəyə malik olan buz üzərində quruldu. 376 gün ərzində buzun dreyfi düz xətlə 635 km qərbə doğru hərəkət etməsi şimal-qərb hissədə cərəyanların təsiri nəticəsində suyun hərəkt istiqamətini mü əyyən etməyə imkan verdi.
Ən vacib tədqiqat nəticələrindən biri də, təyyarədən baxmaqla buzların saat əqrəbi istiqamətində hərəkətini görməklə Mərkəzi Arktikada siklonun hökm sürdüyünü elmi cəhətdən əsaslandırmaq idi.
1954-cü il aprel ayının 8-9-da «SP-3» qütb tədqiqat işlərinə başladılarö ekspedisiya müddətində 1400 m dərinliyin ölçülməsi Şimal Buzlu okeanın relyef xəritəsinin tamamilə yeniləşməsinə səbəb oldu.
Çoxillik tədqiqatlar nəticçsində okean dibinin üç silsilə ilə bölündüyü (Lomonosov, Mendeleyev, Hekkel) və ən dərin Nansen çökəkliyi müəyyən edildi.
1977-ci il avqustun 9-da Arktika buzqıran gəmisi Timofey Barisoviç Qujenkonun rəhbərliyi ilə Murmanski şəhərindən çıxaraq Laptevlər dənizinə, buradan isə qütbə istiqamət götürməklə avqustun 17-də şimal qütbünə çatır. Gəmi qütbə qədər marşrut üzrə buzlar haqqında dəqiq məlumat götürməyə, gələcəkdə Arktikanın yuxarı enliklərini öyrənmək üçün perspektiv imkanlar açdı. Belə ki, 1978-ci il mayın sonunda «Sibir» atom buzqıran gəmisi Novaya Zemlya torpağını şimaldan keçərək, Severnaya Zemlya və Novosibirsk adalarını keçməklə beş dənizin buzlarını yararaq iyun ayının 13-də, başqa sözlə 18 gündən sonra Çukot dənizinə çıxır.
Bu gün də Arktikanın öyrənilməsi öz əhəmiyyətini itirməmişdir. Çünki qütb en dairəsi iqliməmələgəlmədə, atmosferin ümumi sirkulyasında və su nəqliyyat vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir. Şimal qütb en dairəsirnin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, onun öyrənilməsində təyyarəçilərin də mühüm rolu olmuşdur. Atom buzqıran gəmilərinin istehsalına qədər qütbün tədqiqatı üçün uzaq məsafələrə uça bilən ANT-25 təyyarələri mühüm rol oynamışlar.
Valeri Pavloviç Çkalov, Aleksandr Vasilyeviç Belyakov, Qeorqi Flippoviç Baydukov dövlətdən icazə alaraq 18 iyun 1937-ci il tarixində 11 tonluq ANT-25 təyyarəsi ilə qütbə uçurlar. Bu uçuşda təyyarəçilər müəyyən etdilər ki, havada temperatur sıfır dərəcədən az aşağı olanda nəmlik çox olduğundan təyyarə üzərində əmələ gəlmiş buz daha ağır olur və onun daha yuxarı qalxmasına əks təsir göstərir. Çkalov təyyarəni maksimum hündürlüyə qaldırmaqla oksigen balonlarından istifadə olunmasının vacib olmasını əsaslandırdı. Çkalov qütbdən ABŞ-a doğru kurs götürməklə saatlarla görmədən buludlar içərisində uçmaqla Kanada arxipelaqı, Makenzi çayı üzərindən keçərək Kolumbiya çayına çatır, vadi boyu uçaraq Vankuver aerolimanında yerə enir.
Beləliklə, Moskvadan Amerikaya qütbü keçməklə uçuş 20 iyun 1937-ci il tarixində Moskva vaxtı ilə 19:30-da başa çatmış oldu.
M.M.Qromov Moskvadan Amerikaya qütbü keçməklə uçan ikinci rus təyyarəçisidir. O, Çkalovun uçuşunu təsadüf və təkrarolunmaz kimi qəbul edənlərin fikrinə birdəfəlik son qoydu.
1937-ci il iyulun 12-də Sovet Ittifaqı qəhrəmanı M.M.Qromovun rəhbərliyi ilə ANT-25-1 təyyarəsi şimal qütbünə kurs götürür. Uçuşun əsas məqsədi şimal qütbdən keçməklə Amerikaya ən qısa yolu müəyyən etmək idi. Digər məqsəd Çkalovun uçuşu təsadüf deyil, elmi biliklərə əsaslanmasını Amerikanlara isbat etməkdən ibarət idi.
Qromovun təyyarəsi qütbdə siklonların təhlükə kəsb etməsini müəyyən etməklə 4000 m hündürlükdə buludardan keçərək, Amerikanın Qayalı dağları üzərindən uçur. Qromov dağlar üzərindən uçarkən təyyarənin səthinin buz bağlaması nəticəsində ağırlaşaraq qəza təhlükəsi yaranmasını Çkalovdan sonra bir daha təsdiq etdi. O, ABŞ üzərindən keçərkən enmə qərarı almasına baxmayaraq rekordu təzələmək və Amerika üzərində müəyyən kəşfiyyət işləri aparmaq məqsədi ilə daha cənuba uçaraq Meksika ərazisində Kiçik Marşfild limanı təyyarəni qəbul edə bilmədiyindən yaxınlıqdakı düzənliyə endirir.
Beləliklə, 62 saat 17 dəqiqəyə 10200 km məsafə qətt edən Qromov dünya rekordu qazandı, Moskva-qütb-Amerika qısa hava yolu müəyyən edildi.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

0 şərh