Рейтинг
+9.13

Coğrafiya tarixi

22 üzv, 59 topik

Tur Heyerdal

Avropalıların Sakit okeana daxil olması burada olan adaların bir-birinin ardınca kəşf olunmasına səbəb oldu. Yeni torpaqların kəşf olunması üçün təşkil olunan ekspedisiyaların məqsədi bir idi-yeni müstəmləkələr yaratmaq, istismar etmək, mümkün qədər daha çox sərvət mənimsəmək. Buna baxmayaraq ekspedisiyaların tərkibindəkəşf olunmuş ölkələrdə elmi- tədqiqat işləri aparmaq məqsədilə gedənlər də kifayət qədər olmuşdur. Çünki, avropalıların aşağı irqə mənsub saydıqları bu xalqların bir çox qədim tarixə malik olan xalqlar idi.
Ardı →

Avstraliyanın kəşfi. Ceyms Kuk

Magellanın Cənubi Amerikanın cənubundan keçməklə odlu torpağı görməsi qarşıya belə bir sual çıxardı ki, görəsən bu torpaq Ptolomeyin cənub qütbündə göstərdiyi materikin yarımadası deyilmi. Sumatra, Yava, Borneo (Kalimantan), Çe-
lebesa (Sulavesi) adalarının portuqallar tərəfindən kəşf edilməsi bu ərazilərin naməlum Cənub materikinin hissələri olması fikrini yaratmağa başlamışdır. Bu materik «Terra Avstralis Inkoqnita», yəni «Naməlum cənub torpağı» adlandırılırdı. Holland kartoqrafı Abraham Ortelinin (1524-1598) tərtib etdiyi xəritədə nəhəng materik kimi göstərilən bu torpaqda qızıl tapmaq arzusu yaranmışdır. 1568-ci ildə ispan dənizçisi Mendaniyanın Solomon adalarını kəşf etməsi Cənub materikinin axtarışını daha da sürətləndirdi.


Ardı →

Ilk dünya səyahəti

XVI əsrin əvvəllərindən Cənubi Amerikanın sahil xətlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Magellana qədər materik haqqında kifayət qədər məlumat toplanmışdır. 1515-ci ildə Şenerin düzəltdiyi qlobusda cənubda boğazın olması öz əksini tapır. Görünür kəşf olunmuş ərazilərin dövlətlər tərəfindən gizli saxlanma prinsipi burada da saxlanmışdır. «Fernand Magellanın həyatı» əsərinin (1890) müəllifi doktor Hillemarda görə Magellana qədər okeanlar arasında keçidin olması məlum idi. Lakin xüsusilə tacirlər tərəfindən gizli saxlınırdı.


Ardı →

Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)

Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur. Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492-1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.


Davamı →

Şimal qütb tədqiqatçıları

Bir çox yüzilliklər ərzində insanlar qütb ölkələrinə doğru irəliləmək, onları tədqiq etmək və mənimsəməyə çalışmışlar. Lakin mövcud texnika, sərt iqlim şəraiti uzun müddət bunu qeyri-mümkün etmişdir. Buna baxmayaraq cəsur tədqiqatçılar tədricən şimal dənizlərin mənimsənilməsini mümkün etmiş və mərhələ-mərhələ şimal qütbünə doğru irəliləmişdir. Misal olaraq Novqorod dənizçilərini, Skandinaviya ölkələri səyyahlarını, ruas Amudseni, Henri Hudzonu, Vitus Berixqi, Qeorqi Sedovu, Fitiof Nanseni və bir sıra XX əsrin tədqiqatçılarını göstərmək olar.
XVI əsrin birinci yarısında şimal-qərb istiqamətdə Çin və Hindistana dəniz yolunun açılması gündəmə gəldi.


Ardı →

Antarktidanın kəşi və öyrənilməsi

1768-ci ildə Ceyms Kuk Şimali Amerikada Müqəddəs Lavrentiya çayının, həmçinin Nyufaundlendin sahil xətlərinin xəritələrinin çəkilməsi ilə məşğul idi. Həmin ildə o, Veneranın hərəkətini müşahidə etmək adı altında təşkil olunmuş ekspedisiyaya komandir təyin olunur. Kuk Veneranın hərəkətini müşahidə etməklə yanaşı, daha cənuba üzməklə burada mövcud ola biləcək kontinenti axtarmaq tapşırığı almışdır. Cənubda materik kəşf olunmadığı halda Kuka Abel Tasmanın aşkar etdiyi və hazırda Yeni Zelandiya adlanan torpağı tapmaq və onun koordinatlarını müəyyən etmək tapşırığı verilmişdir. Beləliklə, əsas məqsəd Veneranın hərəkətini müşahidə etmək pərdəsi altında əsas məqsəd cənub materikini aşkar etmək və onu Britaniya imperiyasına birləşdirmək olmuşdur.


Ardı →

Ameriqo Vespuççi (1451-1512) və onun davamçıları

Xristofor Kolumbun «Hindistan»ı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri «hədiyyəni» geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi. Lakin ispanlar Amerika qitəsini şimallı-cənublu öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə — 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur. Ancaq bu gün də Ameriqo Vespuççinin Yeni Dünyaya səyahətini şübhə altına alanlar vardır. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxedlə birlikdə etdiyi səyahəti dəqiq sayırlar. Buna baxmayaraq coğrafiya tarixində ən görkəmli yer tutan səyyahlardan biri Ameriqo Vespuççi sayılmaqdadır.
1499-cu ildə ispan ekspedisiyası tərkibində «Hindistan»a səfərə çıxan Vespuççi Amazon çayının şimal hissəsinə yaxınlaşır. Daha sonra Karib dənizində sahil boyu üzməklə böyük bir ölkə ətrafında hərəkət etdiklərini anlayırlar. Yeni Dünyaya səyahətdən qayıtdıqdan sonra Vespuççi daha əlverişli saydığı Portuqaliya donanmasına keçir.
Davamı →

Amerikanın kəşfi

XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu dövr Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfində iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır.
Davamı →

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı

XIX əsrin ortalarında Rusiyada çox maraqlı və dərin məzmunlu sənaye xəritələri nəşr edilməyə başlandı ki, bunların da Pavel Kryukov tərəfindən tərtib edilməsi ehtimal olunur. Xəritələr «Rusiyanın Avropa hissəsində manufaktura sənaye qüvvələri» adlı oçerklərə əlavə kimi hazırlanmışdı. Belə xəritələr ilk dəfə idi ki, sənayenin yerləşdirilməsi haqqında çox müfəssəl və zəngin məlumatlar verirdi. Həmin oçerklərdə coğrafiya tarixinə aid məlumatlar da vardı. Oçerklərdə Rusiyada sənaye istehsalının səmərəli yerləşdirilməsi haqqında qiymətli fikirlər irəli sürülürdü. Oçerklərin müəllifləri Rusiyada yeni sənaye sahələrinin yaradılmasını təklif edir, ayrı-ayrı rayonların, şəhərlərin sənayecə inkişafının perspektivlərini göstərirdilər. Ərazinin rayonlara bölünməsində təbii və iqtisadi göstəricilər əsas tutulurdu.
Davamı →

Tullantılar və onlardan istifadə

Mütəxəssislərin fikrincə, iri şəhərlərdə gün ərzində bir nəfər 1 kq məişət tullantısı atır. Bu tullantılar ətraf mühitin çirklənməsində əsas mənbə sayılsa da, onlar qiymətli xammal hesab olunur. Tullantılardan səmərəli istifadə sayəsində faydalı qazıntılara qənaət etmək mümkündür.
Tullantılar ətraf mühitin çirklənməsində ən mühüm problemlərdən biridir. Tullantılar 2 qrupa ayrılır.
1.Məişət tullantıları — gündəlik istifadə olunan kağız, selofan, plastik və şüşə qablar, qida tullantıları və s.-dir. Təmir zamanı atılan tullantılar da məişət tullantıları sayılır.
2.İstehsalat tullantıları — tibb ocaqlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində atılan, eləcə də radioaktiv maddələrdir.
Davamı →