"Renessans" komandasının sualları ( VIII hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

36. Diqqətlə baxın və doğru cavabı deyin.


ilə  arasında  yerləşir.

ilə arasında nəyin yerləşdinini tapın.

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

37. Siyahıya qulaq asın: 
Bilək dörd barmağa bərabərdir 
Pəncə 4 biləyə bərabərdir 
Dirsək 6 biləkdən ibarətdir. 
Insanın hündürlüyü dörd dirsəkdir deməli 24 biləkdir 
Addım 4 dirsəyə bərabərdir. 
Açıq vəziyyətdə insanın əllərinin uzunluğu insanın hündürlüyünə bərabərdir 
Saç xəttindən çənəyə qədər məsafə insanın hündürlüyünün 1/10-nə bərabərdir... Və sairə... 
Səsləndirdiyimiz sözlər antik roma memarının traktatından bir hissədir. Bəs bu memarın adı nədir?

Müəllif: Nadir Zamanov (mr13)

38. Qarşınızda bir reklam printi görürsünüz.

Panasonic firmasının reklamı. Reklamın şüarı belədir. Oyuncaqlarda güclü batareyalar yoluxucu ola bilər. Gördüyünüz uşaq başa düş- düyünüz kimi Napoleon geyimindədir. Sinəsindəki nişanardan birini qara kvadrat vasitəsi ilə örtmüşük. Və sizdən onu tapmaq tələb olunur. Kömək üçün deyək ki, nişanın üzərində İvan Porxomenkonun 1920-ci ildə çəkdiyi bir portretdir. Hətta belə bir lətifə də var ki, bir uşaq bu nişanı yerdən tapıb uzun müddət baxdıqdan sonra: "Ata bu hansı pokemondur?” soruşmuşdur. Nə demək olar zəmanə uşağıdır. Diqqət sual: bizim qara kvadratla bağladığımız hansı nişandır.Maksimum dəqiqlik tələb olunur.

Müəllif: Nadir Zamanov (mr13)

 

 

39. Italyan intibahının nümayəndəsi Donatello öz səxavətini nümayiş etdirmək üçün X-i həmişə işlədiyi emalatxananın tavanından asardı.Biz isə onun nə olduğu yox, hal-hazırda qara qutuda olan və çoxlarının XX əsrdə tamamilə X-i sıradan çıxaracağını düşündükləri əşyanın nə olduğunu deməyinizi xahiş edirik.

Müəııif: Azər Tarverdiyev (Azero)

40. Bu sualı oxuyaraq orda deyilənlərə əməl etməniz xahiş olunur.

Bu qədər sualdan sonra təbii ki, yorulmusunuz. Sizə yorğunluğa qarşı bir üsul göstərib sonra sualımıza keçək.Qarşınızdakı insana baxaraq şəhadət barmaqlarınızı gicgahınıza qoyun. 2 dəfə sağa və 2 dəfə sola dairəvi hərəkətlər edin. Sonra isə gicgahınızı barmaqlarınızla arxaya doğru dartın və 10 saniyə saxlayın... bir çin müdrüklüyünə qulaq asın. :)

Əgər sən öz səhvinin nəticələrini düzəldə bilirsənsə, deməli sən hələ... müdrüklüyü tamamlayın.

Müəllif: Nadir Zamanov (mr13)

 

 

15 şərh

Agali
37. Bu vitruvi dir.
Freddie
Daha dəqiq desək, Leonardo Da Vinçi…
IDEAL
Qəribədi ancaq oyunda heç kəsin tapmadığı cavabı tapıb. Fikrindən yayındırma düz deyir.
Sufi
Leonardo bəyəm antik Roma memarıdır?Düzgün cavab elə deyəsən Viruviy olmadlıdır.
Freddie
Hə düzdü. Antik sözünə fikir verməmişdim…
Freddie
doğrusu heç Da Vinçi anadan olanda Roma imperiyası artıq dağılmışdı :D
Bu da şəkil. Deyəsən, cavab SSSR-in gerbidir. Amma oraq yaxşı seçilmir. Parxomenkonun çəkdiyi isə, Ağalinin də dediyi kimi Oktyabryat nişanəsinin ortasında olan Leninin uşaqlıq şəklidir.

Kaka
Bu nədi. deyəsəsn bugön özünü itirmisən sən. xexexe
Agali
40. səhv etmirəmsə səhvin nəticələrini düzəldirsənsə bu düzdür yada səhv etməmisən olmalıdır.
Agali
39. pul kartı
Sufi
36.Yer planeti.İşarələr planetlərin simvoludur. Venera və Mares arasında isə Yerdir.
Westsider
Oo, heç bilmirdim bunu…
Westsider
36. Kişi ilə qadın arasında nə yerləşir? Uşaq.
37. Agali, əhsən)
38. 1920-də SSRİ yaranmağa başladığı vaxtdır… Amma Leninin portreti orda ola bilər??
39. plastik kart(amma məndən tez yazıblar)
40. ...səhv etməmisən
Agali
38. EVdən soruşdum  ki Sovetlərdə uşaqlar hansı nişanı taxırdılar.Dedilər Oktyabryat.
Freddie

Şüar ingiliscə belədir: «So much power in your toys can be contagious». Siyasi xadimlərin şəkillərinin istifadə olunması isə ona işarədir ki, onlarda olan güclü hakimmiyyət (power) işğalçı müharibələr nəticəsində ətrafa yayılmışdır (contagious). Napaleon, Yuli Sezar kimi xadimlərin rəsmləri buna işarədir. Yəqin ki, SSR-in də nişanəsi onun daxilində olan respubliklara, ya da ki sosializmin yayılmasına işarədir. İkinci variant daha ağlabatandır. Uşağın yaxasında olan digər iki nişanın mənası da maraqlıdır. Bilən varsa desin. Publimark Lowe reklam şirkətinin istifadə etdiyi digər rəsmlər isə bunardır:

mr13

36. Yer planeti


37. Vitruvi (Da Vinçi bu traktatın əsasında ideal proporsiyalı «Vitruvian adamı» rəsmini çəkmişdir)


38. Oktyabryat nişanı


39. Plastik kart


40. sən hələ səhv etməmisən