"Renessans" komandasının sualları ( IX hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

41.

Rekvizitdə Mikelancelonun Sikst məbədinin tavanı üçün çəkdiyi əsərin bir parçasını görürsünüz. Bu hissə "Adəmin yaradılması” adlanır. Məhşur bir firma bu şəkili reklam məqsədi ilə istifadə etmişdir. Qara düzbucaqlı ilə biz onların məhsulunu örtmüşük. Bir dəqiqədən sonra bu firmanın şüarını deyin.

Müəllif: Nadir Zamanov (mr13)

42.Diqqət sual. Onun adı ruhani ailəsində doğulduğuna görə əvvəlcə Əli qoyulur. Lakin arıq, sısqa və tez-tez xəstəndi- yindən ona cəsur dayısının adı qoyulur.1871-ci ildə 74 ya- şında Məkkə şəhərinə ziyarəti zamanı izdihamın onu görməsi üçün Məkkə rəisindən onun Kəbəyə çıxaraq azan verməsini istəyirlər.Tarixdə Bilal Həbəşidən sonra Kəbədə II azan verən , bu görkəmli şəxs kim idi?

43.  35– göy 
34 – narıncı 
39 – bənövşəyi 
Burada məhşur bir kvartetin 3 üzvü göstərilib. Sual müəllifinin rəqəmlərlənəyi vurğuladıqlarını başa düşdünüzsə, məşhur kvartetin 4-cü "qırmızı” üzvünün adını deyin.

Müəllif: Nadir Zamanov (mr13)

44. Konventdə xalq deleqasiyasının rəhbəri vətəndaş Qiro deputatlara belə bir nitqlə müraciət etdi:"Yoldaş deputatlar bizim nəzərlərimiz hələ də onu sizlərin arasında axtarır”. Sonra isə üzünü Davidə tutub davam etdi: ”David, hanı sənin fırçaların. Sən axı gələcək nəsillər üçün həlak olmuş Lepeletyenin rəsmini çəkmisən ki, onun vətəni azad olsun. Sən bir rəsm də çəkməlisən. David sən özün başa düşürsən hansını!!!” 
David isə qısa olaraq: "Mən hazıram” cavabını verdi. Hörmətli bilicilər bu dialoqdan sonra yaranan rəsm əsərinin adını deyin.

Müəllif: Nadir Zamanov (mr13)

45. Diqqət, qara qutu… Birincinin əsas məqsədi uçan əjdahaların məhv olma səbəblərini araşdırmaqdir. İkinci haqqındasa sual müəllifi demişdi: "Mən hər gördüyümü bunun içinə salmaga çalişıram".Onlarin hər ikisi üçün ümumi olan adlarıdir. Birinci haqqında deyilmiş fikirdə əvəzetmə vardir. Qutunun içindəsə ikincini yerləşdirmişik. Qara qutuda nə var?

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

24 şərh

2ral
41.Nokia-Connecting people?
42. Şamil
Agali
45. «Qara qutu»
r9perviz
41. Connecting people
44. Napoleonun basina tac qoyulmasi
Elsamir

43-cü sual lap əladı


bunu oynamışam deyə cavab yazmıram


baş sındırmağa dəyər +1

Agali
43. Bu yarışdakı  komanda üzvlərindən birinin adıdır yəqin. göy,narıncı,bənövşəyi yazılıbsa klubun forma rəngi ya ağ,yada qırmızıdı.Amma komandanı tanımadığımdan dəqiq ad deyə bilməyəcəm.
Agali
qırmızı imiş. fikir verməmişəm. ) adı isə komandanı tanıyan bilər
Elsamir

yoxyox bu sual hamının cavab verə biləcəyi sualdı


komandanı tanımağa ehtiyac yoxdu

Elsamir

sənə bir kömək edim adların qarşısında rəqəmlər yazılıb


orəqəmlərə uyğun gələn renessans suallarına bax


mr13 bundan əvəl o sualları yerləşdirib

Elsamir
ad yox rənglərin qabağında
fidan
Bugünkü qaydaları oxumamısan deyəsən.Artıq şərh ağacı yaratma. O szölərini alt-alta da yaza bilərdin.
Elsamir
hamısl sonradan yadıma düşüb
bankir
43.Adları çəkilən rənglər Barcelonanın futbolçularının paltarında var.
fidan
Bütün sualların cavabı tapılandan sonra düzgün cavabları açıqlaması ilə verməyi unutmayın.
mr13

41. Nokia Connecting people



42. Şeyx Şamil


43.



35 — Leonardo da Vinçi ilə bağlı sual


34 — Mikelancelo haqda sual


39 — Donatello ilə bağlı sual


Cavab isə qırmızı ninza tısbağa Rafael


 


44.



Maratın ölümü


45. Qara qutu. İzahını isə sual müəllifindən xahiş edəcəm özü versin.

2ral
480 kilobaytlıq şəkili izah üçün yükləməzlər.Bəlkə kimsə mobil telefondan ya zəif sürətlə girir? Qaşqabaqlı
mr13
Ok üzr istəyirəm.
Freddie
Uçan əjdaha yəqin ki, təyyarələrdir. Onların məhv olma səbəblərini öyrənmək üçün təyyarənin içində olan qara qutular araşdırılır. Sual müəllifi də ki, NHN-də olduğu kimi cavabları qara qutuya salır, sonra da sualını soruşur. Bundan da ətraflı izah üçün sual müəllifi buyurub öz şərhini yazsın…