Westsider-in sualları

Suallar mənim deyil, bir neçə il əvvəl mənim məzunu olduğum məktəbdə şagirdlər arasında oynanılıb. Kifayət qədər asan suallardır.

1. Zooloqların tədqiqatına əsasən bəzi quşlar, məsələn qartallar, yuvalarına iki yumurta qoyurlar. Həmişə balalardan biri tez dünyaya gəlir və digərindən güclü olaraq, adətən, onu dimdikləyib öldürür. Bəs alimlər bu sindromu necə adlandırıblar?

2. O Romalıdır, onun tutqun müşaiətçiləri isə yunandırlar. Öz-özü ilə bir eçə görüşü müvəffəqiyyətsiz olub, skandinav dənizçilərinin hesabına isə biz onu daha yaxşı tanımışıq. O kimdir, ya da nədir?

3. Bir dəfə Filadelfiyanın əntiq mağazalarının birində alıcı iki əşya əldə edir - yırğalanan kürsü (kreslo-kaçalka) və piano çalmaq üçün fırlanan stul. Hər iki əşyanın qiyməti 100 dollar idi. Lakin müştəri birinci kresloya bir 100-dollarlıq əskinaz, stula isə 50 ədəd 2 dollarlıq əskinaz verdi. Niyə?

4. Çin dilində "dun" heroqlifi iki digər heroqlif: "jı" - günəş və "mu" - ağac heroqliflərinin birləşməsindən yaranıb və mənası "şərq", yəni "ağaclar arxasından qalxan günəş" deməkdir. Bəs əgər "ben" - "kök"(yəni mənbə) deməkdirsə, "jiben" heroqlifi hansı anlama gəlir?

5. XX əsrin əvvəllərində Rusiyada yaşamış rəssamlar Reyxel, Zauerveyd, Lundin, Kadias artıq unudulublar və onlara hətta ensiklopedik lüğətdə rast gəlinmir. O vaxtlar isə onların əsərlərinə çox hörmət edilirdi və mütəxəssislərin fikrincə, qərb həmkarlarının işlərindən də keyfiyyətcə üstün idi. Onların heç olmasa bir əsərini deyin.

33 şərh

IDEAL
2- qütb ulduzu ola bilər. Deyəsən kiçik ayı bürcündə yerləşir
IDEAL
3- 2 dollarlıq əskinaz yoxdu. Zarafat edibmiş.
ramzes
Məntiqi əlaqə yoxdur (((
IDEAL
1- bəlkə Hitler sindiromudu. Əslən Yəhudi olub onları özü qırmağa çalışıb.

5- rəssamlar yəqin komunizmdə dövründə mövcud medallar üzərində işləyirdilər.

4-bəlkə imperator.   Kökü günəşdən gələn mənasında imiş. Yadakı Portağal. Günəşə oxşayir.
P.S. Cavab kartına oyunda olsaydım portağal variantını yazardım.
IDEAL
1-ci bəlkə Avesta ilə əlaqədardı. Deməli rəfsanəyə görə. Hörmüz və Əhrimən analarımın bətnində olarkən. O düşünürki hakimiyyəti ilk dünyüyü gələn oğluna verəcək. Hörmüz isə Əhriməndən böyük olur. Lakin bu niyyəti başa düşən Əhrimən tez doğulur. Vicudu tam tamamlanmadığından çox eybəcər olur. Daha sonra Hövmüz doğulandan sonra iki qardaş xeyir və şər döyüşə başlayır.

1- başqa bir versiyada. Habil Qabil məsələsi. Paxıllıqdan qardşını öldürən bala :)))
Westsider
Habil və Qabil düzdür
Sufi
1. Avel və Kain (Habil və Qabil) sibdromu.
5. söbət məncə pullardan  gedir. Əskinasları yaxud bçar qızıl rubllarını hazırlayan rəssamlar.
Westsider
ikisi də düzdür
bloqçu
4 bəlkə də qərbdir. Batan günəş mənasında, kökünə dönən.
bloqçu
5-ci Sufi ilə razıyam, məncə də pullar. Səhv eləmirəmsə Nikolayın pulları.
bloqçu

4-cü ola bilsin ki, Yaponiyadır. Bayaqki cavabımı indi oxuyuram və ağlıma gəldi ki, günəş kökünü hardan götürür? Belə çıxır ki, «Yaponiya».

eysar
Bəlkə çindir.
r9perviz
3. Yəqin kreslo Banjamin Franklinin imiş, ona gorə də üzərində onun şəkli olan 100 dollarlıq əskinazı verib. Piano stulu isə Tomas Ceffersona aid imiş, ona görə də üzərində Ceffersonun şəkli olan 50 ədəd 2 dollarlıq əskinaz verib.
Westsider
Düzgün cavab kimi qəbul edirəm.
mr13

Suallar çox super suallardır. Hamısını bilmirəm ancaq əksəriyyəti Baza suallarıdır. Sadəcə olaraq mənə maraqlı gəlir ki, bu qədər bacarıqlı sual redaktorları olan bir ölkə niyə turnirlərdə baza suallarından istifadə edir? Məncə hər bir turnir üçün «kayzen.az» suallar yazılmalıdır.


P.S. Yazdığım «Kayzen.az» yazı səhvi deyil. bu sözü unikal sözünün əvəzinə işlətmişəm.

IDEAL
Razıyam. mr13 iştirak etdiyim Turnirlərdə baza sualları eşidəndə elə bil başıma qaynar su tökürlər. Başa düşmrəm əziyyət çəksinlər özləri sual ideyası tapsınlar. Yoxsa turnirə gələn sualı məntiqlə tapmaq əvəzinə eşitmiş olduğu üçün tapır. belə sayta məşq xatirinə yazmaq olar. Ancaq bu suallarla Respublika miqyasında yarış təşkil etmək əsl biabırçılıqdı. Təəssüf ki, bunu bir çox İntellektual klublar edir.
Westsider
Bəli, baza suallarıdır. Yazdığım kimi, öz keçmiş məktəbimdə turnir keçirtmişdim bu suallarla) Turnirlərdə son ildə suallar, demək olar ki, bazadan götürülmür.
lesyA
Sualları nömrələsəniz yaxşı olar(digər NHN suallarının davamı kimi)
Westsider
Nömrələmişəm də) Növbəti dəfə bura sual yerləşdirəndə 6-dan başlayacağam
Leyla
2-ci sualdan başqa qalanları deyəsən taöıldı. Filadelfiyadan alınan iki əşya haqqında sual çox maraqlıdır.
Razılaşıram ki,orijinal suallar lazımdır.Amma adi gündəlik üçün belə sualların verilməsi də alqışlanmalıdır.Onları tərcümə etmək də əziyyətdir. Razminka üçün ymaraqlı suallardır.
IDEAL

Leyla maraqlıdı hər suala bir neçə versiya var. Düz olaraq hansıları seçərdin?
Ikincinin cavabı Siriusda ola bilər.
Leyla
Habil və Qabil,dollar və üzərindəki prezidentlər,Yaponiya,əskinas rəssamları.
İkinci sualda isə skandinav dənizçilər deməkdə mütləq vikinqlər nəzərdə tutulur.Vikinqlər ilə romalılar arasında əlaqəni tapa bilmirəm.
IDEAL
Nədənsə mən yenədə cavab kartına portağal yazardım. Həm vətəni Çindi həmdə günəşə oxşayır. Ancaq obiri versiyaları məncədə düz seçmisən.
2-ci sual düşünürəm ki, göy cismidi. Ancaq hansı? Bəlkə hansısa planetdi. Tutqun müşahidəçiləridə peyklər. Bəlkə Halley kametasıdır.
Westsider
Düzdür, göy cismidir. Burada astronomiyanı Günəş sistemi səviyyəsində bilən bir nəfər yoxdur?
Westsider
Vay, nə qədər cavab yazılıb=)

Beləliklə, cavablar:

1. Bəli, bu «Habil və Qabil», ya da «Kain və Avel» sindromudur.

2. Hələ demirəm, fikirləşin, düz yoldasınız)

3. Deyilənə görə, Franklin yırğalanan kürsünü, Cefferson isə fırlanan stulu kəşf edib. 100 dolların üzərində Franklinin, 2 dolların üzərində Ceffersonun şəkli əks olunub.
P.S. 2 dollar da var, 500 də, 1000 də, 10000 də=)

4. Yaponiya

5. Kağız pullar

Ümid edirəm, cavabı tapanlar internetdən tapmayıblar. 2-ci sual qalıb, kifayət qədər asan sualdır, bir az da fikirləşsəniz, taparsınız.
IDEAL
Bəlkə Marsdı müharibə Allahı. İki peykidə var.
Westsider
Bəli, bu Marsdır. Mars Romada tanrı idi, peykləri Fobos və Deymos yunan mənşəlidirlər. Oraya SSRİ tərəfindən göndərilən «Mars» proyektləri nəticə verməsə də, NASA-nın göndərdiyi «Vikinq»lər bəhrəsini verdi.

Təbriklər, bütün suallara cavab tapıldı=)

Suallar necə idi?) Hansıları xoşunuza gəldi?
IDEAL
Əslində Mars ən başdan ağlıma gəlsədə heç cürə sualın sonrakı sözlərinin onunla məntiqi əlaqəsini tapa bilmirdim. Ancaq Kim və ya nə olması onun göy cismi olduğuna işarə idi. Çünki göy cisimləri həm Allah adlarıdı həm də Planet. Halleydə adam adı olub. Bu səbəbdən onunda adını çəkmişdim.
Westsider
Amma axırda Mars yazdın)
IDEAL
Açığı suallar yaxşı idi. Ən çətini məncə 2-ci idi. Ən çox xoşuma gələn isə Habil Qabil sindiromu oldu.
Westsider
Çox sağ ol) Məncə, ikinci sualın ikinci hissəsi sadəcə bir az çaşdırdı, belədə asan sual olmalıydı, çünki fakt ÇQK-da çox oynanılıb.