Sakura-2 may

Bugün yenə də axşam saat 18:00 tarixində Sakura turniri olacaq. Saatınızı düzgün vaxt ilə sinxronizasiya edin.
Suallara yenə cəld cavab verməyə çalışın,bir az yumor hissinizi də işə salarsınız. 2 turdan sonra qrup oyunlarını da test üçün keçirtməyə çalışacağıq.
Bugün bir sürpriz var. Saytda reytinqi +2.0 vahiddən çox olanlara əlavə 1 dəqiqə veriləcək.qalan istifadəçilər üçün isə 18:10 tarixi son vaxtdır.
Yadınızdadırsa ən yaxşı sual müəllifi üçün mükafat demişdik. Sualları burda vermək olar. Bugün suallarda ən çox xoşunuza gələn sualı da qeyd etsəniz yaxşı olar.

Suallar burdadır.


1. Hər il 6 avqust saat 8:15 bu şəhərdə minlərlə adam səmaya çoxlu göyərçin buraxır.
Cavab: Xirosima.

2. Məşhur kinematoqraf Martin Skorseze hörmət bəslədiyi Koppola haqqında demişdi ki,o rejissorların ....
Cavab: Xaç atasıdır

3. Niderland, Belçika,Danimarka, Norveç,İsveç, İspaniya,Lixtenşteyn, Monako,Andorra, Yaponiya, Kamboca,Malayziya, Tailand,Butan,İordaniya, Küveyt, Mərakeş,Lesoto ölkələrini bu cəhət birləşdirir.
Cavab: Hamısı konstitusiyalı monarxiyadır

4. O,bir adadan qaçandan sonra qəzetlərdə belə sərlövhə yazılmışdı ki, adamyeyən mağaradan qaçıb. Mən sizdən o adamyeyənin sonradan getdiyi adanın adını soruşuram.
Cavab: Müqəddəs Yelena adası.Napoleon Elba adasından qaçsa da,sonda bu adaya sürgünə getməli olur.

5. Bricit Bardo demişdi ki,plastik xirurq burunla hər bir şey edə bilər,amma buruna bu işdə mane ola bilməz.
Cavab: burnu başqa işə soxmaqda

6. .....+Zənzibar=Tanzaniya
Cavab: Tanqanika

7. Adından qonaqpərvər olsa da,ora düşməyinizi arzulamıram. Əgər Azərbaycanda hərbi xidmətdə olan əsgər deyilsinizsə:)
Cavab: qospital

8. Onu çox vaxt ABŞ və Kanada bayrağı altənda üzən iki gəmidən seyr edirlər.
Cavab: Niaqara şəlaləsi

9. Əgər bu iki düşmən birləşsə,yəqin ki onun rəmzi pəncərədən düşən pinqvin olacaq.
Cavab: Windows və Linux (Microsoft və Linux da qəbul olunur)

10. Lətifə. Bir manyak gecə maqazinə gəlir və birinci təbii ki,mağazadakı qıza üzünü tutur.Deyir ki,Bəs səni zorlayacam. Adın nədir? Qız deyir ki,adım Fatmadır. Manyak deyir ki,yox,mənim anamın da adı Fatma olduöu üçün səni zorlamayacam. Sonra üzünü oğlana tutur. Sual: oğlanın dediyinə görə dediyinə görə dostları onu necə çağırır:
Cavab: Əlbəttə ki,Fatma.
Şərh. Oğlan deyir ki,adım Mameddir,amma dostlarım məni Fatma çağırır.

11. 3-Rusiyada açıq səhmdar cəmiyyət,4-Almaniya sənaye nəhəngi,5-?
Cavab: Olimpiya çevrələri. ООО – общество с ограниченной ответственностью,OOOO-Audi,beş çevrə isə Olimpiya emblemindəki 5 qitədir.

12. Məşhur bir lətifəni tamamlayın. Professor öz müəllim dostlarına danışır ki,deməli yuxuda görürəm ki,tələbələrə mühazirə oxuyuram. Yuxudan ayılıram və görürəm ki.....
Cavab: doğurdan da mühazirə deyirəm.

13. Əslində bu şəhər çoxlarının düşündüyü kimi onu yaradanın adı ilə yox, bir xristian müqəddəsinin xatirinə belə adlandırılıb.
Cavab: Sankt-Peterburq.  O birinci Pyotrun yox,apostol Pyotun şərəfinə adlandırılıb.

14. Əgər romalı olsaydınız “kütləvi, xəlqi” sözünü necə deyərdiniz?
Cavab: populyar.

15. Floridada,Pemsakola şəhərində Eddi Bernstayn (Bernşteyn) adlı iki qıçı olmayan bir yəhudi əsilli adamı imkanlı adam kimi tanıyırdılar. Öləndə onun 16200 nəğd,364000 istiqraz hesabı,45000 dollarlıq evi və hətta 80000 dəyərində olan barı da vardı. O,Floridada ilin yarısını keçirirdi. Qalan 6 ay isə o Vaşinqtona işləməyə gedirdi. O,gün ərzində təxminən 150 dollar qazanırdı. Bəs Eddi ilin yarısını Vaşinqtonda nə işlə məşğul olurdu?
Cavab: dilənməklə. Qıçı olmadığına görə dilənən Eddinin sağ əli bizim dilənçilərin başına.

 

47 şərh

2ral
2-cə dəqiqə dözə bilmirsiz?:)
TM-çi
Sual?
2ral
Deyilmişdi axı,düz 18:00.Vaxt başladı.
TM-çi
Mən bu postu yazanda saat 18:11-i göstərirdi.Saatım da Kayzenin saatı ilə eynidi.Mənim yazdığım postun 17:59-da yazılması məni təəccübləndirdi…
papatürk
Həmişə tarixə və coğrafiyaya aid belə suallar verin. Maraqlı və asan idi.
Aza
Maraqlıdri ki, hər dəfə ikinci dəfə suallara göz gəzdirməyə vaxt çatırdı.Amma bu dəfə bütün hanısını oxumağı güclə çatdırdım.
NICO_R
maraqlı idi, gözləyək )
Freddie
2ral indi tapış zənglərinə cavab verir:) Yəqin bir azdan sulların cavabı da, qalib də bəlli olar…
2ral
Sualların hansı xoşunuza gəldi,hansı pis idi və s. müzakirə edin.Bir müddətdən sonra cavablar deyiləcək.
IDEAL
Mənə pəncərədən tullanan pinqivin maraqlı gəldi
Aza
Skorseze ən maraqlı ən çətini isə 11-dir,çünki rusca fikirləşmək lazımdır.
TM-çi
Düzü 1-ciyə Xirosima yazacaqdim.Amma minlərlə insan ifadəsi bir az qəribə gəldi.Minlərlə insanın o radiyasiyalı şəhərdən bunu edə bilmə potensialının olub-olmaması haqqında məlumatım olmadığı (orda yaşayan əhali) üçün paytaxt Tokionu yazdım…
Freddie
Qoymadıze futbola da baxaq. Hakim Çelsinin belini qırır :))
papatürk
Napoleon haqeda sual ən yaxşı idi,amma professor haqda suala çox cavab vermək olar. Yumor hissi olan adam buna xeyli variant uydura bilər.
TM-çi
Sualların uzun olması verilmiş vaxta sığmır.Qaça-qaç suallara cavab verəndə əlbəttə yaxşı nəticə göstərmək olmayacaq.Heç olmasa vaxtı gərək iki dəqiqə uzadasınız…
Aza
Keçən dəfə gecikdiyim üçün bu dəfə tez göndərdim.Göndərən kimi isə digər cavablar ağlıma gəlməyə başladı))
Freddie
Mən 10-cu suala «göyçək fatma» yazmışdım. o da sayılır? Bir də 7-ci sualın cavabı xəstəxanadır. qospital rusca, hospital ingiliscədir.
NICO_R
xəstəxana rusca bolnichadır. qospital elə qospitaldı məncə
Aza
Amma hərbi hospital deyirlər,xəstəxana yox.
2ral
qospital latınca hospitales sözündən götürülüb. hətta qospitalyerlər adlı cəngavər ordeni də vardı.
Freddie
amma rusca da qospital sözü var…
2ral
Reytinqi yüksək olan istifadəçilər üçün vaxt bir dəqiqə çox idi.bu da təsirini göstərdi,çünki qalinb reytinqi yüksək olan adamdır:)
İndi isə əvvəlcə ən maraqlı cavablara baxaq:
Monarxiya haqqında suala adam başına düşən torpaqın azlığı
Tanqanika variantına Tarzan???
qospital variantına Qonaqkənd
Microsoft vs Linux variantına Afrika və Antarktida.Hələ də pəncərə ilə Afrika haqqında əlaqəni fikirləşirəm.
Fatmaya hamı düzgün cavab vermişdi.
Eddi Bernstayna fahişəlik. Mən hələ də başa düşmürəm ki,iki qıçı olmayan adam necə fahişəlik edir loool
təpəgöz
fahişəlik variantını hansı извращенец yazmışdı?
2ral
Bir qız:)
Qalib isə papatürkdür. Ən çox suala o cavab verib.İkinci yerdə NICO_R -dir.Onun kral cavabının düzgün olub-olmamasından asılı olmayaraq(çünki söhbət kostitusiyalı monarxiyalardan gedirdi) qalib papatürkdür.Çünki 13 suala cavab verib.
Aza
Bu dəfə mən yazmamışam haa))Birdən keçən dəfəkindən sonra sübhələnərsiz:)

Qalibi təbrik edirəm.
IDEAL
Bircə Qonaqkənt məsələsi mənə aiddi. Adından göründüyü kimi qonaqpərvərdi. Dedim yəqin sual müəllifi əsgərlikdə orada olub üzünə pis baxıblar:D Qospital ağlıma gəlmadi.
r9perviz
Tarzan cavabını mən yazmışdlm, tələsik olduğu üçün Tanqanikanı Tanzaniya oxumuşam :)))
IDEAL
İndi diqqətlə oxuyanda xatırladım ki, monarxıya məsələsinə adam başına düşən torpağıda mən yazmışam.
IDEAL
Qalibi təbrik edrəm. İndi başa düşdüm nə üçün tarixi coğrafi suallar istəyir :)
NICO_R
Təbriklər ) bizimki qaldı gələn dəfəyə )
2ral
Qalibə 25 AZN mükafat və nəfis tərtibatlı Антология мудрости kitabı hədiyyə olunur.
papatürk
Təşəkkürlər. Suallardan bir dənə Microsoft və Linux çətinlik yaratdı,bir də Koppola.Boynuma lmalıyam ki mən heç onu tanımırdım:(( Google tez axtarışa verəndə tez Xaç atası kinosu cavabı gəldi.O dəqiqə başa düşdüm.
təpəgöz
Adam Googla baxmaz.Adını türk qoymusan,amma türk kişisinə belə şey yaraşmaz:=)
Bu dəfə hədiyyəyə kitab da əlavə olunub. Görəsən hansı kitabdır?Çünki o seriyadan kitab çoxdur.
Aza
Googlda axtara da bilirsisə deməli 10  dəqiqə hələ sizə çoxdu mən oxumağı güclə çatdırdım.
TM-çi
Sizinlə tamailə razıyam...Məncə sual hazırlayanlar sualı hazırladıqdan sonra google-dan istifadə imkanlarını qiymətləndirməlidirlər…
r9perviz
Googla baxmaq olar ki? Daha bu nə yarış oldu…
təpəgöz
Yarışda 3 qız oynayırdı.Aza deyir ki mən yazmamışam,IDEAL deyir mən yazmamışam.Deməli Bernstaynın qıçı olmaya-olmaya fahişəlik etdiyini(nəzərə alaq ki hələ o kişidir) yəqin Leyla yazıb.
bankir
Mən təəcüb edirəm ki,sən niyə qalib olmamısan.səndə ki bu detektivlik qabiliyyəti var,afərin. Leyladan səs-soraq yoxdur.Çünki suçu var:-)
Leyla
Eybi yox,təpəgöz,bir dəfə əvəzini çıxaram=)
Suallara tezbazar cavab yazırdım,bilirdim ki kayzen suallarında yumorlu cavab olur.Dedim yəqin bu işi görürmüş.İndi fikirləşəndə özümə də gülməli gəlir.
IDEAL
Leyla hayıfı 2ral dan çıx səni o satıb. Yoxsa ip ucu verməsəydi təpəgöz tapa bilməzdi.
təpəgöz
Yox,siz qızlar yaxanızı kənara çəkməsəydiniz bilməyəcəkdim. Özünüz dostunuzu udar altında qoymusuz:=)
IDEAL
Qızların üstünə atmə mən nə bilim ki, cəmi 3 qız iştirak edib. Elə bildim qızların sayı çoxdu. Bunu araşdırmaqağlıma gəlməyib. Yoxsa  səsimi çıxartmazdım. Həm də düz edib yazıb. Leylanı dəstəkləyirəm.  Bəlkə heç ayaq məsələsini oxumayıb. Məsələn o sual uzun olduğundan mən bir əvvəlini bir də axırını oxumuşam.
Elvin85
Microsoft və Linux   
Windows və Linux
Freddie

Onsuzda hər tur səhv olur cavablarda.Bu tur da istisna olmadı...

2ral
Düzgün cavab Windows və Linux idi.İstifadəçilərin çoxu Microsoft və Linux yazdığından o cavab qəbul olunmuşdu və mexaniki yadda qaldığı üçün postda belə qeyd etmişəm.İndi düzəldərəm.
Freddie,hər tur ola bilməz.Bir,maksimum 2 dəfə səhv olub. Bu isə bir dənəsi belə copy-paste olmayan suallar üçün çox yaxşı göstəricidir.
Erudit
Microsoft vs Linux variantına Afrika və Antarktida yazan kimdi çıxsında üzə)))
Westsider
Qalib neçə suala cavab verdi? Mən cəmi 9…