"Renessans" komandasının sualları ( XII hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

56. Sualda əvəzetmə var! II “ölməz” hər baxımdan bizə ən yaxın olanıdır. Bu göstəricilərin əksəriyyətinə görə III “ölməz” II-dir. I “ölməz” isə onlar arasında ən qədimidir və II və III onun davamçıları hesab olunurdu və bəzən onun adı ilə də adlandirilirlar. Ölməz sözü ilə hansı xüsusi ismin əvəz olunduğunu tapdınızsa I, II və III nün müasir adlarını ardıcıl olaraq cavab kartınıza yazın.

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

57. Diqqət sualda əvəzetmələr var. 
“V- vendetta deməkdir filmindən” İvi Xemmondun bir ifadəsinə qulaq asın: “Mənim atam həmişə deyərdi: Artistlər “Şirin” danışırlar ki, “acı”nı deyə bilsinlər, siyasətçilər isə şirin danışırlar ki, acını gizlətsinlər. Biz acı və şirin sözləri ilə hansı sözləri əvəz etmişik.

Müəllif: Nadir Zamanov (mr13)

58. Əvvəlcə bir neçə həmkəndli aldadıldı. Sonrasa möhtərəm bir qonaq. Daha sonra bir neçə nəfər qanunsuz yolla pul qazanmağa cəhd etdi. Sonrasa bir gənc pis yollara düşdü. Bundan sonra bir qadının yalanı baş tutmadı. Diqqət sual: Bəs sonuncu aldadılanın peşəsi nə idi?

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

59. əqin ki, bəziləriniz Corc Oruelin “Animal farm” (“Heyvan ferması”)əsərini oxumusunuz.Oxumayanlar üçün qeyd edək ki, bu alleqorik əsərSovet İttifaqının həyatına həsr olunmuşdur.Əsərdəki Napoleon adlı donuz Stalinin, Snoubord adlı digər donuz Trotskinin, Pincfild fermasının rəhbəri mister Frederik Hitlerin, Foksfud fermasının rəhbəri mister Pilkinqton isə Ruzveltin bədii obrazıdır və s.Nə isə sizi çox yormayaq. Əsərin sonunda ziyafət zamanı kart oyununda həm “Stalin”, həm də “Ruzvelt” eyni tuzları çıxarır. Müəllifin nəyə işarə vurduğunu bildinizsə onu I növ təyini söz birləşməsilə cavab kartınıza qeyd edin.

Müəııif: Azər Tarverdiyev (Azero)

60. Onun haqqında təzadlı fikirlər doğrudan da çoxdur.. Rus şərqşünası Valentin Jukovski onun barəsində belə yazırdı: ”O azadfikirlidir, dinə inanmır; o allahsızdır və materialistdir; o sufizmə gülür və panteistdir; o dindar müsəlmandır, o əyyaşdır, pozğundur, ikiüzlüdür, o filosofdur, iti müşahidəçidir, alimdir; o Şərqin Volteridir, Heynesidir.. ” 
O kimdir???? Vaxt getdi.

Müəllif: Rövşən Zamanov

 

17 şərh

papatürk
57.şirin-yalan,acı-doğru
Leyla
60.Mirzə Fətəli Axundov.
56 çox çətindir.58-ci isə əsl NHN sualıdır.
Freddie
56. Roma, İstanbul, Moskva
59. soyuq müharibə
papatürk
Roma,Bizans və Rusiya imperiyasının paytaxtı haqqındakı sual çox maraqlıdır. Tarixçi üçün əsl hədiyyədir.
Agali
58. Loru dildə desək «baxıcı»
Freddie
Düz deyil. Səndən qadının peşəsini soruşmurlar :)
Agali
hə elədir.Deyəsən tələsmişəm. Yəqin bu hansısa rejisorrun çəkdiyi kinoların ardıcıllığıdı. Yada hansısa yazıçının əsərləridir. Möhtərəm qonağ mənə nəsə deyir…
Freddie
Hə düz yoldasan. Sən yazıçının əsərlərinin üstündə fikrini cəmləşdir :))))
Agali
M.F.Axundovun əsərləridir. Qonaq -Müsyo Jordan, Qanunsuz yolda -HAcı qaradır.  Bu əsərləri son dəfə 7-il əvvəl məktəb vaxtı oxuduğumdan tam cavab verə bilməyəcəm.
Freddie
Hə mən də məktəb vaxtı oxumuşam:) Sonuncu aldadılan şəxs Yusifdir. Onun peşəsi də ki yəhər qayıran idi:)))
Freddie
hə. Yusif Sərrac :)
Erudit

tapıldığı kimi
56-Roma, Istanbul, Moskva
57-yalan və dogru
58-sərrac
59-soyuq müharibə 
qaldı birce 60cı

Freddie
60ş ən asan sualdı. Allahsız, dindar və əyyaş. Şərqdə bu yalnız bir şəxs ola bilər. O da Ömər Xəyyam.
mr13
Tamamilə düz buyurdu Freddie Şərqdə bütün bu xarakteristikalara uyğun gələn yeganə şəxs Ömər Xəyyamdır.
IDEAL
Bir çox mütəxəssislər Ömər Xəyyamın dilinə şərab dəymədiyini deyir. Ancaq şəraba aid elə şeirlər  yazıb ki, bu hələd mübahisəli məsələyə çevrilib. Bəziləri deyir içib sadəcə dinin qoyduğu qadağaya görə gizli içib bu səbəbdən fakt yoxdur, bəziləri deyir yox heç vaxt içməyib. Bilmirsən kimə inanasan.
mr13
Mən əslində heç içmədiyinin tərəfdarıyam yəni belə zənn etmək istəyirəm. (Müsəlman müsəlman barədə pis zənn etməməlidir.) Çünki bu insanı Qiyas əd din adlandırırdılar. Yəni dinin dayağı. Məncə şərab haqda olanlar ya alleqoriyadır ya da ki, antireklam.