Sakura 9 may
Suallar yenə bu səhifədə veriləcək.Saatı isə https://kayzen.az/page/saat/ ilə uyğunlaşdırın.
Suallar bu ünvandadır.
1. 50 dollar pul, qeyri-hökümət təşkilatları, dənizçi atalarını itirmiş uşaqlar haqqında əsər. Bunları nə birləşdirir?
Cavab. Qrant.
2. Amsterdam, Stokholm və Peterburqa bəzən Şimal .... deyirlər.
Cavab. Venesiyası
3. Kornilov,Alekseyev,Alekseyev,Vrangel,Denikin,Miller,Yudeniç-bir sözlə ifadə edin.
Cavab: ağqvardiyaçılar(Белое движение)
4. Böyük diktator filminin ssenaristi,rejissoru və ifaçısı kim idi? O həm də pedofil olub:)
Cavab: Çaplin.
5. Amerikada 3 il ərzində dnL adlı sərinləşdirici içki istehsal edirdilər. Hansı digər məşhur içki ilə bu ad asossasiya olunur?
Cavab: 7uP içkisi.dnl sözünü şaquli güzgüdəki kimi oxusanız 7uP kimi görünəcək.
6. 13 yaşında məktəbi qurtarıb,18 yaşında ilk elmi iş,27 yaşında professor, 56 yaşında Nobel mükafatı almış bu alim kimdir?
Cavab: https://kayzen.az/blog/fiziklər/515/lev-davıdoviç-landau.html
7. Artur Porcessin Saymon Fleqq və İblis əsərində riyaziyyatçı öz ruhunu Şeytana bir şərtlə satır ki(Faust ilə oxşarlıq),İblis bu riyazi məsələni həll etsin.Söhbət hansı məsələdən gedir?
Cavab: Əlbəttə ki,Ferma teoremi.
8. Latın dilində “dəniz qızılgülü” deyin.
Cavab: rozmarin. Rusca Розмарин,latınca Rosmarinus
9. Rus dilində Копейка рубль бережет! adlı atalar sözü var. Birinci sözdə bir hərfi dəyişməklə bir avtomobil firmasını Rusiyada reklam etmişdilər. Bu avtomobil firması hansıdır?
Cavab: Hyundai (Kia cavabı da qəbul olunur). «Корейка рубль бережет»
10. JULY IV MDCCLXXVI–bu yazı hansı nəhəngin əlindədir?
Cavab: 1776-cı il,4 iyul,ABŞ-ın müstəqillik tarixi. Bu tarix Azadlıq Heykəlinin əlindəki kitabda əks olunub.Şəkil üçün http://farm1.static.flickr.com/187/398074085_94de57f4e9.jpg?v=0 baxın.
11. 1951-ci il 14 martda öz ad günündə Prinston fiziki tədqiqatlar institutunun bir əməkdaşı ad günündə jurnalistin foto üçün gülmək təklifinə bu jestlə cavab verir. Bu yaxınlarda Almaniyada bu alimin pərəstişkarı olan bir nəfər pasportda da belə çəkildi: əvvəlcə icazə verməsələr də o alman məhkəməsinə müraciət edib bunun şəxsi hüququ olduğunu sübut etdi. Tez-tez baxçada uşaqlar da bunu edir.
Cavab. Dili çıxartmaq. Söhbət Eynşteynin məşhur dilini çıxartdığı şəkildən gedir.
12. 1848-1916-cı illərdə Avropanın mərkəzində bir kişi yaman “xod” gedirdi. Hazırda onun yaşadığı dövlət mövcud olmasa da, onun adını 196 adadan ibarət bir coğrafi obyekt daşıyır. İndi orada içində neft məhsulları olan çəllək zir-zibillərindən başqa heç nə yoxdur, çünki orda insan yaşamır.Bu coğrafi obyekt hansı ölkəyə məxsusdur?
Cavab: Rusiya. Söhbət Avstriya-Macarıstan imperatoru Frans-İosif haqqında gedirdi.Ada isə Frans-İosif torpağı adlanır.
13.Fransa imperatoru olandan sonra Napoleon öz katibinə tapşırmışdı ki,ona hər səhər bütün Avropa ölkələrinin qəzetlərinin xülasəsini çatdırsın,amma bir ölkədən başqa. Hansı ölkədən başqa?
Cavab. Fransa.
14. Zair əhalisi Konqo çayına nə deyir?
Cavab: Zair
15. Rusiyada internet istifadəçiləri zarafatla bu cümləni yaradıblar: каждый оформитель желает знать, где скачать фотошоп. Onun Azərbaycanca variantını fikirləşib yazın.
Cavab: Söhbət fizikada işığın dispersiyasından gedir. Ağ işıq prizmadan keçərkən sınma nəticəsində ayrıldığı rənglər: qırmızı, narıncı, sarı, yaşıl, göy, mavi, bənövşəyi. Rus dilində bu Каждый охотник желает знать, где сидит фазан kimi səslənir:
Каждый — Красный
Охотник — Оранжевый
Желает — Жёлтый
Знать — Зелёный
Где — Голубой
Сидит — Синий
Фазан — Фиолетовый
Azərbaycan dilində isə ən məşhur cümlələr bunlardır:
Qarı nənə sarı yubkada madmazel gəlinə bənzəyir.
Qövsi-qüzeh Nur Saçır, Yerdənsə Min Göz Baxır.
29 şərh
Niyə məntiq yoxdu ki, Napoleon katibinə deyir ki, Fransız qəzetləri gətirməyə ehtiyac yoxdur çünki onlar mən deyəni çap edirlər.
amma ümumilikdə yaxşı idi
ağqvardiyaçılar haqda sualı ateist kimyaçılar cavabı
7up içkisinə aid suala Jalə şirələri !!!!!
Ferma teoremi haqda suala iki eşşəyin arpasını bölmək cavabı(Leyla)
Ən dəşətli cavablardan biri axırıncı suala verilib,amma cavabı düz qəbul etməyə məcburam:
Qə.bə Nataşa sevincindən yenə mənim gözlərimə baxdı.
Westsider-10,mr13-10,Leyla və HTML-12.Amma HTML-in cavablarından biri qeyri-etik olduğu üçün cavab hesaba alınmayacaq.Qalib artıq üçüncü dəfədir ki,Leyla seçilir.Gələn dəfədən Leyla oynamır
Təbrik edirik Leylanı.
13. Qarı nənə səksən yaşında mavi gözələ bənzəyir.
5 və 15i çox bəyəndim
13.Qırmızı narı səbətə yığıb mənə göndərən babamdır.
İki eşşəyin arpası cavabını mən yazmışdım. bəs HTML-in qeyri-etik cavabı nə idi? Bəlkə kitabı mənə,pulu ona verəsiniz?
....................................................................................
Hamı özünü ağıllı sayır,amma çoxları heç bəlkə də bu sualın cavabını bilmirdi.10 dəqiqə içində durub cavab fikirləşmək asan məsələ deyil.ağlıma nə gəldi onu da yazdım.
heç şokdayam. halaldı da sənə.hələ utanmaz-utanmaz yenə yazir ee.
Adminin yerie olsaydım sərt tədbirə əl atardım. olmaz belə.
L-shan, yuxarıdakı sualların ağılla heç bir asılılığı yoxdur. Kimin bir qədər tarixdən, coğrafiyadan biliyi varsa, onlar cavab verə bilər. Hə bir də internetdə suala cavab axtarmaq bacarığı.
Əgər, Sakura turnirinin qaydalarında «etika» söhbəti yoxdursa, HTML də qalib sayılmalıdır!!!