"Renessans" komandasının sualları ( XIV hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

66.

 

Bakıda yerləşən bu abidənin müəllif-ləri Rasim Əliyev və Viktor Yefimoviç Siqaldır. Abidənin çox qəribə bir effekti var. Müxtəlif rakurslarda dursanız da elə bil bu gözlər sizə baxır, sizi izləyir.Abidənin qarşısında isə Onun sonuncu həyat yoldaşına və həyatı ilə sıx bağlı olan bir ölkənin şərəfinə Sakura ağacı əkilib. Heykəltaraşların bu hər tərəfi görmə effekti ilə nəyə vurğu vurduqlarını anladınızsa 1 dəqiqə ərzində abidənin kimə həsr olunduğunu deyin.

Müəllif: Rövşən Zamanov

67.

İlk dəfə bu xidmət növünü Pentaqon sistemləşdirmiş və tətbiq etmişdi. Rekvizitlərdə isə məşhur bir firmanın reklam parçası əks olunmuşdur. Bir dəqiqə ərzində reklam parçasında təbliğ olunan bu texnoloji xidməti maksimum qısa şəkildə cavab kartınıza qeyd edin.

Müəııif: Azər Tarverdiyev (Azero)

68.

"Cənnəti tərk etməyə daha güclü səbəb lazım idi."

Yəqin ki, Adəm və Həvvanın cənnətdən qovulması haqda Bibliya rəvayətini eşitmisiniz. Bu reklam printi isə tam başqa bir şey iddia edir. Diqqət sual! Bu nəyin reklamıdır.

Müəllif: Nadir Zamanov (mr13)

69.

 

Uzaq Şərqdə hesab edirlər ki, Koreya möcüzələr ölkəsidir.. Bu heç də təsadüfi deyildir.Məsələn onlardan biri... Hər il Koreyada may ayında çox maraqlı bir festifal keçirilir.. Onu ölkə sakinləri “Yeydınçje” adlandırılar. Avropalılar isə onu bir şəxslə bağlı olan möcüzəyə oxşadır-lar. Diqqət sual: Qarşınızdakı şəklə baxıb hələ miladdan öncə öz xalqı-nı xilas etmiş insanın adını və “Yeydınçje”nin tərcüməsini cavab kartınıza qeyd edin.

Müəııif: Azər Tarverdiyev (Azero)

 

 

16 şərh

papatürk

66.Rixard Zorge


67.Hamı səmanı göstərir.yəqin ki gözəgörünməz təyyarələrdir.


69. Öz xalqını xilas etmiş adam deməkdə nə nəzərdə tutulur?

Sufi
Xalqını xilas edənlər Babək,Musa Peyğəmbər,Xətai və s. Miladdan öncə yaşayan isə Musa peyğəmbərdir.
Leyla
Musa peyğəmbər düz varianta oxşayır. Dənizin aralanmasına oxşayır.
mr13
66. Zorge düzdür.
bankir
68. ətir reklamı
Westsider
Məncə də 67 GPS-dir, 68 isə ətir))

Qalır 69… Nuh peyğəmbər və «Suyun çəkilməsi»
Magicboy
Nuh peyğəmbər, öz xalqını deyil, ümumi insanları xilas edib. Öz xalqı olan İsrail balalarını isə Musa peyğəmbər xilas edib. Həm də görürsünüz ki, adamlar dənizin ortasına doğru hərəkət edir. Yəqin bu qabarma və çəkilmə hadisəsidir. Daha dəqiq cavabı bilmək maraqlı olardı. Sual həqiqətən də gözəldir…
Westsider
Hə, doğrudan, fikir vermədim. Mən həmişə düz ola bilmərəm ki))
r9perviz
68. Məncə Bella əlində alma tutur, çünki Twilight kitabinin üz qabığında alma tutan əllər var.
Freddie
Hə məncə də alma tutur. Amma səncə almanı hansı ağıllı şirkət reklam edər? Şəkil reklam məqsədilə edit olunmalıdır. Yəqin qızın əlində Apple şirkətinin hansısa məhsulu var. Ya İphone-du ya da İpod.
mr13

66.Rixard Zorge


67.GPS (Rekvizitlər Motorola şirkətinin reklam parçasından idi. Təbliğ olunan xidmət GPS xidməti idi. Şəkildəki vəziyyətlərə baxaraq belə qənaətə gəlmək olar ki, yolu azanda ən yaxşısı bu xidmətə müraciət etmək daha təhlükəsizdir.Yoxsa hərə bir söz deyir.)


68. Apple İphone (Reklam ideyasının müəllifi özüməm)



69. Musa və “Dənizin aralanması” («Yeydınçje” koreya dilindən tərcümədə “dənizin aralanması” mənasını verir. Bu fenomen qabarma və çəkilmələrlə əlaqədar baş verir. Avropalılar onu ilk dəfə görəndə “Musanın möcüzəsi” adlandırmışdılar. Musanın öz xalqını fironun təqibindən necə xilas etməsi ilə bağlı möcüzəsini isə siz də bilirsiniz.)


 

Westsider

Məncə, çox gözəl fikirdir. Apple-a göndər bəlkə xoşlarına gəldi sənə pul verdilər.

Freddie
Qız düşüyün biridir. Mənim kimi hamının zəhləsi gedir ondan :) Apple-a yaraşmaze…
Westsider
Niyə? Ordinary American girl))
2ral
Ordinary American girl belə olmur. Offtopu saxlayaq.