Babam və mən...

Bu danışacaqlarım 1932-ci ildə baş verib. Mənim bu ildə olan yaşım anadan olduğum ilin sonuncu iki rəqəminin əmələ gətirdiyi ədədlə  eynidir. Bu maraqlı uyğunlaşma haqqında babama danışanda babam bildirdi ki, onda da məhz belədir, belə ki, onun da indiki yaşı anadan olduğu ilin sonuncu iki rəqəminin əmələ gətirdiyi ədədlə eynidir. Bu mənə qeyri-mümkün kimi göründü, amma babam bunun mümkün olduğunu izah etdi. Sizcə bizim hər birimizin neçə yaşı var?
 

22 şərh

Westsider
Babanın 66
Nəvənin 16

Çətin idi?)
Nailə_Rzayeva
Super, düzdür :) O ki, qaldı çətinliyinə, asan sualdı, sadəcə çaşdırıcı olduğu üçün qoydum :)
Tomris
Necə tapılır cavabı?
Nailə_Rzayeva
Mümkünsə,Westsider ,   buyurun cavabı izah edin
Westsider
Riyazi yolunu bilmirəm, məntiqlə tapdım. Sadəcə sonu 6 ilə bitən illəri götürmək lazım idi. 1916 və 1866 uyğun gəlir.))
Nailə_Rzayeva
Ok, izahatını da mən yazım. Aydındır ki, nəvə XX əsrdə anadan olub, deməli il 1900-lə başlayır və sonrakı rəqəmlərin əmələ gətirdiyi ədədin özü ilə cəmi isə 32-yə bərabər olmalıdır. Deməli nəvə 1916-da anadan olub, indi isə, yəni 1932-ci ildə isə 16 yaşı var.
Baba isə əlbəttə ki, XIX əsrdə anadan olub, deməli il 1800-dən başlayır, yerdə qaldı 132 ədədi, deməli sonuncu ədəd 132-nin yarısına bərabərdir, yəni 66. Deməli baba 1866-da anadan olub, 1932-də isə 66 yaşı tamam olur.
Nəvənin 16, babanın isə 66 yaşı var…
MASON
Çox gözəl RİYAZİ MƏSƏLƏ idi.Belə sualları tez-tez yerləşdirin.
Elsamir

çox sadədi


belə sualları NHN baxçalarında uşaqların başını qatmaq üçün verirlər

Nailə_Rzayeva
Hörmətli Elsamir, başınızı qata bildimsə nə xoş mənə…
Magicboy
Nailədən super cavab:))) Əşi bu sual min dənə NHN sualına dəyər. Nə var e o gic-gici NHN suallarında. Bilmirəm mənası nədir? Xeyiri nədir? Elə də fəxrlə deyirlər ki, biz NHN qəhrəmanlarıyıq. Heç yerdə yoxdu belə yarış. Nə axmaq şeylər var ruslardan çıxır, biz copy-paste edirik. Ehh… Sayt administrasiyası gərək bu məsələyə təcili əncam çəksin...NHN bloqu saytın imicinə ağır zərbədir…
Nailə_Rzayeva
Düzü, mən NHN yarışlarını çox sevirəm. Televiziyada da daim izləyirəm, orada da bəzən çox sadə suallar olur, yarış iştirakçıları ki,  buna  məzəmmət ilə yanaşmırlar. Baxmayaraq ki, onlar istənilən halda intellekt cəhətdən bizlərdən yüksəkdədirlər…
Magicboy
Xeyir, Nailə xanım intellektin bura aidiyyatı yoxdur. Bu krossvord kimi bir şeydir. İlk dəfə krossvord həll edəndə, adama çox çətin gəlir. Daha sonra hər həftə, hər gün krossvord həll etdikcə ona öyrəşirsən. Artıq bilmədiyin şeylərin mənasını da digər boşluqları dolduraraq tapa bilirsən. Niyə, çünki artıq ona alışmısan. Bu NHN də eyni ilə krossvord kimidir…
Sceptic
Gic-gici??? Nəisə deyəsən sözü düz seçmədin sən. Çünkü zövqlər və rənglər müxtəlifdir. Və mən həyatımı NHN-siz təsəvvür etmirəm!
Elvin85
Tamamilə razıyam. İnsan intellektinin məhv edilməsi üçün ən effektiv narkotik bir NHN-dir, bir də şahmat. Hər ikisinə fikir verin hansı ölkələrdə ifrat populyardır. İnsanın gərək cəmiyyətə fayda verən işi gücü ola. Daha 10-15 fiziki və əqli cəhətdən sağlam kişi bir yerə yığılıb heç bir şeyə faydası dəyməyəcək sualları çözüb özlərini qəhrəman hesab edərək evlərinə dağılmayalar gərək. NHN suallarına lətifə kimi, məntiqi sual kimi, adi tapmaca kimi, krossvord kimi yanaşsaq bəli o halda maraqlı olar, öz işindın gücündən vaxt ayırıb arada bununla istirahət etmək olar. Amma bu tip suallarla oturub durmaq insanın potensialını məhv edir.
mr13

Bu saytda 2 ağıllı var deməli: Magicboy və Elvin85. Cəmiyyətə xeyirli işləri  sayın biz də bilək, gedib «gic — gic» işlərlə məşğul olmayaq.

Elvin85

Söhbətdən artıq mübahisə qoxusu gəlir, mənimsə bu movzuya ayıracaq vaxtım yoxdur, siz ən yaxşısı nəyi düzgün bilirsinizsə, yolunuza eləcə davam edin. NHN-in bəşəriyyətin inkişafına, elmi texniki tərəqqiyə verdiyi təkanları, məşhur şəxslərin əksərinin məhz NHN-lə məşğul olduqdan sonra nisbilik nəzəriyyəsi, cazibə qanunu və.s. kəşf etdiyini, Bill Gates-in fanatik NHN-çi olduğunu görməyənlər özləri bilər, durub onlara nəsə başa salmağın mənası yox.

HTML
NHN lazımdır.Bəziləri oynaya bilmədikləri üçün deyirlər yəqin.Mən özüm bu yarışda çox şey öyrənmişəm.Əvvəllər maraqlanmırdım.Həftədə bir dəfə baş işlətməklə heç nə olmaz.
Westsider

Düşünmürəm ki, Nailə bu sualı NHN sualı kimi verib. Niyə belə reaksiya verirsiniz?

mr13
Sual maraqlı və məntiqli sualdır. Hətta sual çatışmayanda turnir paketinə də salmaq olar. Amma NHN-dən çox riyazi sualdır. ikincisi bu bloqda bir neçə dəfə xəbərdarlıq olunub ki, 1 sualdan ötrü topik yazılmasın.
Westsider
Yox, NHN sualı kimi paketə salmaq qəti olmaz.
bloqçu
Burda pis nə var ki? Hər-halda avaralanmaqdan, oyun oynamaqdan, orda-burda bluetoosla kiməsə nəsə göndərməkdən, çatlarda vaxt keçirməkdən min dəfə yaxşıdır. Kimə maraqlıdırsa, kim istəyirsə qatılır.
Nailə_Rzayeva
Bbilsəydim ki, bu sual bu qədər mübahisəli müzakirəyə səbəb olacaq heç qoymazdım.Bu mövzu niyə bu qədər "şişirdildi" heç bilmirəm. Təəssüf…
Topik müəllifi şərh yazmağa qadağa qoyub