Vunderklass - suallar III

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.

81.

 

Qarşınızda Honda şırkətinə aid bir reklam şəkli var. Şəklə diqqətlə baxın, fərqi tapmağa çalışın və cavab verin: Reklamın şüarı nədir? 
Müəllif : Vüqar

82. Netscape Navigatorun qurucusu Mark Adersen bu brauzeri Mosaicin əvəzinə yaradanda, şirkət daxilində təzə brauzeri X adlandırmağa başladılar.X-in adı isə Mosaic adı ilə bir yapon "canavarının" adının birləşməsindən yarandı. Siz isə bu adı cavab kartınıza yazın. 
Müəllif : Vüqar

83. Diqqət şeir: 
Onu dörd qardaşdan 2si bölüşür, Adı da 10 rəqəmilə bağlıdır, 
1-cinin payına daha çox düşür. Burası bizimçün də maraqlıdır. 
Dəqiq desək, 21 ox düşür. Çünki siyahıda deyil 10-cu, 
2-ciylə cəmi 10 gün görüşür. O hər zaman sonuncudur, sonuncu. 
Bu günümüz sizlər üçün ipucu. 
Onu tapmağa bir dəqiqəniz var, 
Ümid edirik ki, axtaran tapar 
Müəllif : Seymur

84.Diqqət Qara Qutu ! Bu “əsər” müxtəlif “səhnələrdə” müxtəlif “süjet xətti” üzrə oynanılsa da, onun “personajları” dəyişməz olaraq qalır. Onların sayı 20-dən çox olsa da, ən böyüyünün 12 “yaşı” var. Onların hər biri özünəməxsusluğu ilə seçilir. Xüsusən də ən “kiçik personaj”, o dostları ilə birlikdə mühasirəyə düşdüyü zaman düşmənə heç bir hərbi sirr vermir. Lakin tək qaldığı halda bunu etməyə məcbur olur. Çünki əks halda o, əsərin qaydalarını pozmuş olardı. Ən maraqlısı isə odur ki, onun taleyi əvvəlcədən heç kimə məlum deyil. Belə ki, o, sağ qala da bilər, ölə də bilər. Diqqət sual : Bəs biz qara qutudakı bu qəhrəmanı hansı adla tanıyırıq ? 
Müəllif : Seymur 

85. Bir incəsənət sahəsinə görə o, hər saniyədə özünəməxsus təsir gücünə malikdir. Bir ənənəvi sistemdə isə onu gümüşə bərabər tuturlar. O, təhsil qanunlarına görə ən pislə ən yaxşı olanın vəhdətindən ibarətdir. Saat qurşaqları üçün o, əlçatmazdır. Başqa bir elmi sistemdə isə onun kiçiyi böyüyünün üstündə olduğu zaman nəticə onun özünə bərabər olur. Onun elektron versiyasında isə sanki, güzgüyə baxan kiçik güzgüdə böyüyü görür. Siz isə onun yalnız 2 simvoldan ibarət olduğunu bilərək cavbı yazın.
Müəllif : Seymur

22 şərh

HTML
81. təkər.Honda təkərləri
mr13
Mozilla düzdü digəri yox
HTML
85 sualı bilən var görəsən? Belə sual olar?Heç nə qanmadım
mr13

diqqədlə fikirləşsəniz çətin deyil.

Nailə_Rzayeva
84-cü sual Что? Где? Когда? verilişində olub- cavabı ağ qoşa .
85-ci sual ki, ən asanıdır. Fikrimcə 25 ədədidir.
mr13
84-cü sual Azərbaycan yoxsa rus dilində olan verilişdə olub? Mümkünsə dəqiq deyin. Mən 100 faiz bilirəm ki, bu sualı Seymur yazıb. Bəlkə kimsə oğurlayıb verib?
Nailə_Rzayeva
Rus dilində olan verilişdə olub. Deyəsən Cəlal Orucovun komandası oynayan zamanda, dəqiq yadımda deyil…
mr13
Təqribən nə vaxt?
mr13
Suallar bu qədər pisdi ki?
girl_moon
83 və  84-cü suallar daha maraqlı idi.
mr13
Deyəsən «him cim» başa düşüldü.
mr13

82.Mozilla (Mosaic + Godzilla=Mozilla)


83. Dekabr


84. Ağ qoşa


85.25

Westsider
Ura, Dekabr — düzdür)) Mən ancaq «sonuncu» və «on ilə əlaqəli» («deka») ipucularına görə tapdım)))
Westsider
81. «Az danışın, yola diqqətlə baxın»?
mr13
Yox bu cavab da dwz deyil
mr13
81. Original ehtiyat hissələrdən istifadə edin
papatürk

81. ipucu yoxdur.Sual çox maraqsızdır.


83 açıqlamasını yazın


84. personaj,səhnə,osüjet sözləri adamı çaşdırır. sualın ideyası yaxşıdır,amma özü pis.


85.elektron versiya nə deməkdir?


Əvvəlki suallar daha maraqlı olurdu.

mr13

81. ipucu elə şəkilin özüdür insan gözü əvəzinə hansısa heyvanın gözü qoyulub.



83. burda fəsillərə, və bürclərə işarədir. onuncu sözündən də tutmaq olardı (Deka)


84. suala bədii tərtibat verilmioşdir və bənzətmələr olunmuşdur. Bu NHN sualları üçün normal bir haldır.


85. Elektron saatın üzərindəki 2 və 5 rəqəmləri.


əvvəlki və ya indiki sualların daha maraqlı olması barədə isə onu deyə bilərəm ki, «De gustibus non est disputandum»

Immortal

Gözlər buqələmun gözlərinə oxşuyur, bəlkə hər tərəfə diqqətlə baxın?

Vogue
81.Original hissələrdən istifadə edin