"Xəmsə" sualları

Xəmsə intellektual verilişində verilən suallara nümunələr
1-ci Mövzu: “Namələr”
  1. Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə).
  2. Füzulinin bu əsərinin 2-ci adı “Nişançi paşaya məktub”dur. (Şikayətnamə).
  3. Nizami Gəncəvinin “İsgəndərnamə” poeması bu 2 hissəyə  bölünür. (şərəfnamə, iqbalnamə).
  4. Fəzlullah Nəiminin son əsəri məhz, belə adlanır. (Vəsiyyətnamə).
  5. İsmayıl bəy Qutqaşınlının avtobioqrafik səciyyəli əsəri belə adlanır. (Səfərnamə).
2-ci mövzu: “Aforizmlər”
  1. Stendalın fikrincə bunun çevikliyi gözəlliyi əvəz edə bilər. (ağıl)
  2. Fars atalar  sözünə görə, bu adam bir işi iki dəfə görər. (tələsən).
  3. “Ölüm var ki, həyat qədər dəyərli. Həyat var ki, ölümdən də zəhərli” sözlərinin müəllifi məhz, odur. (H. Cavid).
  4. Madaqaskar atalar sözünə görə, ehtiyatsiz 1ci, xəstə 2cidən tez ölər. 1ci və 2cini deyin. (1-cavan, 2-qoca).
  5. Şillerin fikrincə iş həyatın tələbidir, müdriklik onun...   Fikri tamamlayin. (məktəbi).
3-cü mövzu: «Həm, həm də” (Yalniz sonor samitlər)
  1. Bu həm ədəbiyyatda epik  janr, həm də linqvistikada dil qrupunun adıdır. (Roman).
  2. Bu həm ispan futbol klubu, həm də Braziliya puludur. (real).
  3. Bu həm Roma mifologiyasinda məhəbbət ilahəsi, həm də Asiyanin şərqində çaydır.(Amur).
  4. O, həm yazıçı Artur Millerin, həm də idmançı Co Cimacionun həyat  yoldaşı olmuşdu. (Merilin Monro).
  5. XIX-XX əsrlərdə yaşamış bu fransız ictimai xadimi həm yazıçı, həm də musiqişünas olmuşdur. (Romen Rollan).
4-cü mövzu: „Artosferada 4+4“
  1. Frederik Şopenlə dostluq edən Avrora Düpen  əsərlərini bu təxəllüslə yazırdı. (Jorj Sand).
  2. Rejissor Cahangir Mehdiyevin çəkdiyi bu filmdə Qasım rolunun ifaçısı Əjdər İbrahimovdur. (Kişi sözü).
  3. Corc Oruelin əsl adı məhz, belə idi. (Erik Bler).
  4. Bu fransız bəstəkarlarından biri „Karmen“, digəri isə „Romeo və Cülyetta“ operasının müəllifidir. (Jorj Bize, Şarl Quno).
  5. Bu impressionist rəssam „Qara balıqlar“ adlı rəsm əsərinin müəllifidir.(Jorj Brak).
5-ci mövzu: “Canlı Elmlər”
  1. Floristika elmi onları öyrənir. (bitkiləri).
  2. Qədim bitkiləri öyrənən elm sahəsi isə belə adlanır. (Dendrologiya).
  3. Həşəratlardan bəhs edən elmin adı məhz, belədir. (Entomologiya).
  4. Hörümçəklər haqqında olan elm belə adlanır. (Araxnologiya).
  5. İlbizləri öyrənən elm sahəsi məhz, budur. (Malakologiya).
6-ci mövzu: “Rəqəmlər və oyunlar”
  1. Yalnız bu 2 rəqəmin adındakı hecaların sayı öz nominalı ilə üst-üstə düşür. (1 və 2).
  2. Domino daşları içində çəkisinə görə ən yüngül olanı məhz, budur. (6 qoşa).
  3. Futbol üzrə bir  D.Ç. ərzində 1 futbolçu üçün vurulmuş qolların maksimal rekord sayı məhz, bu qədərdir.(13).
  4. Şahmat oyununda vəzirin, dayandığı istənilən xanadan edilə biləcək gedişlərin maksimal müxtəliflik sayı bu qədərdir. (21).
  5. Futbol oyununun gedişi zamanı meydançada ən az sayda bu qədər oyunçunun olması mümkündür.(14).
7-ci mövzu: »...ambi..."
  1. Bemba, Balozi, Balunda tayfaları əsasən bu Afrika ölkəsində məskunlaşmışdır. (Zambiya)
  2. Sağ və sol əllə eyni dərəcədə ustalığa malik olan sənətkarları belə adlandırırlar. (ambidekstor).
  3. Beş guşəli ulduz üzərində balta ilə kalaşnikov avtomatının kəsişməsini məhz, bu dövlətin bayrağı üzərində görmək olar. (Mozambik).
  4. Misir,  e.ə. 525ci ildə, məhz, bu şah tərəfindən işğal olunmuşdur. (kambiz).
  5. Bu ölkənin Atlantik okeana çıxışı olsa da, yalnız Seneqalla həmsərhəddir. (Qambiya).  
8-ci mövzu: “Dünyaya coğrafi baxış”
  1. Yalnız  San-marino, Vatikan və Lesoto üçün bu, ortaq cəhət hesab olunur. (dənizə cıxışı olmayan anklavlar).
  2. Yerləşdiyi adada 2 dövlətlə quru sərhədi olan yeganə ölkə məhz, budur.(Malayziya).
  3. Dünyada 2 materikdə ərazisi olan 2 ölkə bunlardır. (Misir, Panama)
  4. Kito, Kampala, Librevil və Nayrobi bu siyahıda qabaqcıllardır. Həmin siyahiya görə sonuncu olan paytaxt şəhər hansıdır? (Reykyavik).
  5. Sakit okeanin bu adası ABŞ-ın tərkibinə daxil olsa da, 4 müxtəlif  MDB dövlətini öz adında birləşdirir. (Quam).
9-cu mövzu: "...pol..."
  1. Dieqo Maradonna  İtaliyanın məhz, bu futbol klubundakı  uğurlarından sonra tanınmağa başladı. (Napoli).
  2. Bu termin tərcümədə çox nigahlılıq mənasını ifadə edir. (poliqamiya).
  3. Yunanca deyin: ölülər şəhəri. (nekropol).
  4. O, meyitlər üzərində Anatomiyanı öyrənən ilk intibah rəssamıdır. (Antonio Pollayolo).
  5. 1964-cü ildə o, ədəbiyyat sahəsində nobel mükafatına layiq görülmüşdür. (Jan pol Sartr). 
10-cu mövzu: “Nobel”
  1. Mendeleyev cədvəlinin 102-ci elementi məhz, belə adlanır. (Nobelium).
  2. O, 1907ci ildə ədəbiyyat sahəsində nobel mükafatını qazanmışdır. (Redyard Kiplinq).
  3. Bakı şəhərindəki Nobel prospektinə ən yaxın olan metrostansiya bu şairin adınadır. (Xətai)
  4. 1917, 1944 və 1963cü illərin nobel sülh mükafatının laureatı, dünyada bu adla tanınır. (Beynəlxalq qırmızı xaç cəmiyyəti)
  5. Bu Rusiyalı ədib 1965-ci ildə nobel mükafatına layiq görülmüşdür. (Mixail şoloxov). 

0 şərh