Məntiq zamanı...

1. Nəhayət ki, 6-sı da bir yerə yığıldılar, lakin onlar bir məqsəd üçün yığılmışdılar. Əslində hər şeyi ailənin başçısı başladı, mehriban komanda zamanla toplandı. Məqsədlərinə isə yalnız 6-cı onlara qoşulandan sonra çatdılar.  Baxmayaraq ki, komandanın son 3 üzvü bir-birilərini heç sevmirlər, amma bu iş üçün güclərini birləşdirdilər. Söhbət nədən gedir?

2. Onlar hamısı eyni nəsildəndilər. Zahiri cəhətdən eynidilər, amma ölçülərinə görə fərqlənə bilərlər. Səyahət etməyi xoşlayırlar, amma çox zaman bu səyahətlər onların səhhətinə pis təsir edir. Onların bəziləri hətta kosmik səyahətlər də ediblər, digər planetlərə də uçublar. Onlar bəziləri öz evlərini yayda tərk edirlər, bəziləri qışda, bəziləri isə bütün il boyu. Özlərinə uyğun kompaniyalarda işləyirlər. dünyada milyardlarla insanın həyatı onlardan asılıdır. Hava olmadan yaşaya bilməzlər. Söhbət nədən gedir?

3. Həkimin " ömrünüzə az qalıb, tezliklə öləcəksiniz" sözlərindən sonra:
pessimist kədərdən içməyə başlayır
realist vəsiyyətnamə yazır
bəs optimist nə edir?

4. Qədim Çin əfsanəsi. Bir gün imperator öz nazirini mükafatlandırmaq qərarına gəlir və ona hədiyyə verir. Lakin nazirin həyat yoldaşının bu hədiyyə xoşuna gəlmir və onu evdə görmək istəmədiyini bildirir. Qəzəblənmiş imperator onu seçim qarşısında qoyur, ya o hədiyyəni qəbul etməlidir, ya da zəhər içməlidir. İnadçı qadın əlbəttə ki, zəhəri içir. Lakin imperator öz nazirinin həyat yoldaşının ölməsini əlbəttə ki, istəmirdi və buna görə də badədə zəhər yox, sirkə var idi. Sizcə çin ifadəsi olan "sirkə içmə və ya sirkə ilə qidalanma" nə məna verir?

5. Zayonçovskinin povestində "BU" evə gedən baş qəhrəmana çatır, onun yolu yeriməsinə mane olub ayaqlarının dolaşmasına səbəb olur. Hətta bu yetməmiş kimi onun çantasına da girir. "BU" nədir?

6. "BU" meduzadır, hansı ki, hər axşam milyonlarla insanı öz dəyişməz baxışı ilə daşa çevirir.Sirenadır-hansı ki, oxuyur və çağırır. Çox şeylər vəd etməsinə baxmayaraq vəd etdiklərinin cüzi bir hissəsini verir. "BU" nədir?
 

34 şərh

Westsider
3. Optimist həkimə deyir ki, onu sağaltsın. Və bu tipli cavablar. Məsələn, "çalışır sağ qalsın" və s.
Westsider
4. Sənə nə verilibsə, ona şükr elə
Nailə_Rzayeva
Xeyr, Westsider, hələ ki, düzgün cavab yoxdur :)
Westsider
6. TV, internet, bu tip şeylər???
Leyla
Suallar super.
3.optimist öz həyatını baha qiymətə sığortalayaır=)
bankir
2. kosmosda olan heyvanlar itlər,meymunlar,siçanlar,tısbağalardır. dəqiq milyardlarla insanın həyatı onlardan asılıdır?
Westsider
Suallardan xoşum gəlmədi.
Nailə_Rzayeva
Niyə, Westsider, cavabları Google-da tapa bilmədin onun üçün? 
Nailə_Rzayeva
Niyə, Westsider, cavabları Google-da tapa bilmədiniz onun üçün? 
Westsider
yox, mən Google-da cavabı tapanda bura yazmıram. ancaq Sakurada — orda vaxt məhdudluğu var.

Çox adam Google-da baxır, amma mənim onlardan fərqim odur ki, mən bunu deməyə cürət edirəm.
Westsider
2. Həşəratlar.
Agali
3. Özü üçün qəbir yeri alır
Agali
6. Dövlər Başçısı :)
2ral
Prezident nə vaxtdan oxuyub-çalır? Cavab yazmazdan əvvəl fikirləşmək lazımdır.Qaşqabaqlı
Agali
Onu zarafatla yazmışam.İşarədə var. Realda belədir
Nailə_Rzayeva
Deyəsən çətin suallar oldu, hələ ki, düzgün cavab yoxdur. Suallarda bir az məcazlıq var…
r9perviz
1. Məncə turpun nağılıdı, siçanın köməkliyi ilə turpu çıxarırlar :)
r9perviz
2. Bilmirəm niyə, amma bu sualı oxuyanda ağlıma «düyü» cavabı gəldi :)
r9perviz

3. Optimist başqa həkimə gedir :)

Nailə_Rzayeva
Bu da düzdür, amma 2-ci sualın cavabı səhvdir :)
sabit_b
2 bəlkə bakteriyalar
girl_moon
Maraqlı suallardı ,4. Çin təbabətində sirkədən sağlamlıq üçün istifadə ediblər, bəlkə sağ qalmasına bir işarə idi.
Vogue

5.Ola bilər ki bu it olsun..


4.İmperatorun qadından xoşu gəlir onu sınamaq istəyir ..görür ki qadın sədaqətlidir.Hər halda qeyrətlilik namusluluq rəmzi olar.

Vogue
2.bunlar bədəndə olan hüceyrələr ola bilər.Eritrositlər neyronlar və s.
Immortal
2. Bəlkə pul?? ))
Nailə_Rzayeva
Düzgün cavabları yazıram:
1. Turp nağılı
2. təkərlər
3. optimist başqa həkimə gedir
4. «qısqanclıq» mənasını verir
5. yoğunluq
6. televizor
tenqo
Maraqlı suallardı. Ən çox 1-ci sual xoşuma gəldi. Əla düşünülüb. Təkərlərlə bağlı sualın qoyuluşu xoşuma gəlmədi təkcə. Sual daha yaxşı tərtib olunsaydı yaxşı olardı. Orada səhhət qeyd olunmasaydı, yazılsaydı ki, səyahət etdikcə onların ömrü qısalır və yaxud bu tipli şey, onda daha dolğun olardı, çünki səhhət anlayışını heç cür cansıza aid etmək olmur və çox çaşdırır sual barədə düşünən adamı. Düzdü, şərhlərdə qeyd olundu ki, suallar məcazi mənada qoyulub, amma yenə də məncə dediyim kimi olsaydi yaxşı olardı. Bir də ki, təkərlərin hamısı hava ilə dolu olmur, taxtadan hazırlanmış at arabası təkərləri də var :) Həmin sualda verilmiş digər məlumatlar da sualın tapılmasına çox kömək etmir. Yenə də əziyyət çəkib təqdim etdiyinizə görə təşəkkürlər. Bir də maraqlı gəldi ki, yorğunluğun çantanın içərisində nə işi var idi? :) Bu məqamı izah etsəydiniz sevinərdim. Düşünüb tapa bilmədim
Nailə_Rzayeva
Yorğunluq çantanın içində olmur. Burada da məcazi məna var, yəni insan yoğun olanda əlindəki çanta da ona ağır görünür.
tenqo
Cavaba görə minnətdaram :) Fikirləşdim bəlkə əsərdə nəsə qeyri-adi məqam olub çanta ilə bağlı, ona görə maraqlandım
Leyla
Suallar xoşuma gəlmişdi(5 başqa).Amma cavablara baxandan sonra gördüm ki,ikinci sual yaxşı deyil.tenqo düz yazıb,bir az mürəkkəbdir.3-cü suala mənim də cavabım yaxşıydı=)