Vunderklass - suallar V

91. Etruskların yeraltı tanrılarından biri olan Setlansa Populoni şəhərində daha çox qəbul olunmuşdu. O, yeraltı alov tanrısı idi və metal şəhəri Populonidə metallurgiyanın himayədarı idi. 
Sual: Bəs onu hansı Roma tanrısına bənzədirdilər? 
Müəllif: Emin Əmirov 

92. Latınca adı “Basiliscus basiliscus” olan bu kərtənkələ növü Mərkəzi və Cənubi Afrikada, əsasən də çay kənarlarında yaşayır. Adını bir yunan mifoloji varlığından götürən Basilisk kərtənkələsini digər növlərdən fərqləndirən bir özəlliyi var - o,sürəti hesabına suyun üzərində qaça bilir. Elə bu özəlliyinə görə də ona bu adı veriblər. Hansı adı?  
Müəllif: Vüqar Bağırlı 

93. Kubanın paytaxtı Havana şəhərinin küçələrində qədim amerikan avtomobillərini görmək olar. Onlar şəhərə xüsusi gözəllik verir və elə bu səbəbdən də sahibləri onları turistlərə satmaqdan imtina edirlər. Hətta bu avtomobillər xarab olduqda belə, onları təmir etməyə cəhd belə göstərmirlər. Niyə? 
Müəllif: Emin Əmirov 

94. Bu, hərkəsin həyatında maksimum bir dəfə baş verə biləcək hadisədir. Və onun ömrü yalnız bircə gündür. Bu ən tez halda 1 yaşında, ən gec halda isə 31 yaşında baş verir. 31 yaşdan sonra isə bunun baş verməsi mümkün deyil. Ağlınıza pis-pis şeylər gətirməyin və deyin: Söhbət nədən gedir? 
Müəllif: Seymur Salamov 

95. Diqqət sualda bənzətmə var! Bu “beşayaqlı tısbağa” 90 ildən artiqdır ki, böyüyün böyüyüdür. Onun heç vaxt hərəkət etməməsi da çox təbiidir. Bir mahnının sözlərinə görə isə o, heç vaxt yatmır. Sual: Bəs biz onu hansı adla tanıyırıq? 
Müəllif: Seymur Salamov

27 şərh

papatürk

91.Vulkan


92.Brus li


94.sünnət

Westsider
91. Hefest
papatürk
Vulkandır.Çünki Hefest yunanlarda idi.
Westsider
hə, düzdür, diqqət etmədim)
Westsider

92. Rusca Водомеркаdır. Azərbaycanca bilmirəm. Suölçən?))

Westsider

93. İçində yaşayırlar
95. Moskva

Westsider
94. Diş çıxması
tenqo
94. Ağıl dişinin çıxması
mr13

91. Vulkan


95. Moskva


Qalanlarına düz cavab yoxdur hələ

tenqo
93. Kubanın ABŞ-la münasibəti yoxdu. Yəqin ki, ehtiyat hissələrini də almağa icazə olmaz. Bəlkə bu səbəbdən təmir də edə bilmirlər
Immortal
92. Bəlkə nindza kərtənkələ?
mr13
93. ehtiyyat hissələri yoxdur.
girl_moon
Maraqlı suallardı, 94. Bəlkə qızılca  ola bilər.
tenqo
94-ün cavabı məni çox maraqlandırır, görəsən nədi :)
Narmin
91.sümüklərin əmələ gəlməsi?
r9perviz
92. Məncə Axillesdi

tenqo
Dünəndən beynimdə bir fikir var, amma çəkinirdim yazmağa. Bildiyimə görə insanlar arasında təkcə İsa peyğəmbər su üzərində gəzə bilirdi. Bəlkə onun adı ilə əlaqəlidi? Ona görə çəkinirdim yazmağa ki, kərtənkələni peyğəmbərlə əlaqələndirdiyim pisinə gələr çoxunun
mr13

92. İisus kərtənkələsi və ya xristos kərtənkələsi. Василиск, он же ящерица-иисус








tenqo
«Google»-da nə qədər axtardımsa, çıxmamışdı qarşıma bu :) Rast gəldiyim «Шлемоносный василиск» idi
tenqo
«Youtube»-da da çox imiş bu haqda videolar. İndi axtarış verdim orada, xeyli video çıxdı :) Heç ağlıma gəlməyib orada axtarmaq :)
papatürk

o,sürəti hesabına suyun üzərində qaça bilir.


Sualda yazılıb ki qaça bilir.Amma İsa peyğəmbər suyun üzərində qaçmayıb.Amma Brüs Li deyilənə görə qaça bilirmiş. Fakt maraqlıdır,amma sual kimi verilməsi düzgün deyil.

mr13

Niyə düzgün deyil?

girl_moon
94-ün cavabı nədir görəsən?
Immortal
94ün cavabı  mənim üçün də çox maraqlıdır. Ola bilsin nəsə peyvənddir?
Ferbara
İnsanın 1 ilə 31 arasında olan hər hansı bir ad günü. Fikrimi belə əsaslandırıram. Məsələn götürək 5 yaşı. 1 yaş və 31 yaş arasında baş verir, bircə  gün davam edir və insan ömründə bircə dəfə baş verir. Cavabın bu olmadığını bilirəm, lakin bu da uyğun gəlir. ))
mr13
94. Doğum tarixi ilə tamam olan yaşın rəqəmlərinin eyni olması