Vunderklass - suallar VI

96. Maltada yerləşən Müqəddəs Pavel kilsəsi ən məşhur kilsələrdəndir. 1702-ci ildə tikilmiş bu kilsədə iki saat var. Hər iki saat ayrı-ayrı vaxtları göstərir və bu bir məqsədə qulluq edir. Və bəlkə də elə buna görə deyirlər ki, o, heç vaxt yatmır. Kim? 

97. Dr. Dulittl bədii filminin 3-cü hissəsində baş qəhrəman Maya Dulittl rançoda gecə heyvanların səs-küyündən yata bilmir və onların danışığına qulaq asır. Burada qoyun yata bilməyən digər heyvanlara nə məsləhət görürdü? 

98. Onlardan biri 1841-ci ildə Hind okeanının bir adasında meydana gəldi. Digəri 1854-cü ildə Livinqston tərəfindən kəşf olundu. Başqa birisini üç Afrika ölkəsi öz arasında bölüşdürdü. Biri hal-hazırda Kanadaya məxsusdur. Biri isə bu yaxınlarda məşhur ingilisə qismət oldu. Sual: Həmin ingilisin adı nədir? 

99. Orta əsrlərdə bu işlə çox vaxt varlılar boş vaxtlarında məşğul olurdular. Bu işin görüldüyü məkanlar isə şəhərlərin böyüməsi və sənayenin inkişafı ilə əlaqədar olaraq getdikcə şəhər kənarlarında tikilməyə başlandı. Dünya tarixində ən qədimlərinə misal olaraq Cənubi Koreyadakı Çxomsondeni, Perudakı Canquillonu və Makedoniyadakı Kokinonu göstərmək olar. Siz İsə Azərbaycan Respublikasındakı ən məşhurunu deyin. 

100. Təklikdə xanım, gəlin mənasını verən bu söz şəhərlə birləşəndə Axundovun bir komediyasını, güllə birləşəndə kitabi-Dədə Qorqudu, Ayla birləşəndə Xəmsəni, günəşlə birləşəndə isə adı gücsüz, özü güclü olan bir insanı xatırladır. Həmin insan kimdir? 

 

19 şərh

Sufi
97. yuxusuzluq(ikinci şərhə bax)İnsanları saymaq məsləhət görülür.
Westsider
96. Sualı başa düşmədim. Necə yəni kim?
Westsider
99. Qız qalası
Leyla
100. söz banu sözüdür.Dədə Qorqud dastanında Banuçiçək var.
girl_moon

96. Keçmişdə düşməndən xəbər verən şeypurçu ola bilər


97. Saymaq


100. Banu


 

tenqo
98. Devid Bekhem
tenqo
Livinqstonun kəşf etdiyi Viktoriya şəlaləsinə əsasən yazdım. Çox güman ki, elə üç Afrika ölkəsinin bölüşdürdüyü həmin şəlalədi
tenqo
Ölkələri birləşdirən göldü. Adada əmələ gələn nədi görəsən?
tenqo
99. Şamaxı rəsədxanası
mr13

96.Şeytan 
Şərh: Saatlar şeytanı caşdırmaq üçün ayrı-ayrı vaxtlara qurulub.


97. İnsanları saymağı


98. David Beckham


99. Şamaxı rəsədxanası


100. Xurşidbanu Natəvan

HTML
Bekhem sualını izah edə bilərsiz?
tenqo
96-cı sualdakı fakt çox maraqlı faktdı. Xoşuma gəldi sual
HTML
İndi başa düşdüm.Söhbət Viktoriyadan gedir. Viktoriya gölü,Viktoriya şəlaləsi. Bekhemə qismət olan isə viktoriya oldu(Spice girls).yaxşı sualdır +1
Westsider
97. «Biri isə bu yaxınlarda məşhur ingilisə qismət oldu. Sual: Həmin ingilisin adı nədir?» — Devid Bekhem və Viktoriya Adams artıq 11 ildir ki, evlidirlər…
r9perviz
Yəqin sual köhnədi
Westsider
11 il əvvəl SİM club yox idi. Bu yaxınlarda o deməkdir ki, bir neçə ay əvvəl.
NICO_R
müsəlmanın o günü )