Vunderklass - suallar VII

101. Xahiş edirəm sakit olun, bu sualı oxuyub fasiləyə çıxaq, mən də dopinq qəbul eləyim  Bu məhsul Altira Group tərəfindən 1924-cü ildən istehsal olunur. Avtosport sahəsində etdiyi sponsorluğa görə dünyada 1-cidir. Bu, əsasən kişilər üçün nəzərdə tutulmuş məhsulu qadınlar arasında reklam etmək üçün aktrisa May West dəvət olundu və reklam üçün “Mild as May”, yəni “may kimi yumşaq” sloqanı seçildi. Amma bu reklam uğursuz alındı. Və bu məhsul qadınlar arsında məşhurlaşmadı. Diqqət sual: Məhsulun istehsalından bəri onun reklamlarındakı kişi obrazını biz necə adlandırırıq?  
Müəllif: Emin Əmirov 

102. Bu yaxınlarda Compclinic və DNS Computersin birgə kompaniyası təşkil edilmişdi. Kompaniyanın təklifi belə idi: “Köhnə kompüterini gətir, yenisi apar”. Bəs bu aksiya necə adlandırılmışdı? 
Müəllif: Vüqar Bağırlı 

103. Diqqət blits! 
-Onda dörd yeddilik var. Üçü bir-birin anlar. Biri onlarla tutmaz. Həmişə sərbəst olar. Söhbət nədən gedir? 
-Sfinksin bədəniylə milli domen birləşir. İki fars şairilə ayrı-ayrı üzləşir. Bəs onun adı nədir? 
-1-ci ilə 2-ci 3-cünü yaratdı. Bir məkan onun səsin qanlı tarixə saldı. Hansı məkan? 

Müəllif: Seymur Salamov 

104. Alimlərin araşdırmalarına görə, donuzların onurğa sistemi digər onurğalılardan fərqlənir. Və buna görə də onlar boyunlarını yuxarıya doğru tam olaraq yuxarıya qaldıra, çevirə bilmirlər. Bir əsərdə isə biz bunun inkarını görürük. Həmin əsərdəki haqqında danışılan obraz əsərin baş qəhrəmanına kömək etmək üçün digər obrazları aldatmağa çalışırdı. Diqqət sual: Hansı obrazları? 
Müəllif: Vüqar Bağırlı 

105. Romalılar onları etrusklar, özləri-özlərini isə rassenlər adlandırırdılar. Bəs yunanlar bu döyüşkən və döyüşdə qəddar xalqı necə adlandırırdılar? Nəzərə alın ki, yunanların onları adlandırdığı bu adla biz indi bir dənizi tanıyırıq. 
Müəllif: Emin Əmirov

13 şərh

HTML
102. Restart ya da F5
NICO_R
103.
1) Bayatı
2) Sədi
3) Qarabağ
NICO_R
Tapdım…
1) Bayatı
2) Şiraz
3) 20 Yanvar
NICO_R
104. arıları bəlkə
Ferbara

Gələn dəfəki sualların hamısına cavab verəcəm. Əgər vaxtında xəbər tutsam. ))

Westsider
101. Marlboro kovboyu
Narmin
102.F5 aksiyasi
girl_moon
Futbolun ikinci hissəsi qurtarsın, gəlib fikirləşəcəm))103 və 105 daha maraqlı gəldi.
girl_moon
105. Tiren
Ferbara
Tirren. Tiran sözündən əmələ gəlib.
mr13

101. Cowboy Marlboro


102. F5 aksiyası


103. 1. Bayatı,


2. Şiraz,


3. 20 yanvar metro stansiyası


104. Arıları Şərh: Söhbət Vinni-Puxa kömək etmək istəyən Pyataçokdan gedir. O, arıları yağış yağacağına inandırmağa çalışırdı.


105. Tirrenlər

tenqo
Bıy, mən ötürmüşəm ki, bu sualları