Vunderklass - suallar VIII

106. Malta Avropada xristianlığı qəbul etmiş ilk ölkələrdən biridir.Bernard Şou belə demişdi: “Əgər keşişlər ağac olsaydı, Maltada həmişə kölgə olardı.” Keşişlərin sayını çox olması isə yalnız dindarlıqla deyil,həm də Maltanı Avropada yeganə edən bir qanunla bağlıdır. Diqqət sual: Bu qanun nəyi qadağan edir?  
Müəllif: Vüqar Bağırlı 

107. Bunun rəsmi sayı Türkiyədə 2459, Rusiyada 50000-ə dək, Bolqarıstanda 256, Türkmənistanda 50-yə yaxın, Ermənistanda təxminən 130, Azərbaycanda isə 3500-dən çoxdur. Bunun Azərbaycandakı tarixinin əkinçilikdən başladığını nəzərə alın və Azərbaycandakı ilk olanının adını deyin.  
Müəllif: Vüqar Bağırlı 

108. Bunu ilk olaraq bir məktəbli təkbaşına etdi. Daha sonra yaşlı bir kişi ilə birlikdə. Sonra isə öz həmyaşıdı və məktəb yoldaşı bir qızla. Bunlar hamısı 1961-ci ildə baş vermişdi. 1985-ci ildə isə başqa bir gənc oğlan bunu Dr. Brown’un köməyilə etdi. Sual: Söhbət nədən gedir?
Müəllif: Emin Əmirov 

109. Belə deyirlər ki, Fransanın prezidentlərindən Fransua Mitteran firon kompleksindən əziyyət çəkirdi. Onun sayəsində Parisi Misir obeliskləri və antik maddi mədəniyyətin müxtəlif əşyaları ilə doldurmuşdular. Mitteran Misirə aid olan hər bir şeyə müəmmalı bir ehtiras duyurdu və əslində bu yöndə elə bir bacarığa,məlumata malik deyildi. Buna görə də fransızlar ona bu ləqəbi vermişdilər. Hansı?  
Müəllif: Vüqar Bağırlı 

110. İsverçrə frankı bu əlamətinə görə bütün valyutalardan fərqlənir. Əslində bu o qədər də qeyri-adi bir əlamət deyil. Adəcə olraq bu valyuta elə təəssürat yaradır ki, sanki bütün dünya paralellər üzrə hərəkət etdiyi halda, İsveçrəlilər meridianlar üzrə hərəkət edir. Bəs fərq əslində nədən ibarətdir? 
Müəllif: Seymur Salamov
 

8 şərh

papatürk
107.3500 olmasaydı deyərdim ki Əkinçi qəzeti.
110.Isveçrə frankı tərsinədir.Yəni şəkillər eninə yox,uzununadır.
Agali
106. Boşanmağ qadağndır orda.
Westsider
106. Yəqin boşanmaq qadağan olar.
107. Mən bilən Azərbaycanda çayların sayı 3500-dür. Kür olar cavab.
108. Ola bilsin kosmosa uçdu. 1961-də ağlıma başqa heç nə gəlmir)
109. Sfinks
110. papatürklə razıyam.
r9perviz
107. Məncə Azıx mağarasıdı

r9perviz
108. Bu sual mənə «Sehrli xalat» filmini xatırlatdı. Yəqin ki cavab«keçmişə, ya da gələcəyə getdi» olar 

tenqo
O biri fakt da «Zaman maşını» adlı filmdəndi. Uşaq vaxtı çox bəyəndiyim kino idi :) Cavab da yəqin zamanda səyahətdir
r9perviz
110. İsveçrə frankında şəkillər düz olmaqla yanaşı pulun bir tərəfində yazılar düz, digər tərəfində isə başaşağıdı.
mr13

106. boşanmaq qadağan


107. “Əkinçi”


108. Zamanda səyahət


109. Sfinks


110. İsveçrə frankı üzərindəki şəkil ve rəqəmlər şaquli formada təsvir edilib.