Vunderklass - suallar IX

111. “Gəlin dilimizi öyrənək!” seriyasından növbəti sual: Bu məişət əşyasının tarixi yəqin ki çox qədimdir. Adından da məlum olduğu kimi, işini zor tətbiq edərək görür. Əsas vəzifəsi isə bir Azərbaycan məsəlindəki korla eynidir. Siz isə bu əşyanın adını Azərbaycan dilində yazın!  
Müəllif: Vüqar Bağırlı 

112. Diqqət sualda əvəzetmə var! Suxomlinskinin fikrincə qızı X kimi sevməzdən əvvəl, onu Y kimi sevmək lazımdır. Deyim ki, bütün X-lər Y-dir, amma bütün Y-lər X deyil. 1 dəqiqə ərzində X və Y-i düzgün ardıcıllıqla yazın. 
Müəllif: Seymur Salamov, Vüqar Bağırlı 

113. Bu siyahıda böyük şəhərlərdən Milan, Lion və Monrealı görmək olar. Paytaxtlardan isə Filippinin, Bəhreynin, Perunun, İordaniyanın və bir neçə kiçik dövlətin paytaxtı bu siyahıya daxildir. Siz isə bu siyahıya düşən yeganə Avropa paytaxtını deyin. 
Müəllif: Seymur Salamov

23 şərh

Fortuna
Birinci sualın cavabı- maşa
2-ci qadın. ana
3-cü çox çətindi heç bu şəhərlərin bir biri ilə nə əlaqəsi var bilmədim
mr13
heç biri düz deyil.
Westsider
111. Bel
112. qadın, insan
113. Mançester. Ola bilsin ölkəsinin ən böyük sənaye şəhəri
mr13
112 düzdür.
Fortuna
1-Kəlbətin deyil
vusalzeynalov
111. bıçaq
112. qadın, insan
113. minsk
tenqo
113. Roma. Sonor samitlərə görə
mr13
113. düzdü Roma (sonor samitlərə görə)
vusalzeynalov
Mən, m, n hərflərinə görə fikirləşmişdim. Ax necə də ağlıma gəlmədi =))
mr13
qaldı bircə 111
təpəgöz
mingənə
mr13
o nə sözdü elə. Məngənə bilirəm amma mingənə yox.
mr13
Kömək eləyim. O nədir ki, demək olar ki, hər evdə var. Axırı «zor»-nan qutarır, televizor deyil.
mr13
Deyəsən bu suala cavab verən olmadı. Maraqlıdır kiməsə cavab deyim.
tenqo
Maraqlıdır mənə
mr13
111. İpəzor. xalq dilində desək şpilka
təpəgöz
Bəs hansı xalq məsələindəki korla əlaqəsi var?
Rene
Birinci dəfədir eşidirəm… Döğrudan belə söz var??
mr13
Kor tutduğunu buraxmaz
tenqo
Düzü, nə belə söz eşitmişəm, nə məsəl :) Maraqlı gəldi hər ikisi
bloqçu
İpəzor — birinci dəfədir eşidirəm. Qeyd etdiyiniz üçün çox sağ olun. Yaxşı ki, bunu da öyrənmiş olduq. Bu harda qeyd olunub ki, harda bildirilib ki?