Sakura 30 iyun turniri

Həmişəki kimi,bugün də axşam saat 18:00 Sakura turniri olacaq.
Həmişəki kimi,suallar yenə müxtəlif mvzulara aid olacaq,amma tarix və coğrafiya üstünlük təşkil edəcək.
Sualar saat altıda bu topikdə qoyulacaq.
Suallar burdadır
Sualların cavabı:

1. Seneqalda Dakar, İranda Təbriz, İraqda Bəsrə, Bosniya və Hersoqovinada Sarayevo, Türkiyədə İzmir, bəs İtaliyada?
Cavab. Neapol Bakı ilə qardaşlaşmış şəhərdir.

2. "Проверено и одобрено" hansı firmanın reklamı üçün fikirləşiblər? Cavab:Reno (Renault) ПровеРЕНО и ОдобРЕНО Ətraflı http://subscribe.ru/catalog/tech.auto.renaultmichelin

3. C-idarə etmək, nəzarət etmək, A-dəyişmək, D-silmək, təmizləmək. Onlar birləşəndə nə olur?
Cavab ctrl-alt-delete

4. O,bir çox ölkələrdə müvəqqəti olaraq məhdudlaşdıırılmışdı. Lakin çox vaxt bu az davam edirdi. Hazırda isə Çinin materik hissəsində, İran,Liviya, Tunis ,Türkiyə və Türkmənistanda məhdudlaşdırılıb. Kayzendə ondan çox istifadə edilir. Söhbət nədən gedir?
Cavab: Youtube.

5. "Gəlin qayası" Şərqdə ilk ....
Cavab operadırmüəllifi qadın olan ilk operadır. Müəllifi isə Şəfiqə Axundova.

6 . O ilk dəfə e.ə. 45-ci ildə Yuli Sezarın sayəsində peyda oldu. Sonralar isə o hər dörd ildən bir peyda olurdu. Biz onu 1600-cü və 2000-ci illərdə də görmüşdük, lakin 1800-cü və 1900-cü illərdə onu görən olmamışdı. Siz isə onun son dəfə nə zaman gözə dəydiyini tapın.
Cavab: 2008-ci ildə (o 29 fevraldır.)
Müəllif: F.Eminov
Mənbə: Рассылка «Этот день в Истории. 29 февраля»

7. “Kişilər şəhəri” və “kişilər birliyi”  hansı şəhəri təmsil edir?
Cavab. Mançester. Man United və Man City Manchester şəhərinin komandalarıdır.

8. İlk çeçen generalı kimdir?
Cavab: Dudayev Cövhər

9. O, öz ləqəbini 1240 il 15 iyul tarixində aldı.
Cavab: Aleksandr Nevski

10. Cənub qütbündə neçə ölkənin sərhədi var:
Cavab: heç bir ölkənin

11. Sovet polkovnik rütbəsi=faşist Almaniyasında ...
Allah Ştirlitsin canını sağ eləsin:)
ştandartanfürer (Штандартенфюрер, almanca Standartenführer)

12. Rusiyada Novqorod (Новгород) ,İtaliyada ...
Cavab: Neapol

13. 1968-ci ildə İsveçin Dövlət Bankı bu mükafatı təsis etdi?
Cavab: İqtisadiyyat üzrə Nobel mükafatı

14. Bu böyük çay Rusiyada Pskov ərazisində axır.
Cavab: река Великая (бассейн Псковского озера)

15. Bu ölkənin adının tərcüməsi “qartallar ölkəsi” deməkdir. Bu ölkədə ilk dəfə rəsmi olaraq ateistlik rəsmi din elan olunmuşdu (ölkənin baş məscidi tualet olmuşdu). Söhbət hansı ölkədən gedir?
Cavab;  Albaniya(Şkiperiya-Shqipëria) «У албанцев нет идолов и богов, но есть идеалы — это имя и дело Маркса, Энгельса, Ленина и Сталина»

 

15 şərh

r9perviz
Turnirin adı niyə «Sakura 30 iyun turniri»di? Axı bu gün ayın 27-sidi :)
2ral
Vaxtdan xəbərim yoxdur.Ona görə səhv etmişəm.
r9perviz

Suallar maraqlı idi

HTML
5-ci sual səhvdir. Şərqdə ilk opera yox,müəllifi qadın olan ilk opera olmalıdır.
r9perviz

5-ci sualda cavab səhvdi. Şərqdə ilk opera Leyli və Məcnun operasıdı. Düzgün cavab  «qadın tərəfindən yazılmış ilk opera» olmalıdı.

2ral
Bugün aktivlik demək olar ki,yox idi.
Qalib isə bugün 2 dənədir: Aza və r9perviz.hər ikisi eyni sayda suala cavab verib-7. Ətraflı bir azdan yazacam.
2ral
Cəmi 4 nəfər istifadəçi yarışda iştirak edib. Hamı yay tətilindədir.Bundan sonra Sakura turniri dayandırılır.
Aza opera məsələsində qeyri-dəqiq cavab verib.Əvəzində r9perviz də 1968-ci ildə təsis olan mükafata Nobel mükafatı cavabı verib ki,bu da qeyri-dəqiq cavabdır.İki nəfər 7,iki nəfər də 6 suala cavab verib.
r9perviz
Məncə yarışın dayandırılması yaxşı deyil. Təklif edərdim ki, yarışın oynanılmasından 1 gün öncə yarışla bağlı post yaradılsın və kim 100% iştirak edəcəksə orda bildirsin. Əgər kifayət qədər adam iştirak edəcəksə turnir keçirilsin, əgər iştirak edəcək olanların sayı azdırsa, növbəti həftəyə təxirə salınsın. Belə bir şey etmək olar?
HTML
Əksinə,yayda belə oyunlara maraq daha çox olur.
bankir
14-cü sual yaxşı deyildi.15-ci sualda isə maraqlı fakt var idi.
mr13
Yarışların dayandırılması çox pis bir xəbərdir. Şəxsən mənim və dostlarımın iştirak etməməsinin səbəbi «Xəmsə» milli intellektual oyununun çəkilişlərində plmağımız idi. ayın 25-dən 28-ə qədər hər gün saat 10:00dan axşam saat 19:00 a kimi.
tenqo
Mənim heç xəbərim olmayıb
MASON
bu həftə sakura olacaq?olmağı yaxşı olardı
2ral
Yay müddətində Sakura turniri olmayacaq. Sual hazırlamaq üçün vaxt problemi var. Onsuz da sayt administrasiyasını dünyada mümkün olan hər şeydə günahlandırırlar. Baş ağrıtmaq istəmirik. Yay qurtarandan sonra Sakura turniri yenidən olacaq.