Bədii sual...

Topikin adından göründüyü kimi sual haqqında biraz bədii düşünün.
Sual: (Sualda əvəzetmə var)
{Sifət + Xüsusi isim} -bu toplamaya həm vətənimdə, həm qonşuluğumuzdakı «böyük qardaşımız»-da rast gəldim. Maraqlıdır ki,hər iki halda Xüsusi isim toponimdir. Vətənimin toplaması «böyük qardaşımız»-ın toplamasından həm yaşca kiçikdir, həm də ondan ilhamlanaraq yazılıb. Kim Vətənimin toplamasını «böyük qardaşımız»-ın toplamasından ilhamlanaraq yazıb?
 

11 şərh

Bilici
Sualı biraz da asanlaşdırmaq üçün əlavə edim ki, Vətənimin toplamasındakı sifət «boyük qardaş»-ımızın toplamasındakı sifətlə antonimdir
r9perviz
Məmməd Səid Ordubadi
Bilici

Yox Məmməd Səid Ordubadi deyil


 

Bilici
Birazda kömək edim Xüsusi isim toponim deyil Hidronimdir
Westsider
Açığı mən eyni toponim fikirləşirdim, bir qədər çaşdırıcıdır.
Westsider

Tapdım)

Cavab: İsmayıl Şıxlı

Şərh: «Dəli Kür» — İsmayıl Şıxlı, yəqin Nobel mükafatçısı Mixail Şoloxovun «Тихий Дон» əsərindən ilhamlanmış olar:)

r9perviz
Cavab çox maraqlıdı, yəqinki də düzdü, amma Rusiya nə vaxtdan bizim «böyük qardaşımız» olub?
kastanka
Sovet dövründəki 15 qardaş məsələsidir də yəqin. Rusiya böyük qardaşımız idi də o vaxt .İndi olmasın...Düzü mən Türkiyə haqqında düşünmüşdüm.Əslində birinci hissəni (Dəli Kür) tapdım ama sorasını tapa bilmədim...)) Məncə westsider" i təbrik etmək olar.Cavab düzə oxşayır.
Bilici

Mən dırnaqarası «böyük qardaş» yazmışdım


Sovet dövründə belə hesab olunurdu

Bilici

Afərin ,Westsider, cavab İsmayıl Şıxlıdır


Aydın olduğu kimi «Dəli Kür» Şoloxovun «Sakit Don»-undan ilhamlanaraq yazılıb