Nə? Harda? Nə Zaman?

Sakura Intellektual Klubu
Ümumi Qaydalar


Nə? Harda? Nə zaman? Klubunun məqsəd və vəzifələri
1.İT-dan istifadə etməklə intellektual yarışların keçirilməsi
2.İnsanların Onlayn və Oflayn qaydada intellektual oyunlara cəlb edilməsi
3.İnsanların analitik və məntiqi düşünmə qabiliyyətlərinin artırılması

Kluba Üzvlük
1.kayzen.az saytında qeydiyyatdan keçmiş bütün yuzerlər bu kluba üzv ola bilərlər.
2.Klub daxilində komandalar yaratmaq mümkündür.
3.İndividual yarışlarda 1, komanda yarışlarında azı 3 nəfər ola bilər. komanda şəklində qeydiyyatdan keçmək üçün çempionat öncəsi anketi doldurmaq labüddür.

Üzv şəxslərin hüquqları:
1.bütün individual və qrup yarışlarında iştiral etmək.
2.Sual tərtib etmək
3.Klub məclisinə üzv seçilmək
4.İstənilən vaxt üzvlükdən imtina
5.Yarışlarda uğurlu çıxışlar sayəsində qazanılan imtiyaz və adlardan istifadə etmək.

Üzv şəxslərin vəzifələri:
1.Qeyri-etik diskusiyalardan çəkinmək və onları yaratmamaq
2.Yalnız suala aid cavablar yazmaq
3.Sual verdikdə mənbəni qeyd etmək (kitab, jurnal, online məqalə və s)
4.Üzvlükdən imtina etmiş yuzer yenidən kluba üzv olmaq istədikdə yeni üzv kimi daxil olacaq.
5.Yarışlarda iştirakdan asılı olaraq üzvlərə müxtəlif adlar və əlavə imtiyazlar verilə bilər.

Klubun Strukturu
Klub Administrasıyası. Klub Administrasıyası klubun ümümi fəaliyyətinə cavabdehdir
Ekspertlər Şurası Sualların tərtibi,qiymətləndirilməsi və mübahisəli məsələləri həll etmək imtiyazına sahibdir
İmtiyazlı Üzvlər. Yarışlarda qələbə qazanan üzvlərə verilir!

Yarışlar
İndividual Yarışlar
Həftə ərzində keçirilir. 10-20 sualdan ibarət olur.Yarışı ən çox suala düzdün cavab tapan(əgər eyni sayda bir neçə üzv düzdün cavab veribsə onda vaxt amili həlledici rol oynayır) şəxs qalib sayılır.
Qrup yarışları
Hələlik keçirilmir.

loading...

22 şərh

2ral
RedaktordaVörddən əlavə et düyməsindən istifadə edin. Əks tədqirdə yazınız silinəcək.
Leyla
Sorry. yarış nə vaxt olacaq?
2ral
Axır ki,bu oyunun adını düz yazmadın. Keçən dəfə kim yazmışdın,indi də necə yazmısan topikin adında.
papatürk
Əsas odur ki, oyunun nə haqqında olduğu məlum olsun:) Adın nə fərqi var ki?
Amma yarış üçün istifadəçi azdır. Elə təkcə bu saytdakılar oynayacağıqsa maraqsız olacaq.
suallar məsələsinə aydınlıq gətirilməlidir. Əsas suallardır. İkinci məsələ isə təşkilat komitəsində kimin olmasıdır.
2ral
Tələsməyin. Qaçaqaç deyil ki....Mayya təqvimiylə 2012-ci ilə hələ çox var.
Danışıb həll edərik.
Wizard
Hər şey yavaş-yavaş başlayır.Rəqabət hələlik az olacaq bu da sizə üzvlük reytinqi yığmağa şərait yaradacaq.Sonra başqaları gələndə siz bir balaca üstün səviyyədə olacaqsız.Əlbətdə ki, kimliyindən asılı olmayaraq reytinq yalnız yarışlarda uğurla iştirak edənlərə veriləcək! Həftə və ay ərzində Həftənin(Ayın) sualı və ya Həftə (Ayın) oyunçusu kimi nominasiyalar da olacaq!
Wizard
İstifadəçilər gələcək! Əsas aktiv olmaqdır!
Leyla
1. sual sayı
2. vaxt
3. kimlər oynayacaq
4. mükafat
5. mövzular
6. təşkilat komitəsi
7.
Wizard

 


1. 10-20 (yarışdan asılı olaraq) + əgər yarış geniş vüsət alsa  sayı 50-ə çatdırıla bilər!         2. Şənbə və ya Bazar (Başqa günlər iş,dərs və s)                                                                         3. Hər kəs                                                                                                                                               4. Suallardan asılıdır.Təqribən 10-15 sualdan ibarət yarışa 20-30 AZN                                     5. Dağdan arandan.Yəni bütün sahələrdən.Üstünlük verilir Ədəbiyyat, tarix, coğrafiya,İT       6. Hələ ki tam formalaşmayıb.Çünki həm sahəni bilmək,bu sahədə təcrübəyə sahib olmaq, + işləmək lazımdır.                                                                                                                 7. Əsas yük expertlərin üzərinə düşəcək!

Aynur

1.sual sayı 15


2. şənbə yaxud bazar


3.hamı(saytda qeydiyyatdan keçən)


4.


5. hər şeydən. xüsusi diqqət tarix,siyasət, tanınmış adamların həyatı, aforizm və atalar sözünü tamamlamaq, xalqların adət-ənənələri,idman və yumordan olmalıdır


6. sayt administrasiyası təbii ki,papatürk,wizard özü,başqaları özləri təklif etsin.

Wizard

Sağ olsun 2ral postu redaktə etdi!


Yarış inşaallah ayin 7-i olacaq və suallar əlbətdə ki zərif cinsə aid olacaq.Vaxta və sualların sayına qaldıqda  ayın 6-ı 18:00-a qədər hamısı elan ediləcək! Bütün qaranlıq məqamlar sabah aydınlaşacaq! Vaxt elə olmalıdır ki hamı onlayn olsun, çünki hər suala 1dəq + texniki işlərlə əlaqədar ümumi vaxta 5dəq əlavə ediləcək.Bu da max 15-20dəq olacaq!

Leyla
Axır ki,qəhrəman gəldi=)
Belə çıxır ki, bir sual veriləcək və ona bir dəqiqə tələb olunacaq? Yoxsa bütün suallar veriləcək(məsələn 10ssual) və onların hamsına 10 dəqiqə tələb olunacaq? Birinci variant pisdir. Bəlkə mən bütün suallara ən son dəqiqədə cavab tapacam?
Wizard
1 Sual=1 dəqiqə. Ümumi qayda belədir. Məhz vaxtın belə az olmağı oyunu belə maraqlı edir! Özünüz düşünün: 1dəqiqə ərzində verilənləri analiz etmək və onlar arasında gizli əlaqəni tapmaq + sonda nəticəyə gəlmək lazımdır.
Wizard
Sabah 8:00 -dan bütün irad və təkliflərinizi eşitməyə hazıram!
Wizard
Sabah deyəndə ki, artəq 01:44-dü. Dəqiq desəm 5 Mart 8:00-dan!
Aza
Indi sabah
saat neche mueyyenleshdi?
fidan
Azərbaycan hərfləri ilə yazın.
Wizard
Əvvəlcədən heç kimə mənfi yazmayın! Çünki reytinq məhdudiyyəti var! Qoy hamı 7 mart turnirində işdirak edə bilsin!
TM-çi
7 mart saat neçədə olacaq? Birdə bu mail adresə göndərməklə baş tutacaq yoxsa...?
Wizard
Saat 18:00 məncə hamıya uyğun olar! Cavab məsələsi çox çətin problemdi.Çalışacıq ki sabah rəsmi formada  bütün detalları ilə elan edək! Bloga girsəniz ayrıca hissədə olacaq! Sadəcə olaraq bu expert deyilənlər bir az boyun qaçırırlar deyə kiçik problemlər meydana çıxır.Ona görə də bu gün yox məhz Mart ayının 6-ı elan veriləcək.