Maraqlı atalar sözü.

Bir dəfə kitabların birində heç vaxt eşitmədiyim Azərbaycan atalar sözü ilə rastlaşdım. Çox maraqlı və məntiqli olduğundan onu sual şəklində sizlərə təqdim etmək istəyirəm:

Dəvədən soruşurlar ki, o enişi çox sevir, yoxsa yoxuşu?
Sual: Dəvə nə cavab verir?
Cavabı şərh də etsəniz çox sevinərəm.

16 şərh

Leyla

Cavab zarafatladır yoxsa məntiqlə?

Leyla
Əlbəttə ki enişi=)
Ferbara
Mənim üçün eniş də birdi, yoxuş da.
Ferbara
Dəvə küngüzü ilə bağlı cavab verə bilər.
kastanka
yəqin ki yoxuşda enişi çox sevir…
r9perviz
Yəqin cavab elə asan olsaydı bu sualı bura yerləşdirməzdim :)
girl_moon
Belə bir atalar sözü oxumuşam:" Hər enişin bir yoxuşu var"  ola bilər belə cavab olsun, hələki ağlıma bu fikir gəldi.
r9perviz
Yox, həmin atalar sözünün bu cavaba aidiyyatı yoxdu. Amma onu ipucu kimi də istifadə etmək olar. Eniş və yoxuşdan kənara çıxmaq lazımdı, daha geniş fikirləşin.
Elvin85

Bəlkə belə deyir: «Heç birini görməmişəm, deyə bilmərəm» :) Axı dəvənin gördüyü ancaq düz yerdir.

girl_moon

Eniş və yoxuşdan kənara çıxsam, bəlkə bir atalar sözünə görə öz burnundan uzağı görmür ya da ki, hər şeyin əvvəli çətin olur ,fərqi yoxdur eniş ya yoxuş.


Hər halda gəlib düzgün cavaba baxacam, maraqlı sualdı.

girl_moon
Bir cavab da ola bilər ki, dəvə nə enişi sevir, nə də yoxuşu, düz yolu sevir ,çünki düz yolla gedən yorulmaz. Belə bir atalar sözü də var.
bankir
Dəvədən soruşdular: enişi sevirsən yoxsa yoxuşu?

Dedi: lənət hər üçünə.
Düzgün cavab belədir.Amma girl_moon dediyi «Hər enişin bir yoxuşu var» cavabı daha maraqlıdır.
r9perviz
Düzgün cavabı bankir dedi. Dəvənin cavabını belə şərh etmək olar ki, dəvə hər zaman yük daşıdığı üçün deyir ki, düz yolu sevirəm ki, eniş və yoxuşu da sevim :)
girl_moon
Əslində çox asan cavabı varmış:)ona görə atalar düz deyib :" Dəvəni andılar: ya suya, ya oduna. Neynəsin yazıq dəvə.
ferid1001

atalarim izin olmaya da bele sozlerinden)))