Azero qalib elan olunsun ya yox?

Bütün istifadəçilər cəmi bir suala düzgün cavab yazıblar. Azero isə 8 suala cavab verib,lakin səsvermə başa çatandan sonra. Onun qeydiyyat tarixinə baxanda 18.15 tarixi görürük.Yəni ki,qısa müddət ərzində qeydiyyatdan keçmək,e-mail aktivasiya etmək və sualla düzgün cavab vermək çətindir. Sizcə o qalib olmağa layiqdirmi?
 

14 şərh

Leyla
Ay millət,Aza axı 2 suala düz cavab verib?
şərh silinmişdir
2ral
Aaa,indi baxdıq. Doğurdan da Aza həm birinci,həm də beşinci suala düz cavab verib.
Amma söz danışıqdan keçib.Ona görə də,həm azero,həm də Aza qalib elan olunur və mükafatlanır.
2ral
Leyla xanım,təhqir lazım deyil. Hər bir adam səhv edə bilər. Azero da mükafatlanmağa layiq adamdır.bunu səsvermə də göstərir.
Aza
Düzdü hamı səhv edə bilər özü də ilk dəfə bu labüddür.Gələn dəfə başqa üsul seçsək daha yaxşı olar.Məsələn cavabları təşkilatçılardan birinə göndərmək olar.
Wizard
Yaxşı ideyadı! Bu turnirin məqsədi də elə bu idi!
Wizard
Qaliblər Aza və Azero seçildi! Onların hər biri Sakura İntellektual Klubundan 25AZN mükafat əldə etdilər!
Leyla
wizard,belə maraqlı turnir təşkil etdiyinizə görə sizə və 2rala təşəkkür edirəm. suallar super, motivasiya super, yarışın ab-havası da super!
Wizard
Şadam ki ümidlərinizi doğrultduq.İnanın ki hələ belə həyəcanlanmamışdıq! Təmkinli olmağınıza və aktiv iştirak etmənizə görə sizə və digər iştirakçılara təşəkkürlər! Davamı daha maraqlı olacaq!
Wizard
Qaliblər mükafatı istənilən vaxt və istənilən formada (nəğd,köçürmə) ala bilərlər! Aza və Azero-dan saytdakı şəxsi poçt qutularına baxmalarını xahiş edirik!
fidan

bircə kartla ödəmə çatışmırdı))
Qalibləri təbrik edirəm.Təəssüf ki,mən iştirak edə bilmədim. Yoxsa mən udardım oyunu))

Wizard
O da var! Ola bilsin ki iştirakçı Bakıdan kənarda yaşayır! Bunların hamısını nəzərə almaq lazımdır!
Aza
Təşkilatçılara suallara görə ,iştirakçılara layıqli rəqabətə görə minnətdaram.Sag olun
Azero

Bir daha təşəkkür edirəm hamıya… İnanın ki, sadəcə İnternet Explorerin «zibilinə» keçdim. Heç bir şeyin xeyri olmadı. Qeydiyyatdan keçincə aləm dəydi bir-birinə, vaxtı çatdıra bilmədim. Yarış təşkilatçılarına əla ideyaya və ondan heç də geri qalmayan jestə görə təşəkkür edirəm. Ama, mənim də xahişim var ki, qoy qalib vaxtında cavab verən hesab olunsun. Və mükafatdan imtina edirəm. Çünki, bu gələcəkdə mübahisəyə səbəb olacaq presedentə gətirib çıxaracaq. Qanun qanundur. Həm də ki, elə sizin bu ideyanız mənimçün və hesab edirəm ki, bir çox intellektuallarçün mükafatdır. Bir daha təşəkkürlər.


P.S. Suallar asan olsa da, maraqlı idi və yaxşı seçilmişdi