Sakura 8 mart turniri anonsu

Bugün axşam saat 19.00-da yeni yarış başlayır. Dünənki kimi, 15 dəqiqə vaxt verilir. Həmin müddət ərzində ən tez birinci düzgün cavab yazmışların xalları cəmlənir və qalib elan olunur. Qalib mükafatlandırılır(əgər xanımdırsa). istifadəçi yalnız bir ana şərh yaza və ona cavablar yaza bilər. Məsələn, suallar belədir:
1. iki vur iki neçə edir?
2. böyürtkənin rəngi nədir?
3. çiyələk niyə qırmızıdır və s.
4. Ən sürətli maşın hansıdır?
5. Kişilər üçün ən pis gün hansıdır?
6. Bakının oaytaxtı haradır?
7. Nokia hansı ölkənindir?
8. Ən yaxşı brauzer hansıdır?
9. kvadratın neçə tərəfi olur?
10. Pifaqor kimdir?
İndi düzgün cavablar,aşağıdakı 1-ci şərhdəki kimi verilməlidir. Yəni ki,bir istifadəçi gah dağda,gah aranda cavab yazmamalıdır.Sadəcə öz ilk şərhinə cavab yazmalıdır.Heç kim İnternet Explorer brauzerindən istifadə etməsin, yoxsa alınmayacaq. 

Bayram günü münasibətilə bir şad xəbəri də çatdırım. Sayt admini ilə danışandan sonra məlum oldu ki, bu yaxında CQK oyunları üçün saytın strukturu dəyişəcək və hər şey tam fərqli olacaq. Bundan sonra  hər istifadəçi suallara cavabı heç kimin xəbəri olmadan yazıb təşkkilatçılara göndərə biləcək.!! Nəticələrə isə axırda hamı rahat formada baxa biləcək. Hələlik bu funksional üzərində iş gedir və yaxın 2-3 həftə ərzində bu funksional qurulacaq.
 

19 şərh

Wizard
1. iki vur iki beş edir.
şərh silinmişdir
Wizard
2. böyürtkənin rəngi-sarı
Wizard
3. çünki Çünki onu allah belə yaradıb.
Wizard
9. 5 tərəfi.
Wizard
10. qonşumun oğlu
TM-çi
Bu əla xəbərdi.İnşallah tezliklə sayt Azərbaycanın ən öncül saytlarından birinə çevrilər…
mr13
Yarım saata yoxsa saat yarıma
2ral
19.00. saat yarıma.səhv olub.
Azero

Oğlan hardasan? İşdə?


 

2ral
Ünsiyyətdə bir qədər diqqətli olun. Çalışın redaktorda abzas qoymayın.
Arzt
Çox gözəl.