Sakura 8 mart turniri
1.Bir dəfə alman filosofu Kanta sual verirlər ki, onun fikrincə hansı qadınlar ərlərinə daha sadiq olurlar: "Qara saçlı qadınlar ya sarı saçlı?" Kant fikirləşmədən cavab verir: .......
2.Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir- "Mən demokratam!" bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?
-Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.
-Yaxşı... əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız?
Ruzveltin opponenti də söz altında qalmayıb Ruzvelti nəyi var sındırır. O nə cavab verir?
3.İdman gimnastikası üzrə yarışlarda heç idmançılara və onların hərəkətlərinə baxmadan belə yarışda qadınların yaxud kişilərin çıxış etdiyini bilmək olar. Necə?
4.Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə: "Sizə baxanda adama ələ gəlir ki, Ingiltərə aclıq çəkir," - deyir. Şou özünəməxsus tərzdə onun cavabını verir. O,nə cavab verir?
5.Üç il bundan əvvəl Murmanskda yaşayan böyük qardaşımgilə qonaq getmişdim. Onun doğulandan elə orada qalmış 5 yaşlı balaca uşağı vardı,gələndən sonra ona Azərbaycanın adət-ənənələrini və s. öyrədirdim. Hər gecə ona Azərbaycan nağıllarını deyirdim. Bir dəfə ona Cırtdanın nağılını danışırdım. Divin xəlbirdə su gətirməsi prosesini deyəndə o, bildirdi ki,div axmaq olub,suyu evə gətirmək elə də çətin deyil. Nəyə görə sualını verəndə isə o elə bir cavab verdi ki,özüm də təəccübləndim. Əlavə heç bir alətdən və s. istifadə etmədən su gətirmək necə mümkündür?
6.Microsoft kompaniyasının tarixi muzeyində bir eksponat var. Orada bir telefon var qeyd edilib ki, telefonun dəstəyini qaldırmaqla ən vacib şəxsin danışığını eşitmək olar. Sizcə şirkət əməkdaşlarının fikrincə firmada ən vacib şəxs kimdir? Telefonda nə səsi eşitmək olar?
7.ABŞ-da çox yüksək kvalifikasiyalı və yüksək maaşlı peşələrdən biri çox qəribə jarqon ada malikdir: Prefessional əbləhlər(idioti).Bu şəxslər nə ilə məşğul olurlar?
8. `Bazar gününün övladları`. Fransada oliqofreniya xəstələrini belə adlandırırlar! Səbəb?
9. Bildiyimiz kimi Motsart ümumi qəbirstanliqda dəfn olunub.Niyə? 10. Nəyə görə xanımlarda düymə solda kişilərdə isə sağ tərəfdədi?

115 şərh
8. bəlkə günah işlətməyəcəklərinə görə
1 — qara saçlı
2 — Mən də eşşək olardım.
qiymətləndirməni özümüz aparırıq?
Düzgün cavabların necə olduöunu biləndən sonra daha asand olar hesablamaq
Həm də,qeyd edilmişdi ki,mütərəqqi bir siistemə keçiləcək bu yaxında.
ikinci suala Aza və azero
üçüncü suala Leyla
dördüncü suala TM-çi
altıncı suala mr13
doqquzuncu suala Leyla
onuncu suala Aza
Kimin əlavələri və sualları varsa bildirsin
Əgər TM-çidə 4-cü düzdürsə məndə də düzdü axı )
Məncə artıq sizi təbrik etmək olar
Bəs 7-ci sualın cavabı ??
1. ağsaçlı qadınlar 2. Respublikaçı 3.qadınların yarışında muzika olur 4.sizə baxanda isə bunun səbəbkarının kim olduğu bilinir 5. buz halında 6.müştəriylə 7. tester 8.bazar günü valideynlər içki qəbul edirlər və nəticədə bu gün hamilə qalan qadınların ushaqları xeste doğulur 9. kasıb olub 10. kişilərin özü, qadınlarda isə qulluqçular (köməkçilər) düymələyirdilər
Ümumilikdə subyektiv fikrimə görə həm suallar,həm də yarışçılar yaxşı idi.
Növbəti yarışın nə vaxt olacağı barədə məlumat varmı?
Bir də komanda və ya qrup halında yarışma nə zaman olacaq?
Yarışın aktiv iştirakçıları arasında sonradan nyəyə görəsə səsi çıxmayan Leylanı qeyd etmək istəyirəm.3-cü və ən maraqlı suallardan birinə məhz o düzgün cavab vermişdi.
Azero əvvəlcə cavabları qaydaya uyğun yazmasa da,sonra düzəltdi,amma artıq gec idi. Güclü iştirakçıdır. TM-çini xüsusi qeyd etmək istəyirəm, çox maraqlı çıxış etdi.
tünzalə_əliyeva düz saat 7-də qeydiyyatdan keçib iştirak etdi,gələn dəfə ondan uğur gözləyirik.
Aza-nı təbrik edirəm. bankir-ə isə demək istəyirəm ki, gələn dəfə gecikməz yəqin ki.
Hal hazırda hər hansısa komandada oynamıram.Daha doğrusu komandam da oynamır