Sakura 14 mart turniri

1. Ginnesin rekordlar kitabında çoxlu sayda `ən-ən` xarakterli ən uzun, ən qısa, ən sürətli və s kimi rekordlar yer alır.Bu rekordlardan biri kokteyl üçün ən uzun borudur. Onun uzunluğu 10.3 metrdir. Uzun müddətdir ki bu rekord qalmaqdadır.Bəs bu rekord nə vaxt qırılacaq ?

2. Nikbin adam her yerdə yaşıl işığı görür, bədbin adam qırmızı, əsl müdrik adam isə ... üstün tutur. (Süni İntellektin fikirlərindən)

3. Bilirsinizmi ki, ingilis atları fransız atlarından 1.3% güclüdürlər. Bunun səbəbi nədir?

4. Bir sıra Arika ölkələrində qadınlar ağır yükü başlarında daşıyırlar. Bəs nə üçün bu qadınlar əllərində və ya çiyinlərində daşımaqdansa üstünlüyü başlarına verirlər?

5.1960-cı ildə bir Milan şirkətinin sahibi oğlan uşaqlarına üzərində “Daimi əməkdaşlığınıza görə minnnətdarıqla” yazısı olan raqatka(sapand) hədiyyə etmişdir.Bu kompaniya hansı işlə məşğul olurdu

6.San Fransiskoda tez-tez məhşurlara bənzəyənlərin yarışı keçirilirdi. Bu yarışlardan birində Ç.Çaplin axırıncı yeri tutmuşdu.Ç.Çaplin hansı məhşura bənzəyənlərin arasında axırıncı yeri tutmuşdu

7. Bildiyimiz kimi U.Çörçill ortabab ressam idi.Bir dəfə çəkdiyi rəsmləri tanışlarına gostərəndə onlardan biri soruşur: Siz nə üçün həmişə mənzərələr çəkirsiniz? Çörçill nə cavab verir?

8. 1949-cu ildə Belçika kraliçası bir dəstə görkəmli Sovet musiqiçisini beynəlxalq müsabiqədə iştirak etməyə dəvət edir.Stalin teleqramin kənarında belə bir yazı yazır və o yazıdan sonra getmək istəyənlər kəskin azalır.Qeyd nədən ibarət idi?

9. Söylənən fərziyyəlerə görə,qaraqoyunlular qəbiləsində çoxlu mahnı və rəqslər mövcud idi, lakin bunlardan yalnız biri 19 əsrə gəlib çatmışdır.Həmin melodiya “Qarabağın ağırı adlanırdı”.Sonralar həmin melodiya iki hissəyə bölünür. Onlardan birincisi “Asta Qarabağı”adlanırdı. Bəs ikinci hissə necə adlanır ?

10. Mirzə Camal Cavanşire görə “O xan idi biz onu şah elədik” Əhməd bəy Cavanşire görə “O özü-özünü xan elan etmişdi.Mən öz məğlubiyyətimlə bunu təsdiqlədim” Bəs Mirzə Adıgözəl bəyə görə bu deyim necə səslənir?

 

51 şərh

2ral
1. cavablar
TM-çi
boruya yarayan qədər kokteyl olanda
2ral
3. cavablar
bankir
cinsləri yaxşıdır.
2ral
4. cavablar
TM-çi
Bu həm də günə qarşı etibarlı müdafiə ola bilər
Leyla
başda daşımaq daha rahatdır.
2ral
5. cavablar
Leyla
Futbol klublarının reklamı ilə
2ral
7. cavablar
TM-çi
Siyasi mənzərələri də mən çəkirəm
2ral
8. cavablar
Leyla
gərək birinci olsunlar.
2ral
10. cavablar
bankir
Nadir şah haqqındadır nədirsə
papatürk
7. təbiət cansızdır çünki
2ral
Vaxt qurtardı.
Aza
Bu dəfə nədənsə iştirakçıların sayı az oldu((
Wizard

1. Heç vaxt. Toretto qanuna görə


2. Daltoniklik


3. Söhbət heyvanlardan yox ölçü vahidindən gedir. 1 at gücü  ingilislərdə 765 Vatt fransızlarda isı 750 Vatt-dır


4. Çünki boyunun amortizasiya funksiyası nəticəsində başa cuzi ağırlıq düşür!


5. Kompaniya pəncərələrə şüşə salması ilə məşğul olurdu.Belə ki oğlanlar raqatka ilə pəncərəəri sındırırdılar ki bu da kompaniyaya iş yaradırdı.


6. Ç.Çaplin


7. Çüki ağaclar(təbiət), rəsm onlara oxşamayanda rəssamı ittiham etmirlər.


8. Iştirak edə bilərlər bir şərtlə ki, yalnız birinci yerləri tutmalıdırlar.


9. Vağzalı


10. Pənah xan bu vaxta qədər sikkəsiz bir gümüş idi. Biz ona sikkə vurub qayıtdıq!

Wizard
1. Torriçelli
Leyla
Suallar xoşuma gəlmədi
TM-çi
Mənim də...1-2-ni çıxmaq şərti ilə
Wizard
Hansılar?
TM-çi
2,6. Əla sual-5-idi.Qalanlarından xoşum gəlmədi…
Aza
Məcə bu əsl chgk sualları şəklində tərtib olunmuşdu ona görə bəyənmədiz.Çünki chgk sualları məntiqlə yanaşı müəyyən biliklər də tələb edir.Sırf məntiq sualları isə breyn rinqdə verilir.
TM-çi
Mən də CQK oynayıram. Səbəb Məncə sırf CQK sualları olmasında deyil…
Wizard
Biz də ÇQK-da oynamışıq.Səbəb sizcə nədir?
TM-çi
Hamı oyanayanda xoşuna gələn və xoşuna gəlməyən suallar olur.Bir səbəb burda «uğursuz» sualların çox olması idi.Oyunun maraqsız alınmasının digər səbəbi isə kütləviliyin olmaması idi. Mən təklif edirəm ki təzə sistemə keçənə qədər yarışların təşkil olunmamasıdı…
Aza
Kütləvilik əsas səbəblərdən birdir.Hansı sualları siz uöursuz hesab edirsiz.Əslidə desəz çox yaxşı olar .Növbəti oyunlarda nəzərə alınar.
Aza
O zaman səbəb az işlənən faktlardan istifadə edilməsində də ola bilər.Amma əsl qalib yalnız bu cür aydınlaşa bilər.
TM-çi
Məncə suallar da azdı...16 olsaydı daha maraqlı olardı…
papatürk
Mənə elə gəlir yoxsa doğurdan yarış passiv oldu?
bankir
dördüncü sual nə idi? hələ də anlamaq olmur.
Wizard
İkihakimiyyətlilik var deyəsən! Bankir və Leyla yərəyə bir düzgün cavab veriblər!
Aza
Leylada iki düzgün cavab var.8-ci suala da düz cavab verib
Wizard
Fikrimdən qaçıb! Çox sağ olun! Düzdü! Onda Belə çıxır ki Leyla adlı istifadəçi qalib elan olunur!
Leyla
Sağ olun. Təzə sistemi gözləyirik.
TM-çi
Mən də təbrik edirəm…
2ral
Leyla,təbriklər.
Gələn dəfə yeni sistemlə oynayacağıq. Müzakirəni bitirin.
Arzt
Mən bu gün gecikdim.Amma qalibi--Leylani tebrik edirəm.