Intellektual suallar

1)Roma legionerlərinin məvacibini çox vaxt pulla deyil, onun vasitəsilə ödəyirdilər.Maraqlıdır ki, ingiliscə məvacib sözü də bu sözdən törəyib.Dəvə ilə bağlı bir Azərbaycan məsəlində onun adı çəkilir.Söhbət nədən gedir?

2)Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:
— Bunun harası pisdir.İsgəndərin cavabını tamamlayın.

3)Qədim Şərqdə geniş yayılımış əhvalata qulaq asın:
Hansısa padşah qərb və çin rəssamılarını toplayıb böyük ənam vəd edərək möhtəşəm rəsm yarışması düzəldir. Arasına süni divar qoyulmuş iki otaqda işləyən rəssamların qərbdən olanları fırçalarını ürəklərinin qanına batıraraq qeyri-adi tablo yaradırlar. Çinlilər isə, indi bahalı qərb mallarının ucuz kopisi ilə dünya ticarətində lotuluq etdikləri kimi, sadəcə bir X hazırlayırlar. Aradakı divar götürülüncə hamı heyrətlənir! İnsanlar qərblilərin hazırladığı orijinal əsərdən daha çox çinlilərin hazırladığı X-ə baxırlar.Diqqət sual:çinlilər nə hazırlamışdı?

4)23 oktyabr 1963-cü ildə Dünya yığması ilə bu yığma arasında keçirilən futbol matçı tarixə “əsrin matçı” kimi düşüb.Dünya yığmasının rəqibini tapın.

5)Forbs jurnalının Halloven bayramı ərəfəsində tərtib etdiyi siyahıda birinci yerdə Maykl Ceksonu görmək olar.Həmçinin bu siyahıda Elvis Presli, Con Tolkien, Doktor Syuz, Albert Eynşteyn, Con Lenon kimi şəxslərin də adına rast gəlmək olar.Bu siyahının nəyə əsasən tərtib olunduğunu tapın.

 

Sualların müəllifi: Hikmət Əliyev

 

 

21 şərh

bahar
Mənə elə gəlir ki,5-ci sualın cavabı ,bu məşhurların bayramda iştirak edən oxşarlarının sayıdı.
MASON
düzgün cavab deyil
bahar
Bağışlayın 1-cinin
MASON
1-cinin cavabi duzdurç düzdür)
bahar

2-ci sualın cavabı məncə duzdu.

bahar
4-cü sualın cavabı İngiltərə yığma komandası
MASON
düzgün cavabdı
Fianda
Bəlkə aradakı süni divardan yaradıblar.
Nəsə düzəldiblər yoxsa çəkiblər?
MASON
yaxınlaşmısız, düzgün cavab kimi qəbul etmək olar.Tam düzgün cavab isə güzgü idi.Çinlilər güzgü hazırlamışdılar(3-cü sual)
ferid1001
mence 5-ci sualin cavabi en cox qazanan olulerdir.
MASON
düzdü təbrik, söhbət ölümündən sonra ən çox qazanan məşhurlardan gedirdi
təpəgöz
2. İsgəndər deyir ki,əsgərlər görünür özlərinə əmindirlər. Əsgərlər özlərinə əmindir ki,indidən kimin payına nə düşəcəyini indidən bölüşdürürlər. Yəni əsgərlər psixoloji cəhətdən qələbəyə hazır idilər.Bilmirəm fikrimi çatdıra bildim yox
MASON
düzgün cavabdır təbriklər
Nicat_Amazing
1 məncə fildi
MASON
1-ci sualin duzgun cavabi artiq qeyd olunub, sohbet duzdan gedir
Nicat_Amazing
maraqlı idi.təşəkkürlər
Nicat_Amazing
sizdən 1 şey soruşmaq istəyirəm.(yeni olduğum üçün)Burada ancaq NHN sualları yerləşdirilir,yoxsa,biz öz tərtib etdiyimiz sualları da yaza bilərik?
MASON
əGƏR TƏRTİB EDTİYİNİZ nhn FORMATINA UYĞUNDURSA ONDA nhn BLOQUNDA YERLƏŞDİRƏ BİLƏRSİNİZ SUALINIZI
bankir
Suallar çox maraqlıdır. Amma bunu deməliyəm mütləq- Lenon əvəzinə Lennon