Oğru və Doğru məsələsi

Sual

Əslində onların sayı 7 dir. 3-ü “oğru” 4-ü doğru. Biz “oğru”ları qeyd etməsəkdə “doğru”ları bu yaxında qeyd etmişik. Sual müəllifi “doğru”lardan 3-ünü filosoflarla Fales, Anaksimen və Heraklitlə əvəz edib. Siz isə onun heç bir filosofla əvəz etmədiyi “doğru”nun adını tapmalısız.

Müəllif: Nuranə Heybətova

 
loading...

5 şərh

2ral
Mən intelletkual yarışlarda(Sakura) iştirak etməsəm də,yarışdakıların heç birindən zəif deyiləm:)
Söhbət elementlərdən gedir.4 ünsür-od,su,torpaq,hava.Doğruları qeyd etmişik o deməkdir ki,yaxında 4 Novruz çərşənbəsini qeyd etdik.Qədim Milet fəlsəfi məktəbinin nümayəndələri olmuş Fales,Anaksimen,Anaksimandr və Heraklit təbiətin ilkin yaradılış mənbəyini məhz bu dörd ünsürdə görürdülər.Çatışmayan doğru havadır.
fidan
Eşq olsun bizim 2rala. forum olsaydı əl çalmaq işarəsi qoyardım)) Elə sən Sakurada iştirak etməsən yaxşıdır,Leylaya rəqib olma))
Qalan 3 “oğru” nədir bəs?
IDEAL
Həqiqətən çox yaxınlaşmısız ancaq sualı diqqətlə oxuyub əlinizdəki ip uclarını birləşdirsəz taparsız
IDEAL
Onuda deyim ki bu sualda yarışda tapılmayanlar sırasında idi. Həqiqətən demək olar ki tapmısız. Ancaq…
IDEAL
Cavab: Torpaq çərşənbəsi
Şərh- Novruz çərşənbələrinin sayı əslində 7-dir. 3-oğru, 4doğru onlar xalq arasında belə adlada tanınıb, Lakin biz artıq oğruları qeyd etmirik yalnız doğruları qeyd edirik. Yəni, əsas çərşənbələri. Falesin Fəlsəfəsinə əsasən su, Heraklitin fəlsəfəsinə əsasən od, Anaksimenin fəlsəfəsinə əsasən isə hər şeyin əsasında hava dayanır. Bununla Filosofların hansı doğru ilə əvəz etdiyimizi tapa bilərdiz. Bircə əvəz olunmamış doğru torpaq çərşəmbəsi idi.