Rəssam onları nə üçün belə təsvir edib?

Gördüyünüz rekvizit Məhşur rəssam Rafaelin çəkmiş olduğu freskadan sadəcə bir hissədir. Əgər Siz bu Freskanı tam şəkildə görsəz, əsərdə bir çox məhşurların obrazına rast gələ bilərsiz. Şəkildə gördüyünüz bu iki şəxsi isə Rafael məhz belə təsvir edib. Biz isə gördüyünüz kimi rəsmə iki söz əlavə etmişik və biz bu sözləri məhz elə əlavə etmişik ki sözlər rəssamın bu iki şəxs barədə təqdim etməyə çalışdığı ideyanı özündə əks etdirsin.
Diqqət sual- bu iki sözü tapın

Müəllif:Nuranə Heybətova
.

12 şərh

mr13
Bu sual mənim Sumqayıt dövrələrində ən xoşum gələn suallardan biri idi. xahiş edecem «Sim Club» da oynayan uşaqlar bu suala cavab verməsinlər.
IDEAL
Sualı bəyənmiş  olduğunuza sevindim. Bu sualı siz onsuzda tapmışdız özüdə oyunda verilən 1dəqiqə müddətinə. Görək burda kim tapacaq.
Wizard
Cənnət və Cəhənnəm?
IDEAL
Hələ ki düz cavab yoxdu
Elsamir

bu sualı oynadığımdan bir ip ucu verim


Bu Rafaelin «filosoflar» rəsmidi

2ral
Söhbət yenə dörd ünsürdən(torpaq,od,su,hava) gedir.cavab isə yerlə göy arasında və s. ola bilər.
IDEAL
Refaelin bu rəsminin adı başqadı. adını demirəm ki internetdən məlumat taparlar. Sizə Bu freskanın adını demişdim. 1dəqiqəyə internetdən istifadə etmək olmur axı. Ancaq verdiyin ip ucu yaxşıdı əsərdə filosoflar təsvir olunub
IDEAL
Yox indi yadıma düşdü  heç sizədə deməmişdim.
Aza

Afina məktəbi şəkli olmalıdır.Plotonla Aristotel tesvir olunub.Buraxilmiş sözlərdə ulduzların sayına uyğun hərf var?

Aza

Onda ola bilər k, materializm ve idealizm.Biri materialistdi biri idealist

IDEAL
Təbrik Edirəm! Düzdü.
Cavab: İdealizm, materializm
Şərh. Bu şəxslərin əllərindəki kitablar, onların kim olduğunu tapmaqda kömək edir. Hər birinin əlində öz məhşur əsəri var. Platon əli ilə yuxarını fəlsəfsinin əsasını təşkil edən ideyalar aləmini göstərir. Aristotel isə öz müəllimi ilə üz-üzə dayanıb əlini onun əlinin əksinə yönəldir və materialist düşüncəsini əlini yerə bu aləmə yönəltməklə ifadə edir. Bu freskada bir çox filosofların obrazını yaratmış olan rəssam əsərin mərkəzində məhz bu iki müdriki təsvir edib. Platon və Aristotel fəlsəfədə iki fərqli bir birinə zidd istiqamətin, idealizmin və materializmin əsas ideya rəhbərləri olaraq Rafaelin ideyasına əsasən Fəlsəfənin özəyini təşkil edən bu problemi elə freskanın mərkəzində də məhz əks etdirilər.
mr13
bu mənim ən çox sevdiyim suallardan biri idi. Oyunda ən axırncı saniyələrdə götürmüşdük.