Nə? Harada? Nə Zaman? oyununun tarixi

Nə? Harada? Nə zaman? – intellektual oyunu (Qısa tarixi məlumat.)

Nə?- Intellektual Viktorina

Harada?
-Keçmiş SSRİ-də. İctimai kanalada (ORT)

Nə Zaman?-4 sentyabr 1975 – ci il

Tək Rusiya və MDB məkanında deyil az qala bütün dünyada yayılmış bu intellektual oyun milyonlarla insanın həyat tərzinə çevrilib desəm yanılmaram. Çoxları bu oyunun televiziya versiyasını izləyib. Amma tarixini çoxumuz bilmirik. Çalışacam az da olsa sizi məlumatlandırım.

Vladimir Voroşilov,NHN oyununun əvəzolunmaz aparıcısı

1975-ci ildə çox istedalı bir televiziyza rejissoru sayılan V.Y. Voroşilov sonralar bütün SSRİ – ni bürüyəcək bir xəstəlik, bir virus hazırladı . Bu virusun adı “Что? Где? Когда?” idi. Yəqin ki, o heç düşünməzdi ki, onun bu virusu çox böyük epidemiyalar törədəcək, xroniki xəstəliyə çevriləcək və bu günə qədər yaşayacaq.
4 sentyabr 1975-ci il Bu oyunun ad günü sayılır. Həmin gün bir oyun keçirilmişdir və bu oyunun qaydaları indiki qaydalara heç bənzəmirdi. I oyunda bir-birinə qarşı iki ailə oynayırdı. Oyun 2 raunddan ibarət idi və və hər iki ailənin evində çəkilirdi.

1976 –cı ildə “volçok” yəni fırfıra verilişə əlavə olundu . Fırfıra haqqında, xatirələrində Voroşilov yazırdı ki:

volçok,fırfıra

"3 yaşlı dostuma ad gün hədiyyəsi almaq üçün Oyuncaq dükanına girdim. Atlı fiquru olan fırfıra çox xoşuma gəldi. ikisini aldım birin ona birin özümə. 10 gün evdən çıxmadan oynadım." Lakin ilk dövrlərdə fırfıra sualı yox cavab verəcək şəxsi seçirdi.

Elə həmin ildə oyun “Televiziya Gənclər klubu” adı aldı. Birinci verilişi daha bir televiziya “əjdahası”, sonralar başqa bir “Epidemiya” – KVN-i hazırlayan Aleksandr Maslyakov aparmağa başladı. Birinci oyunçular MDU-nun(Moskva Dövlət Universiteti) tələbələri idi. Onlar fərdi oynayırdılar, oyun zamanı çox danışırdılar və siqaret çəkirdilər. Bir dəqiqəlik müzakirə vaxtı da yox idi.

Maslyakov

1977-ci ildə oyun nəhayət ki, son formasını aldı: fırfıra sulı seçirdi və bir dəqiqə

lik müzakirə vaxtı. Elə həmin ildə Yapalaq (bayquş) Fomka oyunun simvolu oldu.

Davamı var...

8 şərh

papatürk
Davamını səbirsizliklə gözləyirik. NHN tarixi çox maraqlıdır.
IDEAL
Adətən belə məlumatları rusca tapıb oxumaq olur. Nəhayətki sayəndə Azərbaycancada oxumaq qismət olacaq
fidan
NHN oyunun ən maraqlı atributu musiqilərdir.Çox gözəl musiqilərdir.Mümkünsə kimsə həmin musiqilərin adını və mp3 faylların özünü kayzendə yerləşdirsin. Volçokun səsi lap xoşuma gəlir))
2ral
Gör xətrini necə istəyirlər ki,eyni gündə həm mr13,həm də mən eksklüziv olaraq sənin üçün musiqiləri tapmışıq.
http://kayzen.az/blog/cqk/668/musiqilər-i-hissə.html mr13
Mənim cəvəldə olan musiqilərim 2ral
Birimiz musiqi pleyeri yükləmiş,birimiz isə HTML-cədvəl qurmaq kimi əziyyət çəkmişik. qədrimizi bilin.
mr13
Məndə musiqilərin əksəriyyəti var və qalanların da tapa bilərəm. Sadəcə bir az əlimdə iş var ya axşam ya da yaxın günlərdə qoyaram.
Elsamir
əla ,təşəkkülər ,nadir
Nailə_Rzayeva
Maraqlı idi, davamını mütləq gözləyirik. Bu veriliş ən sevdiyim verilişdi və demək olar ki, hər sezonu izləyirəm :)
Erudit
qara qutu?????????????????????