"Renessans" komandasının sualları (I hissə)

Bu başlıq altında Sumqayıtın "Sim Club" intellektual klubunun özümün də üzvü olduğum "Renessans" komandasının suallarını təqdim edəcəm.

1. Yaxşı qiymətləri o ancaq rəsm dərsindən alırdı.Çünki xüsusi istedadı var idi. Onun yeganə arzusu memar olmaq idi. 1907-ci ildə 18 yaşında anası Klara Plyosıl öləndən sonra o Venaya köçdü bir neçə dəfə Vena incəsənət akademiyasına sənəd versə də qəbul ola bilmədi. Akademiyanın rektoru deyirdi ki, ondan rəssam olmayacaq, ondan ancaq əla memar olar. Düzdür o rəssam olmadı, lakin heç memar da olmadı. Pul qazanmaq üçün markalar çəkən daha sonralar isə öz rəsmi markalarında təsvir edilən və bu rəsmlərin müəllifi olan bu şəxsin adını deyin.

Müəllif: Nadir Zamanov (mr13

2. Məlumdur ki, qondarma erməni soyqırımını tanıyan amerikalı siyasət adamlarının sayı günü-gündən artmaqdadır.Məşhur amerikan aktyorlarından biri olan bu şəxs siyəsət meydanında ilk addımlarını atandan və kifayət qədər mötəbər vəzifəyə seçiləndən sonra yuxarıdakı bədnamların siyahısına daxil oldu.O, daha irəli gedərək Hollivudun ermənilər yaşayan küçəsinə "kiçik Ermənistan” adının verilməsinə razı oldu, qondarma soyqırımla bağlı müxtəlif tədbirlərdə iştirak etdi.Bu yaxınlarda belə tədbirlərin birində iştirak edən bu şəxs hətta erməni xalqına pərəstiş etdiyini də bildirdi.
Diqqət sual – xəbəri yayımlayan XƏZƏR TV-nin xəbərlər  proqramı bu şəxsə özünəməxsus ləqəb vermişdi. Hansı ləqəbi?

Müəllif: Sabir Əsgərov

3. Onların hamısı eyni hüquqa malikdirlər.Hər şeyin, hətta vaxtın da onlar arasında bərabər bölüşdürülməsi vacib sayılır. AmmaI bir növ "kapitan” funksiyası daşıyır və I -nin razılığı olmadan digərləri "oyuna” daxil edilə bilməzlər.Bəzi yerlərdə I-yə hörmət əlaməti olaraq baybiçə də deyirlər.Bu kvartetin kimlərdən ibarət olduğunu tapdınızsa, onların kimə tabe olduğunu yazın.

Müəllif Şamxal Cəmilzadə.

4.  Eynşteyn deyirdi ki, əgər onun nisbilik nəzəriyyəsi təstiqlənərsə almanlar onu alman, fransızlar dünya vətəndaşı hesab edəcəklər.Yox əgər təsdiqlənməsə onda fransızlar onu ....... , almanlar isə ...... hesab edəcəklər. Adı buraxılmış xalqların  adını müvafiq olaraq qeyd edin....

Müəllif: Azər Tarverdiyev (Azero)

5.Bu firmanın marketinq strategiyası 3 sözlə ifadə olunur: keyfiyyət, servis və təmizlik. Lisenziya alıcıları İllinoys ştatının Elk-Qrouv Vilic şəhərciyində 10 günlük tədris kursu keçərək əsas ixtisas «bifşteksşünaslıq» əlavə ixtisas kimi isə «yağda qızardılmış kartof yonqarının hazırlanması» ixtisasina yiyələnirlər. Bu firma 1952-ci ildə süd kokteyli hazırlamaq üçün mikserlər satıcıları Rey Kork Riçard və Moris tərəfindən yaradılıb. 
Diqqət Morisin soyadını 1 dəqiqədən sonra cavab kartına qeyd edin.

Müəllif: Nadir Zamanov (mr13)

Davamı var...

18 şərh

papatürk

1.Adolf Hitler.


4.alman,yəhudi


5.Makdonald(McDonalds)


Şəkli kat altına qoyun.Çoxlu boş abzaslar buraxmayın.

Wizard
4. alman, yəhudi?
2ral
Cavab yuxarıda verilib.
2.yəni söhbət Arnold Şvartsnegger haqdadır?
IDEAL
Renessansın sualları bizim komandaya həmişə qələbə gətirib. Ümüd edirəm bundan sonrada ənənə davam edər. Əsasəndə aprelin 4-ü.
mr13
Düzgün cavabları saat 19:00 da verəcəm.
papatürk
3-cü sual çox çətindir. Suallar maraqlıdır,amma aktivlik azdır,çünki günorta hamının işi olur və əvvəldən heç kim yarışın olub-olmadığını bilmir. Bəlkə əvvəlcədən günləri müəyyənləşdirək?Sayt administrasiyası kimi əvvəldən elan edilsin ki,filan həftənin filan günü yarış olacaq.Məncə bu halda yarış maraqlı olar. mr13,istəsəniz,Təkliflər bloqunda siz də fikrinizi yazın.Məncə maraqlı olar.
Aza
1.Hitler
2.Ermeni robot ve ya ermeni terminator
3.Sohbet bir kishinin saxlayacagi arvadlarin sayindan gedir deyesen
4.yehudi
5.Makdonalds
2ral
Üzünü görək:)
3-cü sualda şəriətə uyğun olaraq 4 arvad saxlamaq necə də yaddan çıxmışdı. Mən musiqi kvarteti ilə əlaqələndirirdim
mr13

Cavablar:


1. Adolf Hitler


2.Erməni Terminatoru və ya İdeal adlı userin komandasının cavabı kimi Erminator


3. Ərlərinə


4. alman, yəhudi.


5 Donalds və ya McDonalds


Növbəti suallar inşallah sabah.

papatürk

Bütün sualların cavabı tapıldı:))


Həqiqətən suallar maraqlı idi.MakDonalds asan,islamda qadınlar ən maraqlı,alman və yəhudi isə ən yaxşı sual idi.

Erudit
Renessansin son beşiyi kimi sualları beyendiyin ucun cox sevindim.
P.S. xususile de islamda qadinlar sualini:)
2ral
Renessansın son beşiyi???
Çox maraqlı poetik ifadədir))
Erudit
Beli son beşik. ozude neinki Renessansda hetta Sumreturn ve Flush Royalda da 1 sozle evden baüqa her yerde:).
fidan

Sizə yazmışdım axı.demişim ki,qaydaları oxuyun. Ə hərfini yaddan çıxarmayın.

Erudit
neyniyim axi bilmirem nedendi ama "Ə«dən zəhləm gedir, hec işlətmək istəmirəm bu ələri(
fidan
2ral,yəqin sonbeşik sözü ilə son beşik sözlərini səhv salıb:) Ona görə belə alınıb.
Nailə_Rzayeva
Mən  nədənsə daim gec qoşuluram və bu müddət ərzində artıq sualların cavabı verilmiş olur :(
kotler
Yeri gəlmişkən,“Malloks” hərrac evinin məlumatına görə, Hitlerin gənclik illərində çəkdiyi 4 minə yaxın rəsm bu günə gəlib çatmışdır. “A.Hitler” imzası qoyulmuş bu akvarelləri Avstriyanın şimalında mülk almış vəkil aşkar etmişdir. Hitlerin çəkdiyi şəkillər 120 min avroya satılmışdır.