"Renessans" komandasının sualları (III hissə)

11. Dünyanın bir çox ölkələrində maraqlı qəribə qanunlar var. Amerikadakı qanunlardan bir neçəsi: Alyaska ştatında uçan təyyarədən diri maral atmaq olmaz digər bir ştatda itə siqaret təklif etmək olmaz, başqa bir ştatda isə arxa cibə dondurma qoymaq olmaz. Kanadada  isə uçan təyyarəyə göydə minmək olmaz. :))))

Diqqət sual!!!Çar Rusiyasında da belə bir qanun var idi. İnsanları qiyama çağırdıqlarına görə onlara qamçı ilə döyülmə, dillərinin kəsilməsi və hətta sürgün cəzası da veririlirdi. Onlar  nə idi?

Müəllif: Nadir Zamanov (mr13)

12.


Misirin bayrağı üzərindəki sari rəngli qartal misirlilərin, Belarusun bayrağındakı qırmızı rəng isə belarusların əcdadlarının onlara qarşı mübarizəsini əks etdirir. Latviya bayrağındakı iki qırmızı zolaq isə onlara minnətdarlıq əlamətini bildirir. Bəs onlar kimlərdirlər?

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

13. Biri var idi biri yox idi. Bir məmləktdə adil bir şah və onun müdrik vəziri var idi. Bir gün şah xəzinəni doldurmaq üçün vergiləri qaldırmaq niyyətinə düşür. Vəzir buna etiraz edəndə şah deyir. Get gör məmləkətdə ən kasıb ev hansıdı sonar vergiləri qaldıranda onların necə yaşayacağını deyərsən. vəzir elə bir ev seçir ki, o evdən heç tüstü də çıxmırdı. Şah vergiləri 2 qat qaldırdıqdan sonra evdən tüstü çıxmağa başlayır. Şah vəzirə deyir gördün mən bilirəm neyləmək lazımdır vergiləri biraz da qaldırın. Bu minvalla hər dəfə vergilər artdıqca bu evdə də dəyişikliklər baş verir. Həyət gözəlləşir, qulluqçular peyda olur, atlar sürülər əmələ gəlir. Şah dözmür, vəziri göndərir ki, get gör bunun səbəbi nədədir. Vəzir təğyiri libas olub bu evə gəlir və ev yiyəsi olan qocadan soruşur…

Hələlik nağılımızı burda saxlayıb onun qocadan soruşduğun sizdən soruşaq: qoca hansı peşənin sahibi idi?

Müəllif: Nadir Zamanov (mr13)

14.

2007-ci ilin iyun ayında Ekvadorun paytaxtı Kito şəhərində film festivalı keçirilmidi.Rekvizitdə onların 2 reklam printi təsvir edilmişdir. Diqqət sual bu hansı filmlərin festivalı idi.

Müəllif: Nadir Zamanov (mr13)

15.Onun məsləhətlərinə krallar və sərkərdələr əməl edirdi, portretləri qonaq otaqlarını bəzəyirdi, az qala əsərlərinin hər bir cümləsi atalar sözünə çevrilirdi. Artiq 24 yaşında onu İngiltərə ədəbiyyatının klassiki və Çarlz Dikkensin Davamçısı adlandırırdılar. 1907-ci ildə Ədəbiyyat sahəsində Nobel mükafatı alan bu yazıçının ən məhşur əsərlərindən birinin qəhramanının ləqəbi Anura dəstəsinin suda quruda yaşayanlar növünə aid olan bir canlının balası mənasını verir. Çox məhşur olan bu qəhramanın adını bildinizsə bu yazıçının adını tapmaq sizə çətinlik yaratmaz.
Diqqət sual!!!
Bu yazıçı kim idi?

Müəllif: Nadir Zamanov (mr13)

16. Məşhur teoloq Müqəddəs Avqustin hesab edirdi ki, əgər Tanrı qadını üstün yaratmaq istəsəydi Adəmin başından yaradar, əgər qadını qul kimi yaratmaq istəsəydi, onda onun ayaqlarından yaradardı.Bir halda ki, Tanrı qadını onun, yəni Adəmin qabırğasından yaradıb, bir dəqiqə ərzində cavab kartınıza Avqustinin fikrincə Tanrının nə üçün belə etdiyi qeyd edin.

Müəııif: Azər Tarverdiyev (Azero)

48 şərh

fidan
mr13,belə gözəl suallara görə sənə mükafat vermək lazımdır))Amma sualların yerləşdirməmişdən əvvəl anons verilmədiyinə görə isə cəzalandırmaq:((
12… səlib yürüşçülərinə qarşı.
təpəgöz
Adi saymağı da bilmirsiz. 12 nömrəli sual iki dəfə verilib.
Şah və vəzirlə bağlı sualın cavabı yəqin ki,vergiyığan olar.
mr13
ok texniki səhvə görə üzr istəyirəm.
Nailə_Rzayeva
14. Kiplinq, məşhur əsəri də Mauqli
15. Qadın kişinin yoldaşı və onunla eyni olduğu üçün, qadını qabırğasından yaradıb.
Nailə_Rzayeva
12. yəqin ki, vergiyığan..
14. Kiplinq, məşhur əsəri də Mauqli
15. Qadın kişinin yoldaşı və onunla eyni olduğu üçün, qadını qabırğasından yaradıb.
Erudit
Mr13 bayraqlar sualinin muellifini yalnis qeyd etmisiniz. Hec olmasa bu suali yox da. axi cempionatimizin ilk rengli rekviziti olan bu sual mene aiddir((((((((
mr13
Ok bağışla səhfimi düzəldərəm. Sadəcə yadımdan çıxmışdı.
mr13

Sizi biraz intizarda saxlayıb bəzi sualların cavabını hələ verməyəcəm.


11. İpucu: sizcə çar rusiyası vaxtı insanları inqilaba nə (fikir verin kim yox nə) çağıra bilərdi. nəzərə alsaq ki o vaxtı hamının eşidə biləcəyi radio və televiziya yox idi. Və nəzərə alın ki, həmin bu "şey«in dili də var idi.


12. səlibçilər


13. (köhnə 12 )Vergiyığan düz deyil. çünki vergiyığan yığdığını özünə saxlamır. Cavab daha orginaldır.


14. köhnə 13-cü redaktədən sonra 14-cü suala da cavab görmürəm. Bu sualın cavabını kreativ fikirləşmək lazımdaır.


15. (köhnə 14) Redyard Kiplinq düz cavabdır. Anura qəbiləsindən canlı Qurbağa. Mauqli hind dilindən qurbağa balası kimi tərcümə olunur.


16. (köhnə 15) Qadın kişi ilə bərabər olduğu üçün.

Aza
11.Zeng(kolokol)
mr13
Tamamilə doğru cavab həm çağırır həm də dili var.
Erudit
Doğrudur zəng cavabı
mr13
13 və 14-cü suallara da düzgün cavab tapılandan sonra növbəti sualları qoyacam. ya da ki, təslim olduğunuzu bildirdikdən sonra. :)))
Aza
13.Qoca ya qəbirqazandır ya da tabutdüzəldən.Yəqin camaat acından ölür bu da o sebebden varlabır.
Erudit
düzdü qoca tabutdüzədən idi(qəbirqazan cavabları da qəbuldur) qaldı bircə 14
IDEAL
Axı bu suala mən başqa cavab tapmışdım və düz cavab kimi sadəcə o qəbul olunmuşdu.
Erudit
həə mürdəşir yəni ölüyuyan tam düzgün cavabdı ama qəbirqazan cavabı da düzgün götürülür
fidan
14-cü sualda nəsə ağ-qara filmlərlə əlaqəlidir.məncə retro-multfilmlər.Yəni ağ-qara kinolar,amma multfilm şəklində.
Erudit
yox,cox uzaqlaşdınız cavabdan
IDEAL
Biz də bu suala cizgi filmi cavab yazmışdıq. Ancaq cavab kartını əlimizdən verdiyimiz an cavabı tapdıq:( Ən maraqlı
suallardandı. Çox maraqlıda cavabı var.
Erudit
hem de çətindi bir az. mən təqlidi fikirləşmişdim.doğru cavab heç ağlma gəlməmişdi ilk görəndə.
HTML

ağ-qara erotik filmlərin festivalı

Erudit
Ç.Çaplin və erotika? yoooooooox.
Erudit
13cü sualın tam düzgün cavabı mürdəşir yəni ölüyuyan(qəbirqazan variantı da düzgün cavab kimi götürülə bilər).
IDEAL
Mən düzü molla ilə mürdəşir arasında qalmışdım. Son anda mürdəşir qərarını verdim. Ancaq bir məsələ var. Siz yarışda
yalnız mürdəşir cavabını qəbul etmişdiz. Molla yazan komanda var idi. Əgər düz cavab belə rəngarəngdisə onda mollada
məntiqə uyğun olduğu üçün düz cavab kimi götürülməliydi. Hər halda gözləyək görək sual müəllifi özü nə deyir.
Erudit

O.K. görək Mr13 nə deyəcək

IDEAL
Deyirəm bəlkə mr13 ün qərarı Neskafe üçü birində olacaq. Yəni kişi həm yuyur, həm qəbir qazır, həm də mollalıq edir:)
Ancaq zarafat bir yana bu sualda əla sualdı.
HTML
Sual çox maraqlıdır. Qəbirqazandan başqa sələmçi(bankir) variantı da uyğun gələr.Krizis zamanı hamı borc alır))
Reklam printi yəqin ki, uşaqların çəkdiyi filmlərə aiddir.Aktyorlar balacadır.Yəqin ki uşaqların çəkildiyi filmlərdən gedir söhbət.
mr13
Sualın tam dəqiq cavabı mürdəşir, ölüyuyandır. Oyun Zamanı eyni məntiqə əsaslanan qəbirqazan variantını da qəbul etmişdik. Anacaq dərindən fikirləşsaək qəbiri hamı qaza bilər amma ölü yumaq hər kəsin işi deyil. Sələmçi isə heç vaxr kasıb olmur.
mr13
14-cü sualla bağlı yenə ipucu verməyə çalışacam. Bu 2 aktyor dahi aktyorlardır. Həm Çaplin, həm də Merilin Monro böyük kinonun özünəməxsus obrazlarıdır. Yəni kino yarnması və inkişafı  dedikdə məsələn mənim yadıma Lümyer qardaşlarının I çəkdikləri «qatarın stansiyaya yan alması kadrları» və  Çaplin düşür. Aktrisa dedikdə Monro, Sofi Loren yadıma düşür. Yəni kino və bu adlar ayrılmazdırlar. Nə isə deyəsən mətləbdən uzaqlaşdım. Deməli Çaplin və Monro liliput formada. yəni böyük aktyorlar kiçik formada. Deməli sualın cavabı???
fidan
Çarli Çaplin Böyük şəhərin işıqları adlı filmdə çəkilib.Deyəsən onunla əlaqəlidir.
mr13
Bəs Monro? onun böyük şəhərin işıqlarına heç bir dəxi yoxdu.l
IDEAL
Məncə də ölü kasıbçılıqdan acından ölürsə inanmıram ölü qazmaq kimi hamının görə biləcəyi bir işə  pul ödəyən tapılsın
fidan
tamamilə düzgün məntiq
mr13
Ancaq ölünün yuyulması şəriətə görə vacib bir məsələ olduğu üçün və hər adamın bacarmadığı üçün məcburən olunmalıdır.
IDEAL
Düzdü ölü yumaq heç də asan məsələ deyil. Yəni mütləq peşekar tələb edir. Kasıb
olsa belə şəriətə görə bu işi kimə isə gördürmək qohum qonşunun boynunadır.
mr13
Yazım 14-cü sualın cavabın?
fidan
Yox.Qoy hələ fikirləşək. 
Sual uşaqlarla əlaqəlidir,düzdür?
IDEAL
Yox uşaqlarla əlaqəsi yoxdu? Tapa bilərsən.mr13 ün verdiyi ip uclarının filmlərlə əlaqəsi var
fidan
Söhbət aktyorların özünün haqqında olan filmlərdən gedir. Bizdə nəsibə Zeynalova haqqında çəkilən film kimi,orda da sənətçilərin öz həyatları haqqında biografik filmlərdən gedir söhbət.Onların uşaqlıq həyatı və s.
rokfeller
sual maraqlıdır,amma çətindir. 
Cavab məhz bu aktyorlara görə olmalıdırsa,onda yəqin onların fiziki qüsurlarından gedir söhbət.
mr13
Əslində sual orta çətinlik səviyyəsində sualdır. Və yarışda veriləndə düzgün cavablar yetərincə idi.
mr13

nə festivalın nə də cavabın bu aktyorlara ümumiyyətlə dəxli yoxdur. Sadəcə onu demək istəyirdim ki, ipucunda. Çaplin və Monro printdə böyük kinonu ifadə edirlər. əgər uşaqları onların qiyafəsində versəydilər yəqin ki, uşaq filmləri olardı Fidanın dediyi kimi. amma onları yaşlı insanlar olan liliput kimi göstəriblər. deməli cavab...???

IDEAL
Bu sual həqiqətən çətin tpılır. Ancaq cavabı eşıdəndə əslinə çox asan bir cavabı olduğunu görürsən. Dəqiq mr13 deyə bilər. Deyəsən heç bir kamanda düz cavabı tapmamışdı. Biz cavab kartını əlimizdən verən kimi kamanda yoldaşım Jalə düz cavabı 
versiya olaraq səsləndirdi. Bu versiyanın  doğru cavab olduğunu həmin an bütün kamanda üzvləri dərk etdi. Çox təəssüf
ki gecikdik:(((
mr13
Mənə elə gəlir ki, Vunderklass komandasının və bir neçə komandanın düzgün cavabı var idi. Heyif ki məndə Cavab kartları qalmayıb dəqiq deyə bilməyəcəm.
Aza
Onda qısametrajlı filmlərdi yəqin
mr13
Bu 100 faiz düzgün cavabdır. Qısametrajlı Filmlər festivalı. Növbəti sualları vermək olar. :)
KilRoy
maraqlı suallar idi