"Renessans" komandasının sualları ( IV hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

17.  «Cavad xan» filminin rejissoru Rövşən Almuradlı çox türkpərəst insandır. Məsələn öz oğluna Mustafa Kamal adı qoymuş, Azərbaycan yer adlarını isə türk qəbilələrinin adı ilə izah edir : Qazax – Qa sak, yəni lələkli saklar. Sumqayıt, yəni lələkli sumlar ölkəsi və s. O həm də təkmisralı şeirlər də yazır. Onlardan biri:
"Antik yunan türk babamı at belində görüb .......... dedi."
Sizcə Rövşən Almuradlının fikirincə antik yunan at belində türkü nəyə bənzədirdi

Müəllif: Nadir Zamanov (mr13)

18.

Soyuq müharibə dövründə SSRİ DTK-nın əməkdaşlarından biri xüsusi tapşırıqla Qərb dövlətlərindən birinə göndərilir. Təhlükəsizlik orqanının digər bir əməkdaşının xəyanəti nəticəsində qəhrəmanımız uzun müddət əlaqəyə çıxmır.Bir neçə il sonra ondan Moskvaya rebus şəklində məlumat göndərilir. Rekvizitə əsasən onun hansı ölkədə olduğunumüəyyən edin.

Müəııif: Sabir Əsgərov

19. Diqqət qara qutu. Alimlərin fikrincə Avropanın bu iki şəhəri öz adını ayı sözündən götürmüşdür.Onlardan biri Berlindir. İkincisinin paytaxt olduğu ölkə isə hal-hazırda özünün qara qutuda olan əşyaları ilə dünyada məşhurdur. Bir dəqiqə ərzində qara qutunun içində olan əşyanının nə olduğunu Deyin.

Müəııif: Azər Tarverdiyev (Azero)

20. Beş keyfiyyət:Sədaqət, nəzakət, igidlik, səmimiyyət, sadəlik. Bu yapon yollarından birini tutan şəxslərin əsas xüsusiyyətləridir. Bəs bu yolu tutan şəxslər nə haqqında belə deyir: ”Bundan ayrılmısansa sən həyatından ayrılmısan.” Bu nədir???

Müəııif: Sabir Əsgərov




 

22 şərh

mr13
Cavablarınızı səbirsizliklə gözləyirəm.
2ral
20/ Busido(bu.ido)?
papatürk

17 mənasız sualdır. 18. Kayzendə olmuş ən yaxşı sual demək olar buna.Çox maraqlıdır. Məncə söhbət Yuqoslaviyadan gedir.


19.Bern şəhəri.Qara qutuda saatdır.

IDEAL
17- ci sualın cavabını eşitsəz fikrinizi deyişəcəksiz. Super sullardan biridi.
mr13
sualın cavabını bilməmiş mənasız demək məncə heç yaxşı deyil. Bir insanın öz millətini sevməsi nə qədər mənasızdırsa, bu sual da o qədər mənasızdır.
bankir
18. avstriya!!!
bankir
A hərfi C hərfinin işindədir yəni, А в С.  3 Я hərfi isə трия olur.Авс+трия=Австрия
fidan
Təcili sənə DTK-ya göndərmək lazımdır işə. Halaldır!
2ral
17-ci sualdan başqa hamısı tapılıb?Düzdürmü verilən cavablar?
mr13
17-ci sualın cavabı ümumiyyətlə yoxdur. 20-ci sualın cavabı isə səvdir.
mr13

18. Avstriya


19. Qol Saatı

rokfeller
20-ci sualın cavabında 2ral düz qeyd edib ki söhbət busido yolundan gedir. Cavab isə çox şey ola bilər-vicdan,şərəf,ləyaqət cavablarından biri ola bilər.
Magicboy
19. Ayı sözü ingilis dilində bear kimi tərcümə olunur. Ona görə ikinci şəhər Berndir hansı ki, saatları ilə məşhur olan İsveçrənin paytaxtıdır.

20. cavab qılınc olmalıdır. O beş söz yalnız samuraylara aid ola bilər
papatürk

Saat cavabı deyilmişdi.


qılınc isə maraqlı variantdır.Heç mənim ağlıma gəlməmişdi.

Magicboy

maraqlıdırsa, reytinq balı verin, zehmet olmasa:)))

fidan
1.zehmet yox,zəhmət.
2.  reytinq dilənmək olmaz. Amma istədiyin üçün -1 reytinq qurbandır))
Magicboy
Oldu da. Mırtsan e lap:)
Aza
17.Məncə Kentavr.Əgər cavab budursa sual həqiqətən superdir))
IDEAL
Ümumiyyətlə at türk üçün hər şey olub və onun ayrılmaz bir hissəsi olub. Türklər uşağa at sürməyi yeriməkdən
qabaq öyrədirilər. Rövşən Almuradlı çox gözəl bənzətmə aparıb. Mənimdə ən çox bəyəndiyim suallardan biridi.
mr13

17. kentavr


20.qılınc

Erudit
4ü də tamamilə doğrudur.