Sakura 4 aprel turniri-cavablar

1.Pablo Pikasso- 290, Mark Şaqal - 220, Salvador Dali - 128, Albrext Dürer - 116. Burdakı ədadlər nə qədər çox olsa,rəssamın başı bir o qədər uca olar))) Bu ədədlər nəyi ifadə edir?
Cavab: oğurlanan rəsmlərin sayı

2.optimist təyyarə haqqında fikiləşir,bəs pessimist?
Cavab: paraşüt haqda

3.Napoleon deyirdi ki,... bir fahişədir və onunla istədiyi kimi rəftar edəcək. Hitler deyirdi ki,ona sahib olmaqdan ötrü əvvəlcə onu zorlamalıdır. Amma hər ikisinin arzusu ürəyində qaldı:-))) qədim yunan əfsanəsinə görə Zevs onu Finikiya çarının sarayından oğurlayıb Krit adasına qaçırtmışdı. Nöqtələrin yerinə hansı coğrafi obyekt yazılmalıdır?
Cavab: Avropa

4.  1  və 2 məhz bizə məxsusdur.3 və 4 havanın soyuq olduğu üçün istəyir ki,qapını örtülsün. 5 və 6 geoloji tədqiqat üçün daşın altına baxmaq lazımdır.7 və 8 hansı qıza aiddir?
Cavab: bir,iki,bizimki
Üç,dörd-qapını ört,
Beş,altı-daşaltı
Yeddi,səkkiz-Firəngiz
Doqquz,on-qırmızı don

5. diplomat,filosof,kimyaçı,həkim,fizik,mexanik,linqvist və əlbəttə ki riyaziyyatçı. Norbert Viner deyirdi ki, kibernetika elminin atası o sayıla bilər.Öz vətənində şərəfinə heykəl ucaldılmış ilk mülki şəxs odur. 1646-cı ildə anadan olmuş bu şəxs kimdir?
Cavab: Vilhelm Leybnits
6. Amerikanlar elə bilirdi ki,onu bir elmi-tədqiqat institutu hazırlayıb, əslində isə onu ali təhsili olmayan bir insan yaratmışdı. Bir fransız jurnalı onu XX əsrin ən böyük kəşfi sayırdı. Zimbabve, Mozambik, Şərqi Timor kimi ölkələrdə o milli rəmzdir. Onun populyarlığı o qədər yüksəkdir ki, Səddam Hüseyndən tutmuş terrorçulara qədər çoxları onu sevir. Söhbət nədən gedir?
Cavab.Kalaşnikov avtomatı

7. Bir dəfə Nitsa şəhərində ən dözümlü siqaret çəkən müsabiqəsi keçirilir. İştirakçılardan biri rekord buraraq 60 siqaret dalbadal çəksə də, mükafatı ala bilmir:-((( niyə?
Cavab: ölür.

. Məşhur rus həkimi doktor Botkinin yanına bir xanım gəlib soruşur ki , doktor, bəs mən arıqlamaq üçün hansı hərəkətləri edim? Botkin deyir ki,başı soldan sağa və sağdan sola hərəkət etdirmək lazımdır. Xanım bəs bunu nə vaxt etməliyəm deyə soruşanda həkim cavab verir. Nə vaxt?
Cavab: yemək görəndə(yemək masası arxası və s. cavablar da qəbul olunur)

9. Amerikan stomatoloqu Cozef Berkovski iddia edir ki,onun sifətinin quruluşundan  belə nəticə çıxaraq olar ki,onun qabaq dişləri yoxdur. Onun kim olduğu barədə çox fərziyyələr var. Bəziləri deyirdi ki, o kişidir, bəziləri onun müəlliminin homoseksualist partnyoru olduğunu, bəziləri isə onun sadəcə ideal qadın olduğunu deyirdi. son nəticələr isə sübut edir ki, o bir kommersantın arvadıdır. Söhbət kimdən gedir?
Cavab: Cokonda

10. "Bağışlayın,müsyö,mən təsadüfən bunu etdim.. " Kraliça Mariya Antuanetta bunu .... əvvəl deyib. ... əvvəl ayaqqabılarını verərək Mixail Romanov "İstifadə edin,hər nə olsa da çarındır" deyib. Eyni vəziyyətdə Eynşteynin nə dediyini isə heç kim bilmir. Çünki o vaxt yanında duran adam alman dilini bilmirdi.... yerinə nə olmalıdır?
Cavab: ölümdən əvvəl.

11. Siseron deyib ki, X-danışan qanun,Y-lal məhkəmədir. Müvafiq olaraq X və Y nədir?
Cavab: Məhkəmə-danışan qanun,qanun-danışan məhkəmədir.

. Azərbaycanlılar ləzzət görmək üçün ondan istifadə etməyi xoşlayır:-) Bir şəhər isə öz həyatını onlara borcludur. Söhbət nədən gedir?
Cavab: qaz(yeyərsən qaz ətini,görərsən ləzzətini)

 

34 şərh

Aza
Əger cavablarım qəbul olubsa 7 düz cavab olmalıdır.Birnci sualı necə də pis yandırdım((Heyf
2ral
Qalib bankir(11 düz cavab),ikinci yerdə isə Azero.Təbrik edirik.Bir azdan müfəssəl cavablar veriləcək.
Erudit
Azero yəqin 10du?
Azero
Deyəsən 10-du (( Tələsdik e dostum… ((
Leyla
Bu dəfə az suala düzgün cavab yazsam da,yarış çox xoşuma gəldi. Belə suallar heç televiziyada verilmir.2ral,təşəkkür.Suallar həqiqətən zövq verir. Qaz məsələsi,Firəngiz,Hitlerin sözü və s. -hamısı çox gözəl idi.
TM-çi
Suallar çox maraqlı idi.Məncə keçən dəfəyə nisbətən daha rahat sualların verilməsi oyunu dah da maraqlı etdi.Təşəkkürlər…
IDEAL
Qalibi təbrik edirəm!
TM-çi
Bankir əsl «bankir» kimi oynadı.Təbriklər…
2ral
təpəgöz9
bankir11
Azero10
elsamir8

TM-çi8
2ral
bankir ən asan suallardan biri olan başını tərpətməyə düzgün cavab verməyib. Azeronu isə əvvəlcə qalib bilirdim.O qaz(səhvən duz yazmışdı) və  rəsm əsərləri haqqında suala düzgün cavab verməyib. HTML bir də belə suallara yaramaz cavab versə cəzalanacaq!!! Azərbaycanlıların xoşladığı şeyə bazlıq, bir suala isə etik normalara uyğun olmayan cavab verdiyinə görə reytinqinə minus yazılacaq.
TM-çi
Etik normalara uymayan cavabı yəqin Napoleon,Hitler məsələsinə aiddi -)))…
Azero
Salamlar… Qalibi təbrik edirəm… Bilmək olar necə cavabım düz idi… Əgər nəticələr topikdə yerləşdirilməyəcəksə, mümkündürsə, reytinqi şəxsi mesajla yollaya bilərsiz?
2ral
diqqətlə yuxarı baxın.Nəticəniz haqqında yazılıb.
TM-çi
Yarışda cəmi 5 nəfər iştirak etdi??
2ral
Xeyr,çox.Mən ən yuxarı nəticəsi olanları qeyd etdim.
2ral
Bütün istifadəçilər Kalaşnikov avtomatı haqqında suala düzgün cavab verib.TM-çinin buna çörək cavabı verməsi oooo))))
TM-çi
Düzü sual elədə vaxtım qalmamışdı deyə tez bazar yazdım buna səbəb kimi Milyonçuda bir dəfə düşən sual idi.Eynşteyn nəyi bəşəriyyətin ən böyük kəşfi sayır? a) nüvə silahı B)Çörək cavab çörək olmuşdu.Bu fakta görə,həmdə ən axırda bu suala cavab yazmışdım deyə belə alındı.Yazandan sonra barmağımı dişlədim ki səhv yazmışam.Belə hadisələr bəzən olur -))
IDEAL
Mən o suala heç deyəsən cavab verməmişəm axı ((((
Erudit
Digər iştirakçılar cavablarını necə örgənə bilər?
IDEAL
Məndə bilmək istərdim.
fidan
Paxılllığım tutur ki,siz yarışda oynaya bilirsiz amma mən yox:))))
2ral,başqa nə maraqlı cavablar var? həqiqətən suallar çox gözəl qurulub.
2ral
Cavablardan doktor Botkinin cavabı,qazlar haqda,paraşüt,Firəngiz(birisi Zərəngiz yazsa da qəbul olunu),ölümdən əvvəlki cavaba demək olar ki,hamı düz cavb vermişdi. Ən çətin sual Avropa və oğurlanmış rəsm əsərləri haqda olan sual idi.
Bəziləri cavabları vaxtdan sonra göndərsə də qəbul olunmub.Yenə də bəziıləri öz loginləri və e-maillərini qeyd etmib.
Cavablar haqda ətraflı məlumat almaq istəyən(yalnız öz cavabları) şəxsi mesaj yaza bilər.
IDEAL
Düzü mənim ən çox xoşuma gələn sual Avropa sualı oldu. Həqiqətəndə çox maraqlı tərtibatı var idi.
bankir
Təbriklərə görə sağ olun:-)
Əsas odur ki,oğlanların adını yerdə qoymadım. Hər dəfə dalbadal iki qız olurdu:-) Bugünkü yarışda isə onlar heç ilkliyə düşə bilmədilər:-)
2ral,mükafatımı balansa yazın. 1 ildən sonra 52 həftənin pulunu götürəcəm.
Aza
Sizi bir daha təbrik edirəm.Suala cavab  vermək üçün isə qız və ya oğlan olmağın əhəmiyyətli olmadığının fərqində olduğunuzu düşünmək istərdim.Bu dəfə siz güclü olduz və layiqli rəqib kimi sizi təbrik edirəm amma bu tip sözlər heç xoş deyil.Ümid edirəm sadəcə zarafatdır.
fidan
Aza,bankir həmişə zarafat edir))) Bəzən onun nə vaxt ciddi nə vaxt zarafat yazdığnı da başa düşmək olmur.
IDEAL
İki dəfə qız birinci oldu heç belə yazı yazmadı. :))))    Hər halda zarafat bir yana yaxşı nəticədi. Təbriklər!

mr13
Qalibə təbriklər təəsüf ki, bu dəfə iştirak edə bilmədim. Amma dostum Azeroya zəng edib yadına saldım. Hayıf ki qalib ola bilmədi yoxsa bütün günü onu dəng edəcəydim ki, «Gördün yadıva salmasaydım oynuyub udmazdın» :))))
fidan
Onda elə yaxşı ki Azero udmayıb)))
mən də deyirəm niyə elə bil kimsə yarışda çatışmır.sən demə sən yoxsanmış.Photoshop haqda məqalələrini qoy,tələbat var.
Freddie
Sakura turniri həftənin hansı günləri keçirilir? Bu haqda qabaqcadan necə məlumat almaq olar?
fidan
Hər həftənin bazar günü(çox vaxt saat 19:00).Bu barədə həmişə anons verilir. NHN bloquna üzv olsanız bu barədə avtomatik e-mailiinizə bildiriş gələcək. Qalan yarışlar isə istifadəçilərin nə vaxt istəmyindən asılı olaraq dəyişir.Kim istəyirsə yeni suallar qoyur.Amma onlar mükafatsızdır.