Sakura-11 aprel

Turnirdəki sualların cavabları:

1.  Qraf de la Fer,baron Dü Vallon de Brassye de Pyerfon, abbat D’erble. Dördüncünün kim olduğunu yazın.
Cavab: Dartanyan.

2. Şou-biznesdə Platin-disk o deməkdir ki,diskin milyon ədəd surəti(kopyası) satılıb. Bəs qızıl-disk nədir?
Cavab: Satılan disklərin dəyəri milyon dollardır.

3. York şəhərindən olan ən məşhur dənizçi kimdir?
Cavab: Robinzon Kruzo

4. Berlin,Venesiya,Kann şəhərlərini nə birləşdirir?
Cavab: Ən məşhur kinofestivallar burda olur.

5. Ən yüksək ... 2 qadına məxsusdur. Kventin Tarantino,Şaron Stoun,Benyamin Netanyahu,Cudit Polqar,Kasparov və şahmatçıların çoxu bu sahədə öndə gedir.
Cavab: İQ-intellekt əmsalı

6. Afrikada cəmi iki dənədir-Qahirə və Tunis şəhərində. Antarktidada yoxdur. Azərbaycanda var,Bakını onsuz təsəvvür etmək mümkün deyil. Terroristlər,qızlarla tanış olmaq istəyənlər,əhalinin kasıb təbəqəsi onu xüsusilə sevir.Lakin Londonda o çox bahadır.Nə?
Cavab: Metro.

. İslamda 6 böyük peyğəmbər var:Nuh, İbrahim, Musa, İsa, Məhəmməd. Altıncısı kimdir?
Cavab: Adəm

8. Uruqvay,Konqo,Paraqvay,Nigeriya,Paraqvay ölkələrini bu xüsusiyyət birləşdirir
Cavab: Adları çay adından götürülüb.

9. Avstriyalılar onun şəklini 50 şillinq,memar Otto Vaqnerin şəklini 500 şillinqə,bir adamın şəklini isə 5000 şillinqlə qiymətləndirirdilər. Kimin?
Cavab: Motsart(pul əskinasının üstündə)

10. Bu çay Almaniyada başlayır,6 ölkədən keçir və Qara dənizə tökülür.
Cavab: Dunay

11. Günəş allahı,səma allahının oğlu və qədim skandinav gözəllik allahı harada görüşür?
Cavab: Mendeleyev cədvəlində(Helium, Titan, Vanadium)

12. Çin dilində gümrahlıq sözü ilə bu bitki eyni heroqliflə işarə olunur.
Cavab: çay

13. Birinci yerdə Artur Fridenrayx, ikinci yerdə isə Pele durur.Hansı xüsusiyyətinə görə?
Cavab: vurduqları qolların sayına görə

14. Магнитогорск və İstanbul şəhərlərini biz bu xüsusiyyətinə görə tanıyırıq
Cavab: Avropa və Asiyanın sərhəddi bu şəhərlərdən keçir.

15. Qay Yuli Sezarın nəslində ən çox yayılmış kişi adı Qay idi. Bəs qız adı?
Cavab: Yuliya

21 şərh

2ral
Yarış başladı.10 dəqiqə vaxt var
Elsamir
qurtardım bəs nəticələr nə vaxt çıxacaq
2ral
elsamir,birinci dəfə deyil ki. bir az dan cavablar elan olunacaq.
Leyla
Metro haqda sual çox gözəl! Heç belə gözəl sual eşitməmişdim.
papatürk
Bzi suallar asan idi(çay,Adəm peyğəmbər),amma ümüumilikdə doğurdan da maraqlı keçdi.Təəssüf ki bu dəfə də qalib ola bilməyəcəm.
TM-çi
Heyif 3-nü yandırdım.Suallar çətin və maraqlı idi…
bankir
Cavabları gözləyirik. Bu dəfə deyəsən qlaib ola bilməyəcəm.
Boz
Çox heyif peyğəmbər barədə suala düzgün cavab verə bilmədim
TM-çi
Sizi bilmirəm mən dəqiq ola bilməyəcəm.Cəmi 3 düzüm var səhv eləmirəmsə...-(
Elvin 14

doğrudanda suallar cətin idi ama mən cox pis yazmamisam yasima gore


 

Aynur
mən də pis yazdim.vaxtaz idi tələsirdim
2ral
Bu dəfə yarışçılar nisbətən zəif çıxış etdi.Ən asan suallara belə zəif cavab verilmişdi.Dunay əvəzinə Reyn,çay əvəzinə düyü,Adəm peyğəmbər əvəzinə Sahib-əz-Zaman(?) kimi cavablar verilmişdi.Ən yüksək nəticələr isə belə alındı:
Təpəgöz-11
Aza-8
Nərgiz-8
Leyla-7
Ola bilər ki,cavablarda bir qədər qeyri-dəqiqlik olsun.Amma qalib təpəgöz-dür.Qalibi təbrik edirəm.
HTML
Bu dəfə oyanaya bilmədim,indi çatıram evə.doğurdan da metro haqqında sual gözəl idi.Hiss olunur ki,orijinal müəllif sualıdır.Heç televizorda belə suallar yoxdur.Gələn həftəni gözləyirik.
Boz
Təbriklər...
bu cavablar siyahısını bir az ( ilk 10) uzatsaydınız yaxşı olardı…
2ral
Kim öz cavabını bilmək istəyir şəxsi mesaj yazsın.elələri var ki,nəticəsi üzə çıxılası deyil:)
Cavid
Görünür oyun maraqlı keçib, suallarda gözəl və düşündürücü idi. Hər halda bəzi faktlar iştirakçıların bu dəfə zəif çıxış etməsinə gətirib çıxartmışdır. Amma nəticə yenədə qane edicidir. Qalibi təbrik edir və orijinal suallara görə də təşkilatçılara təşəkkür edirəm. Şübhəsizdir ki, keçirilan hər bir tut hərkəsin intelektual biliklərini biraz da artırır və insanı daha tez düşünüb və düzgün qərar qəbul etməsini tələb edir.
Magicboy
Turniri keçirənə bir sualım var. Hər dəfə sizin yarışda neçə nəfər yeni Kayzen istifadəçisi iştirak edir? Bəs bu yarış haqda biz hardan məlumat almalıyıq. Ən azı bir gün qabaq xəbərdar edin də milləti. Özü də hər suala ən azı bir dəqiqə ayrılsa pis olmaz. Təşkilati işlər aşağı səviyyədədir.
2ral
Görünür əvvəlki bloqları oxumamısınız.Hər dəfə bazar günü səhər yarış haqqında anons verilir.Hamıya bildirilir ki,yarış nə vaxt keçiriləcək. Bu saytda bloq sistemi də var.Əgər siz bloqa üzv olsanız,avtomatik bloqda yeni topik olduğu haqda e-mailinizə bildiriş gəlir. yəni ki saytın təşkilati işləri üçün lazımi tədbirlər görülüb.Suallar üçün vaxt da kifayət qədərdir. bəzi suallara cavab yazmaq üçün heç 10 saniyə belə tələb olunmur.
bloqçu
elə istəyirdim ki, bu yarışda iştirak edim, amma, 2 gün burda olmadım və hər şeyi qaçırdım((
IDEAL
Məndə iştirak edə bilmədim:(((( Eybi yox qalsın gələn bazara