Bilicilər üçün 15 sual

1. Dünyada ən zəhərli heyvan hansıdır?

2. Hansı ölkədə hər gün saat 16:00-da yağış yağır?

3. Ən iri balıq hansıdır? Uzunluğu, çəkisi nə qədərdir?

4. Ən böyük göz hansı heyvanındır?

5. İlk Azərbaycan çap kitabı hansıdır? Neçənci ildə və harada nəşr olunub?

6. Sağlam adamın çəkisi yayda qışdakından neçə kq az olur?

7. adamın boyu axşam səhərkindən neçə sm az olur?

8. Bir hektar meşə ətrafa neçə kubmetr oksigen buraxır?

9. Tarix boyu baş vermiş müharibələrin ən uzunu hansı olmuşdur?

10. İmaməddin Nəsiminin əsil adı nədir?

11. Hansı Azərbaycanlı sənətkar 2004-cü ildə "Bəşəriyyətin ən güclü səsi" seçilib?

12. Hansı dəniz məməlisi heç vaxt yatmır?

13. İlk iynəni nədən hazırlayırdılar?

14. Hansı quşu "quşların meymunu" adlandırırlar?

15. Azərbaycan dilində hansı hərflərlə başlayan söz yoxdur?

9 şərh

Responsible
15. «I» və "Ğ" hərfləri ilə.
14.
13. Sümük
12. Bala delfinlər
11. Alim Qasımov
10. Seyid Əli
9. 115 il
8.
7. 1sm
6.
5.
4. osminoq
3. balina köpəkbalığı
2.
1. dark poison adlı qurbağa
Nailə_Qasarayeva
Responsible, pis deyil, mən də bir-ikisini əlavə edim.
2 Braziliya (bu sualu mənə bir vaxt radioda vermişdilər, onda bilmirdim).
6 Təxminən 1-2 kq.
9 Fransa və İngiltərə arasında olan müharibə.
15-ci sual yaman çətindi.  :)
Westsider

3. Balina köpəkbalığı yox, sadəcə mavi balina. O, dünyada nə vaxtsa yaşamış ən iri canlıdır. Uzunluğu 30 metrdən, çəkisi 200 tondan çox ola bilər.


4. Kalmar


5. Ola bilər, Quran-i Kərim. 17-18-ci əsrlərdə


6. Adamdan asılıdır. Mənim çəkim həmişə eynidir, itiriləsi çəkim yoxdur:)))


7. Sıfır.


8. Ağaclardan asılıdır.


9. Adətən İngiltərə və Fransa arasındakı «100-illik müharibə» sayılır.


12. Delfin


13. Daşdan


14. Dronqo

15.  W :-)

Responsible
Mavi balina balıq deyil, ən iri dəniz məməlisidir.
Westsider
Adətən balıq deyəndə balinalar və delfinlər də nəzərdə tutulur:) Əgər yox, onda siz deyən düzdür:)
Fianda

Afərin, hamınızda doğru cavablar oldu, səhvlər də var idi, ona görə doğru cavabları yazıram.


1. Kakoy qurbağası (Cənubi Amerikada)


2. Braziliyada.


3. Mavi balıq çəkisi 150kq, uzunluğu 35m.


4. Səkkizayaqlı ilbiz- diametri 40-50sm-dir


5. «Qanuni-cədid», Sankt-Peterburq,1780


6. 1,25- 1,5kq


7. 1\3 sm az olur


8. 69 kub metr


9. İngiltərə- Fransa arasında 100 illik müharibə


10. Seyid Əli


11. Alim Qasımov.


12. Delfin.


13. Balıq sümüyündən.


14. Tutuquşu.


15. "ı" və "ğ"

Əliyev
3.Mavi balıq çəkisi 150kq, uzunluğu 35m.
Sualı verməkdən düzgün cavabı da bilmək lazımdı. Ən böyük balıq əslində китовая акула. Uzunluğu 13m, ağırlığı 21 ton.
biggest fish in the world