NHN sualları

1. Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş və əllinci illərdə məşhurlaşmış bir karikaturada bir neçə dövlətin başçısı təsvir olunub. Onlar Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyir və cəmi 3 notdan ibarət olan yanğılı mahnı oxuyurlar.
Sual:Bəs karikaturada təsvir olunmuş dövlət başçılarının oxuduqları mahnı hansı notlardan ibarət idi?
Düzgün cavab: Sualda bildirilir ki,  karikaturada təsvir olunmuş dövlət başçıları Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyirlər! Onlar yanğılı mahnı oxuyarkən Do, Lya və Re notlarından istifadə edirlər ki, bu da «dollar» sözünə bənzəyir!
Sual müəllifi: Səkinə Cafarova, Brüssel

2. DİQQƏT — REKLAM LÖVHƏLƏRİ



Sual:Bu lövhələr vasitəsi ilə nə reklam olunur? 
Düzgün cavab: Əslində, reklam lövhəsində adi oğlan uşağı təsvir olunub. Həmin oğlan saqqızı üfürərək öz başı ölçüsündə kürə düzəldib. Bu, saqqızın reklamıdır! 
Sual müəllifi: Tofiq Ağayev, Bakı

3. Blitsin birinci sualı
DİQQƏT — REKLAM AFİŞASI!

Bu yaxınlarda Buenos-Ayres şəhərində «Az ödəməklə daha çox şey əldə et» devizi altında kampaniya keçirilib və həmin kampaniyada bu afişadan istifadə olunub.
Sual:Bəs bu reklam aksiyasının sifarişçisi kim olub?
Düzgün cavab: Afişada göstərilir ki, oyuncaq aslanı 35 dollara, oyuncaq zürafəni isə 30 dollara almaq olar. Eyni zamanda, 7 dollara zooparka bilet alaraq həmin heyvanları canlı surətdə görmək olar. Bu reklam aksiyasının sifarişçisi Buenos-Ayres zooparkı idi.
Sual müəllifi: Ruslan Carciyev, Bakı

Blitsin ikinci sualı
DİQQƏT — RƏSM ƏSƏRİ !

Peterburqlu rəssam Nikolay Kopeykin məşhur sənət əsərlərinin zarafatyana təqlidini yaradır.
Sual:İndi qarşınızda gördüyünüz şəkli o, necə adlandırıb?
Düzgün cavab: Kopeykinin rəsm əsərində ər gecəyarısı arvadından gizlin şam edir. Bu şəkli rəssam «Gizlin şam yeməyi» adlandırıb. 
Sual müəllifi: Günay Musayeva, Bakı


Blitsin üçüncü sualı
DİQQƏT — KARİKATURA !

Qarşınızdakı karikaturanı  rusiyalı karikaturaçı rəssam Sergey Yolkin bir ildən artıq müddətdən əvvəl yaradıb. 
Sual:Çoşqa Vinni-Puxu nədə ittiham edir?
Düzgün cavab: Birja terminologiyasında «ayılar» — maliyyə göstəricilərinin aşağı düşməsinə çalışan brokerləri nəzərdə tutur. Çoşqa Vinni-Puxu o məsələdə ittiham edir ki, ayılar dünyanın maliyyə bazarlarını məhv ediblər.
Sual müəllifi: Galina Maltseva, Moskva






4. DİQQƏT — FOTOŞƏKİL !



Mən bu fotoşəkli Yerusəlimin küçələrindən birində çəkmişəm.
Sual:Heykəlin ayaqları altına düşən nədir? O, nəyi qaldırmağa çalışır? 
Düzgün cavab: Mən əbəs yerə qeyd etmədim ki, bilicilər məğlubiyyətdən, öz simalarını itirməkdən qorxurlar. Bizim nəzarətçimizə diqqət yetirin — bu heykəl itirdiyi sifətini qaldırmağa çalışır.


5. Təsəvvür edin ki, yay yağışından sonra eyvanda əyləşib təmiz hava udaraq sevinclə top-top oynayan uşağı müşahidə etmək necə böyük zövq verir.   Belə ki, ХХ əsrin 30-cu illərində buna oxşar mənzərə bir insanın beynində ixtira yaratmışdı.
Sual:Söhbət hansı ixtiradan gedir?
Düzgün cavab: Özünüzü həmin ixtiraçının yerində təsəvvür edin — Siz top-top oynayan uşağı müşahidə edirsiniz və bu, yağışdan sonra baş verir. Torpaq artıb quruyub, gölməçələr isə qalıb. Yumru top gölməçəyə düşür, sonra isə quru torpaqda iz qoyur. Bu mənzərəni müşahidə edən macar Laslo Biro diyircəkli qələmi ixtira edib.
Sual müəllifi: Hemra Atabayev, Aşqabad

6. İngilis dəniz quldurları əldə etdikləri qəniməti xüsusi qayda ilə bölüşdürürdülər.Qənimətdən birinci payı düşmən gəmisinə ayaq basan ilk quldur alırdı.Qənimətdən ikinci payı həmin döyüşdə əlil olmuş quldurlar alırdı
Yerdə qalan qənimət isə bərabər hissələrə bölünərək digər dəniz quldurlarına paylanırdı. Adi dənizçilər 1 pay, kapitan 4 pay, komandirlər isə 2 pay alırdı.
Sual:Bəs komandirlərlə bərabər pay alanlar kimlər idi?
Düzgün cavab: Dəniz quldurlarının gəmilərində hərbi cərrahlar komandirlərlə bərabər səviyyədə qiymətləndirilirdi.
Sual müəllifi: Antonina Antonova, Kaluqa

7. DİQQƏT — FOTOŞƏKİL !

Qarşınızdakı fotoşəkildə təsvir olunmuş bu kiçik cihaz bu yaxınlarda Honkonqda istehsal olunmağa başlanıb. Cihazı işə salmaq üçün o, şəbəkəyə qoşulur və bundan sonra onun üzərindəki rəngarəng işıq diodları təsadüfi qaydada yanıb-sönməyə başlayır. 
Sual:Bəs ixtiraçıların fikrincə, həmin cihaz hansı məqsədlə istifadə oluna bilər?
Düzgün cavab: Ev sahibləri evi tərk edərkən həmin cihazı şəbəkəyə qoşurlar və belə bir təəssürat yaranır ki, televizor işləyir və evdə adam var. Bu cihazın köməyi ilə ev sahibləri mümkün qarətçilərdən mühafizə olunurlar!
Sual müəllifi: Aysel Abdullayeva, Bakı

8. Yapon təyyarəçiləri təlimlər zamanı səmada ulduza baxaraq üzlərini çevirməli, daha sonra isə həmin ulduzu səmada yenidən tapmalı idilər.
Sual: Вəs bu cür təlimlərin əsas çətinliyi nədən ibarət idi?
Düzgün cavab: Təlimlər zamanı təyyarəçilər səmadakı ulduzları günün işıqlı vaxtı tapmalı idilər — təlimlərin əsas çətinliyi də bundan ibarət idi!
Sual müəllifi: Aygün Məmmədova, Bakı


9. Sual müəllifi yazır ki, Azərbaycan kəndlərində quşçular belə bir problemlə üzləşirlər: mühafizəçi cücələr, yeni alınmış cücələri qovub dəstədən çıxarırlar  və çox vaxt bu münasibətə tab gətirməyən yeni cücələr məhv olurlar. Amma mütəxəssislər bu vəziyyətdən çıxış yolunu tapıblar.
Sual:Quşçular yeni cücələrin dəstəyə asanlıqla qoşulmaları üçün nə fikirləşiblər? 
Düzgün cavab: Quşçular yeni cücələri dəstəyə gecə vaxtı, digər cücələr yuxuda olarkən buraxmağa başlayıblar. Digər cücələr oyandıqda, onların hafizəsi zəif olduğundan, onlar yeni gətirilmiş cücələri yeni cücələr kimi qəbul etmirlər.
Sual müəllifi: Elnur Bağırov, Moskva

10. Roma sərkərdəsi Qay Marinin nə dərəcədə mahir psixoloq olduğunu biz bilmirik. Amma Plutarxa istinadən hesab etmək olar ki, o, öz əsgərlərinin hərbi həyatın ağırlıqlarına daha asan tab gətirməsi üçün yol tapmışdı.
Sual:Bəs o, buna necə nail olmuşdu?
Düzgün cavab: Plutarx yazırdı: «İnsan üçün ağırlıqlara tab gətirməyin ən yaxşı yolu, başqa birisinin həmin ağırlıqlara könüllü surətdə qatlaşmasını görməkdir: o zaman ağırlıq sanki öz-özünə yox olur». Qay Mari əsgər həyatı sürürdü və öz əsgərləri ilə birlikdə hərbi həyatın ağırlıqlarına qatlaşırdı!
Sual müəllifi: Şərəfətin Həsənov, Balakən

0 şərh