Tarixi suallar

1) Adolf Hitler hansı səbəbə görə bığ saxlayırmış?

Cavab: Deyilənə görə bir dəfə Adolf Hitler dostu Ada Kleynə (Ada Klein) deyib: 'Bir çox insanlar deyir ki, mən bığımı qırxmalıyam, lakin bu mümkün deyil. Mənim burnum çox böyükdür. Bığ isə onun mənfi effektini azaldır.

2) Hansı Cənubi Amerika ölkəsinin adı qitənin azadlığının əldə olunmasında böyük pay sahibi olan, cəsur hərbi strategiyaları ilə seçilən Simon Bolivarın şərəfinə adlandırılmışdır?

Cavab: Boliviya Simon Bolivarın şərəfinə adlandırılıb. 1825-cildə respublikanın qurulmasında Simon Bolivarın çox böyük əməyi olub.

3)
1960-cı il Roma yay olimpiya oyunlarında birinci olan fransız sprinteri A. Le Gauloisin qələbəsində qeyri-adi olan nə idi?

Cavab: Le Gaulois yarışı sonuncu sırada bitirmişdi. Digər yarış iştirakçılarında dopinq aşkar edildiyi üçün onlar diskvolifikasiya olunmuş, qızıl medal isə ona verilmişdi.

4) Lev Tolstoy, Bernard Şou, Qandi və Pifaqoru birləşdirən cəhət nədir?

Cavab:Lev Tolstoy, Bernard Şou, Qandi və Pifaqor vegetarian idilər. Bir dəfə Bernard Şou demişdi: “Biz özümüz öldürülmüş vəhşi heyvanların canlı məzarları olduğumuz halda, necə Yer üzündə ideal şəraitə ümid edə bilərik?

5) 1914-cü il Afrikanın xəritəsinə Efiopiya və Liberiya niyə salınmamışdı?

Cavab: 1914-cü ilə kimi Liberiya və Efiopiya Avropa imperiyalarının tərkib hissəsi deyildilər. Efiopiya 19-cu əsrin sonlarında İtaliyaya qaşı müdafiə olunmağı bacarmışdı, amma 1935-ci ildə Mussolininin başçılığı altında olan ordu tərəfindən işğal olundu. Liberiya isə 19-cu əsrin əvvəllərində azad olunmuş Amerika qullarının vətəninə çevrilmişdi.

6) Havay 1959-cu ildə ABŞ-ın 50-ci ştatı seçilib. Bəs birinci ştat hansı hesab olunur?

Cavab: Deliverin (Deliware) birinci ABŞ ştatı olduğu iddia edilir . O, 7 dekabr 1987-ci konstitusiyası ilə təsdiq edilmiş ilkin 13 ştatın ən birincisi idi.

7) Ceyms Byukeneni (James Buchanan) digər ABŞ prezedentlerindən fərqləndirən cəhət nədir?


Cavab: O, heç vaxt evlənməmişdi

8) Eramızdan əvvəl 1-ci əsrdə Roma imperatoru Vespasian can verərkən nə söyləmişdi?

Cavab: “Aman tanrım! Mən Allaha çevrilirəm”

 

 

30 şərh

Ferbara

2-Boliviya


6-Kaliforniya

Ferbara

1-əleyhqazı daha rahat geymək üçün.

Ferbara
Müharibədən əvvəl isə lopa bığları var idi.
Ferbara

5-Həbəşistan və Liberiya Afrika qitəsində yeganə müstəqil dövlətlər idi. Xəritəni tərtib edənlər isə işğalçılar idi. Ona görə onları xəritədə boş, işğal olunmamış kimi göstərmişdilər.

Ferbara

7-ən zəif prezident

Ferbara

8-deyəsən mən Allaha çevrilirəm? Buna oxşar bir şey demişdi, səhv etmirəmsə.

IDEAL
7- bu yeganə subay prezidentdi :))
IDEAL
3- ya ilk dopinq istifadə edən o olub. Ya da kişi olub qadınlarla yarışıb:)))
Agali
yəqin o növdə tək idmançı imiş )
IDEAL
6- Fladelfiya (deyəsən)
IDEAL
8 maraqlıdı əgər hər hansı bir söz deyibsə deməli mntiqlə tapa bilmərik. Bunu tapmaq üçün gərək bu faktı bilək. Bu da ola bilər ki heç nə deməyib. Ya İnperator lal idi, ya da yuxuda ölmüşdü:)))
papatürk
İlk ştat-Delaver (Delaware)
papatürk
1. sualda guya əleyhqazı geymək asan lduğu üçün variantı populyar olsa da əslində həqiqətə uyğun deyil.
Ferbara
1-ci sualda hansı səbəbə görə kiçik bığ saxlayır yazılsa, daha düzgün olardı. Hitlerin həmişə bığı olub, sadəcə müharibədən sonra onu kiçildib.
mr13
Maraqlı faktlardı amma bu suallar məncə  NHN formatına uyğun gəlmir. NHN üçün məntiqi «tryuk»lar çarmır.
fidan
Sualın pisi-yaxşısı olmaz.Əsas odur ki,maraqlı və faydalı olsun.
Yoxsa təklifiniz var ki,təzə bloq açaq?
mr13
Sadəcə suallara fikrimi bildirirdim.
mr13

Aprel ayının 24-də «Xəzər» intellektual klubu «Yaz kuboku» üçün seçim turu keçirir. Son qeydiyyat tarixi 18 aprel. Xəbərin originalı burda www.xazar.org/forum/viewtopic.php?f=7&t=1091


Mən təklif edirəm ki, «Kayzen» adlı komanda yaradılsın və turnirə qatılsın.

Agali
maraqlı olardı.
fidan
mr13,təklif üçün çox sağ olun.birincisi təkliflər müvafiq bloqda verilir sayt administrasiyasına.İkincisi də ki hələ tezdir)))
Freddie
suallar tam olaraq NHN tipli olmasa da NHN-nin üç sualının üçünə də — Nə, Harda, Nə zaman — cavab verir… Elə ona görə də başlıq olaraq «Tarixi suallar» yazmışdım. Cavabları yazdım. Yalnız birinci və üçüncü sualın cavabı tapılmamışdı.
IDEAL
Ancaq bu faktları NHN formatına salmaq çox asan idi. Nəsələn birincidə, burnu yekə olan bir neçə məhşur adı çəkə bilərdiz. Sualı belə qoya bilərdiz. Hitler düşünürdüki onlarla oxşar əlamətə sahibdi və bu səbəbdəndə bığ saxlayırdı. Sual Hitler nə səbəbə bığ saxlayırdı? Digərləridə elə şəkildə əlaqələndirmək və fakt olan sualı məntiqi sual şəklinə salmaq mümkün idi. Bunu ona görə yazmıram ki, yəni işinizi dəyərəndirmirəm və ya özümü ağıllı göstərirəm sadəcə ona görə yazıram ki, bir balaca fantaziyadan istifadə etsəz əla suallar yaza bilərsir Materialınız yaxşı idi. Sadəcə tapılmalı olan məsələ üçün bir ip ucu verməyə çalışın sualı isə konkret qoymayın sualı elə qoyun ki, sadəcə ip ucu vasitəsi ilə həmin suala gedib çıxmaq mümkün olsun. Belə etsəz suallarınız əla olacaq. Birinci suallar üçün pis deyildi və Sizdən sırf formata tam uygun suallar gözləyirik (inanıram ki, yaza bilərsiz). UĞURLAR!
Freddie
Təkliflərinin çox qiymətlidir. Təşəkkür!
Freddie
Hə bir də ikinci sualın da cavabı tapılmamışdı. Birdən üçə
2ral
Birincisi Qvineya Cənubi Amerikada deyil,Afrikadadır. İkincisi də Bolivarın adı ilə bağlı ölkə Boliviyadır.
Bundan sonra kim səhv sual versə,verdiyi sualların mənbəsini və həqiqətə uyğun olub-olmamasını yoxlamasa,onun reytinqinə minus verilsin.
Freddie
Xahiş edirəm, özünüzdən o dəqiqə çıxmayın. Hamı səhv edə bilər. İkincisi də sual səhv deyil, cavab səhvdir. Diqqətli olun. Bir qədər də yumor hissiniz olsun...
fidan
Suallar nə qədər yaxşı olsa da,səhv məni də açmadı. Kişinin başına iş gələr deyib günahından keçirik. Gələn dəfə daha diqqətli olarsız. elə kayzen də o deməkdir ki,insan yavaş-yavaş kamilləşir.
Freddie
Günahımdan keçməyin! Nə cəzanız varsa verin… Hər halda yüz qamçı vuran deyilsiz ki ))
fidan
Cəza olaraq Hitlerin bığını saxlamalı,vegetarian olmalı yaxud da Bukenenlə həmkar olmalısız)))