Рейтинг
+75.68

Nə? Harada? Nə zaman? (ЧГК)

70 üzv, 87 topik

Məntiqi sual

Toyuqlar şəkildə göstərilən korobkaya yumurta qoyurlar. Heç bir sırada və dioqanalda 2 dənədən çox yumurta ola bilməz. Onlar artıq şəkildəki kimi iki yumurta qoyublar. Sual budur ki, onlar neçə yumurta qoya bilərlər?

Qeyd:
1)Şəkildə ikinci yumurtanın yeri yaxşı görünmədiyindən deyim ki, ikinci yumurta birinci ilə eyni dioqanalda yerləşir və dioqanalın bizə tərəf olan sonundadır.
2) Cavab yazan zaman niyə elə düşündüyünüzü də yazın.


Davamı →

Tarix turniri.1-ci buraxılış

Sizlərə maraqlı tarixi suallar təqdim edirəm .Buyurun,fikirləşin və cavablarınızı yazın. 1 sual.O dustaq  olsada  sarayda  3 otağı  və  qulluqçusu  var idi, səfirlikdən  yemək  alırdı, senzuranın  nəzarəti olmadan  məktublaşa  bilirdi.Onun adı nədir? 2 sual. Makedoniyalı İskəndər Demokritin saysız dünyaların mövcudluğu təlimi haqqında öyrənəndə,çox kədərləndi.Sizcə niyə? 3 sual. Tez-tez müharibələr edən Spartanı həmişə iki sülalənin Aqiadlar və Evripontidlər  hökmdarları idarə edirdi.Onlar öz vəzifələrini necə bölürdülər?  
Davamı →

"Xəmsə" sualları

Xəmsə intellektual verilişində verilən suallara nümunələr

1-ci Mövzu: “Namələr”

  1. Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə).
  2. Füzulinin bu əsərinin 2-ci adı “Nişançi paşaya məktub”dur. (Şikayətnamə).
  3. Nizami Gəncəvinin “İsgəndərnamə” poeması bu 2 hissəyə  bölünür. (şərəfnamə, iqbalnamə).
  4. Fəzlullah Nəiminin son əsəri məhz, belə adlanır. (Vəsiyyətnamə).
  5. İsmayıl bəy Qutqaşınlının avtobioqrafik səciyyəli əsəri belə adlanır. (Səfərnamə).

Davamı →

«Clean mind & Clear skin» yarışması: 4-cü həftənin nəticələri

Hörmətli istifadəçilər! «Qoy dəriniz təmiz, zəkanız aydın olsun!» konkursunun  dördüncü həftəsi yekunlaşdı.
Ən yaxşı iştirakçılar artıq seçilmişdir.
Ən çox düzgün cavab verənlərin siyahısı ilə https://www.dropbox.com/s/c59xbag36wzutwc/Clean%20and%20Clear_week4_TOP%20winners.xlsx səhifəsindən endirməklə tanış ola bilərsiniz.
Ən yaxşı nəticə göstərənlər aşağıdakılar oldu:


Ardı →

NHN sualları

1. Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş və əllinci illərdə məşhurlaşmış bir karikaturada bir neçə dövlətin başçısı təsvir olunub. Onlar Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyir və cəmi 3 notdan ibarət olan yanğılı mahnı oxuyurlar.
Sual:Bəs karikaturada təsvir olunmuş dövlət başçılarının oxuduqları mahnı hansı notlardan ibarət idi?
Düzgün cavab: Sualda bildirilir ki,  karikaturada təsvir olunmuş dövlət başçıları Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyirlər! Onlar yanğılı mahnı oxuyarkən Do, Lya və Re notlarından istifadə edirlər ki, bu da «dollar» sözünə bənzəyir!
Sual müəllifi: Səkinə Cafarova, Brüssel
Davamı →